Hədəfləri Türkiyədir, İran deyil Türk ekspert BƏƏ-İsrail razılaşmasını izah edir

Analitika 11:36 02.09.2020

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə əldə edilən razılıq xüsusilə bölgədə geosiyasi cəhətdən əsas söz sahibi olan İran və Türkiyə tərəfindən çox sərt qarşılandı. BƏƏ ilə İsrail arasında imzalanan müqavilə Türkiyə və İranı niyə narahat edir? Türkiyənin Orta Şərq Araşdırmalar Mərkəzində (ORSAM) Fələstin/ İsrail Araşdırmaları üzrə ekspert Haydar Oruç mövzunu Eurasia Diary üçün şərh edib.

ABŞ prezidenti Trampın 13 avqustda İsrail-BƏƏ münasibətlərinin normallaşmasını dünyaya bəyan edən açıqlaması əlaqədar dövlətlər tərəfindən tarixi hadisə kimi qiymətləndirilsə də, İsrail ilə BƏƏ arasında bir çox məsələdə sıx əməkdaşlıq olduğu artıq məlum idi. Tərəflərin açıqladığı və ya açıqlamadığı motivlərindən asılı olmayaraq, Türkiyənin sözü gedən normallaşmadan narahatlıq duyması mümkün deyil. Çünki Türkiyə, 2018-ci ilin iyun ayından bəri İsrail ilə münasibətləri ən aşağı səviyyədə olsa da, 1949-cu ildə bu ölkəni tanıyan ilk müsəlman ölkəsidir. Bu səbəbdən, Türkiyə hökuməti, hal-hazırda münasibətlərində soyuqluq yaşansa da, özünün tanıdığı bir ölkənin başqasının tanınmasından narahat olması mümkün olmadığı qədər rasional da deyil.

Ancaq, xüsusilə BƏƏ-nin razılaşma barədə açıqlamasından sonra bu razılaşma sayəsində İsrailin Qərbi Şəriyəni ilhaq planının dayandırıldığını elan etməsi inandırıcı görünmədi. İki ölkə arasında bağlanacaq sazişə gəldikdə isə, söz haqqı verilmədən Fələstinlilərin də alət edilməsi həm hüquqi, həm də etik baxımdan uyğun deyil.

BƏƏ iddia edildiyi kimi fələstinliləri düşünərək belə bir addım atmış olsaydı, heç olmasa onların fikirlərini də öyrənməliydi. Bu anlaşmanın İsrail Baş naziri Netanyahunun israr etdiyi kimi ilhaq planının ləğvi və ya dayandırılması ilə heç bir əlaqəsi olmadığı da aydındır.

Bu səbəbdən, Türkiyənin razılaşmaya verdiyi reaksiyanı bu şəkildə anlamaq daha doğru olacaq. Yoxsa ki, Türkiyənin, heç bir ölkənin daxili işlərinə qarışmadığı kimi, İsrail və BƏƏ arasındakı razılaşmaya da iddia edildiyi qarışması mümkün deyil. Türkiyənin yeganə qayğısı; 53 ildir ki, torpaqları işğal altında olmasına baxmayaraq iki dövlətli həll yoluna nail olmaq üçün mübarizə aparan məzlum Fələstin xalqının, ABŞ-ın güclü dəstəyi ilə də kifayət qədər böyük bir problemə çevrilərək, ərəb ölkələrinin Fələstin məsələsində onları tək buraxması və Fələstin torpaqlarının İsrail tərəfindən ələ keçirilməsi ehtimalıdır.

H. Oruç BƏƏ və İsrail razılaşmasına İranın və Türkiyənin bənzər mövqe sərgiləməsi barədə bildirib ki, Türkiyə prezidenti Ərdoğanın, dolayısı ilə Türkiyənin bu mövzuda İranla oxşar fikirlərə sahib olduqları üçün eyni cəbhədə yer aldıqlarını söyləmək düzgün deyil.

Türkiyə və İran regional güc mübarizəsində bir-birlərinə rəqib olan iki aktordur.

Bunu daha yaxşı anlamaq üçün Türkiyə və İran liderlərinin bu mövzuda söylədiyi fikirlərə nəzər salmaq kifatət edir. Türkiyə, anlaşmanın Fələstinlilərin gələcəyinə təsir edəcəyi qayğısını çəkərkən, İran hökuməti bu razılaşmanı təmamilə rədd etmişdir. Eyni şəkildə, Türkiyə və İran bölgənin gələcəyi ilə bağlı düşüncələri çox fərqlidir. İki ölkə arasında İraq, Suriya və hətta Liviyanın gələcəyi ilə bağlı baxışlarında dərin üçurumlar mövcuddur. Bundan əlavə, hər iki ölkədə sabitliyi pozma potensialına sahib olan terror təşkilatı PKK ilə mübarizə ilə bağlı fikir ayrılıqları da var. Beləliklə, bölgədəki bir çox proseslərdə fərqli tərəflərdə duran Türkiyə və İranın yalnız İsrail və onun münasibətləri ilə əlaqədar ittifaq qurmalarını düşünmək real deyil.

Bundan əlavə, İranın normallaşma müqaviləsinin tərəfi olan BƏƏ ilə sıx ticarət əlaqələri olduğu və BƏƏ-nin də İranı kənarda tutan Körfəz ölkələrinin ittifaqına rəğmən İrana ən çox yaxınlaşan ölkələrdən biri olduğu da məlumdur. Göründüyü kimi, İranın bu razılaşmaya qarşı söylədiyi ifadələrdəki bəzi sözlər xaricində; nə BƏƏ-yə, nə də kiçik şeytan kimi qələmə verərək düşmən saydığı İsrailə qarşı hər hansı bir çəkindirici və ya qabaqlayıcı addım atması gözlənilmir. Halbuki, Türkiyə hər iki aktorla son dövrlərdə böyük problemlər yaşayır.

Bu məsələyə aydınlıq gətirmək üçün bu yaxınlarda bölgədəki ərəb həmkarları ilə bir araya gələn İsrailin kəşfiyyat agentliyi Mossad-ın başında duran şəxs Yossi Cohen-in Türkiyə barədə söylədiyi sözləri xatırlamağa dəyər. Mediada yer alan xəbərlərə görə, Cohen, bölgədəki İran təhlükəsinin aradan qaldırıla biləcəyini, amma əsl təhdidin Türkiyədən qaynaqlandığını söyləyərək Türkiyə ilə bağlı mövqeyini ortaya qoymuşdu. Dolayısı ilə, müqaviləni imzalayan ölkələrin, bölgədə əsas təhlükə olaraq gördükləri Türkiyəni sözdə İranla eyni cəbhədə yer almaqda ittiham etməkləri hədəfi yayındırmaqdan başqa bir şey deyil. Bu şəkildə Türkiyəni də İran kimi ABŞ-ın sanksiyalarına məruz qoyaraq çətin vəziyyətdə qoymaq və mümkünsə bölgədəki təsirinin təmamilə dayandırılmasını hədəfləyirlər.

Nəticə etibarilə Türkiyə, bölgədəki xalqların mənafeyinə zidd olaraq bölgənin yenidən şəkilləndirilməsinə qarşı öz milli mənafelərini, on illərdir əsarət altında yaşayan məzlum Fələstin xalqının mənafelərini qorumağa çalışır. Göründüyü kimi, bu planların mövcud və ehtimal olunan ortaqları da maneə kimi gördükləri Türkiyəni oyundan kənar etmək üçün bu kimi əsassız iddialara əl atmaqdan vaz keçmirlər.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Hamısı