Ermənistan qanunsuz hərəkətini qanuniləşdirmək istəyindədir Türk professor

Analitika 12:05 02.09.2020

Biz vəziyyətə hüquqi qiymət verməliyik. Bu gün Ermənistan Xarici İşlər Nazirliyi məskunlaşma ifadəsini ermənilərin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə köçürülməsi kimi istifadə edir. Bu tərif isə əslində beynəlxalq hüquqa görə qanunsuz bir hərəkətin qanuniləşdirilməsini hədəfləyir.

Hazırkı vəziyyəti sadəcə yerli Azərbaycanlıların xaricdən və xüsusilə Yaxın Şərqdən etnik ermənilərin yerləşdirilməsi üçün öz yurdlarından didərgin düşməsini beynəlxalq humanitar hüququn və IV Cenevrə Konvensiyasının 6-cı bəndinin pozulması kimi təqdim edə bilmərik. Ermənilər köçürülmə ifadəsi işlətdikdə onların Azərbaycan torpaqlarına ya miqrant ya da qaçqın kimi məskunlaşmasını nəzərdə tuturlar. Biz ilk öncə bilməliyik ki, Ermənistanın Azərbaycan ərazisində məskunlaşdırdığı toplum BMT hüququ çərçivəsində izah etsək nə qaçqındır nə də miqrant.

“Lex sepcialis” və “lex generalis” doktrinasının əsasında, əgər bu iki qanun faktiki olaraq eyni situasiyaya aiddirsə onda müəyyən vəziyyəti tənzimləyən qanun (lex specialis) ümumi vəziyyətə aid qanunu (lex generalis) ləğv edir. BMT-nin hüquq sistemi çərçivəsində zərərçəkənlərə əsaslanan yanaşma qurbanların həyatını və hüquqlarını qorumaq üçün öhdəliyi ehtiva edir. Burada zərərçəkənlər Azərbaycanın qovulmuş yerli əhalisidir. Azərbaycanın yerli əhalisini Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yeni gələn etnik ermənilərlə əvəz olunması heç vaxt ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi kimi müəyyən edilə bilməz. Ermənistan etnik erməniləri məskunlaşmağa  gətirir və 19-əsrdən bu günə qədər onların xaricdən və Ermənistandan köçkünlərin yerləşdirilməsi ilə bağlı müstəmləkəçilik siyasəti mövcuddur. “Məskunlaşma müstəmləkəçiliyi” siyasəti dağıdıclığa və köçürməyə əsaslanan siyasətdir və indi isə bu ermənilər tərəfindən istifadə olunur. Etnik təmizləmə ilə əhalinin məcburi köçürülməsinə bənzər hadisədir. Lakin keçmişdə bu Ermənistan tərəfindən ərazini boşaltmaq üçün edilən “terrora yol açan şiddət” in istifadəsinin əlavə bir elementini əhatə edir.

Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktına və Ümumdünya İnsan hüquqları Bəyannaməsinə görə bu cür hərəkətlər qanunsuz hesab edilir. Beynəlxalq Hüquq Komissiyasına görə, beynəlxalq miqyasda hər hansı bir qanuna zidd hərəkət beynəlxalq hüquq pozuntusudur. BMT-nin İrqi Ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, Bosniya-Herseqovina ilə əlaqəli 1995-ci il tarixli rəyinə əsasən: “yerli sakinlərin iradəsinə zidd olaraq, bir ərazinin demoqrafik tərkibini dəyişdirmək və ya bunu dəstəkləmək üçün edilən hər hansı bir cəhd beynəlxalq hüququn pozulmasıdır. Ermənistanın hərəkətlərinin cinayətkar addım kimi tanıyaraq, məskunlaşdırma müstəmləkəçiliyi siyasətinin cinayət əməli olduğunu qəbul etmək üçün hüquqi əsaslar mövcuddur. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı və Ruanda Əsasnamələri üzrə Beynəlxalq Cinayət Tribunalına əsasən, əhali və icmaların deportasiyası insanlığa qarşı cinayət kimi mühakimə olunur. İki beynəlxalq məhkəmənin nizamnamələri tərəfindən etnik təmizləməni həyata keçirənlərə qarşı ədalət mühakiməsi tələb olunub.

Beynəlxalq Cinayət Məhkəməsindən cinayət ədalətinə dair müraciət etməliyik. Ermənistan tərəfindən məskunlaşdırma müstəmləkəçiliyi məqsədi ilə yerli Azərbaycan əhalisinin deportasiyası və ya zorla köçürülməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin 7-ci Maddəsinə əsasən insanlığa qarşı cinayət təşkil edir.

Xaricdən gətirilərək Azərbaycan ərazilərində məskunlaşmış müstəmləkəçi etnik ermənilərin hüquqi statusunu da müəyyənləşdirməliyik. Onların Azərbaycan ərazilərində mövcudluğu yalnız qanunsuzluq deyil, həm də deportasiya olunmuş yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna ziddir. Burada öz müqəddəratını təyinetmə hüququ BMT-nin hüquq sisteminin müdafiəsi altında jus cogens normasını təşkil edir. Qanunsuz addımlar qanuni hüquqlar yarada bilməz.

Hər hansı bir məskunlaşan müstəmləkəçi erməni, əgər Azərbaycan ərazilərində Ermənistan Ordusunda iştirak edərsə, məskunlaşan müstəmləkəçinin statusu muzdlu tərifi altında olacaq və mövcudluğu xarici döyüşçü olduğu üçün beynəlxalq humanitar qanunla qorunmayacaqdır. 1999-cu ildə Kosovoda KFOR-un yaradılmasından sonra Pentaqondan ABŞ hökumətinin verdiyi xəbərdə, Rusiya ordusunun “könüllü qüvvələrinin” Rusiya hökumətinin sanksiyası ilə deyil, Serb ideoloji səbəbi ilə Albanlara qarşı Serbiya etnik təmizləməsində iştirak etməsi iddiası ilə əsaslandırılıb. İdeoloji muzdlular qismən də ən azı dolanışığı təmin etmək baxımından döyüşçü olmağın verdiyi maddi mükafatlarla həvəsləndirilə bilinər. Buradakı məskunlaşmış müstəmləkəçilər Ermənistanın onlara verdiyi iqtisadi mənfəətlərlə silahlı münaqişə bölgəsinə könüllü gəlməyi seçiblər. İqtisadi mənfəət üçün məskunlaşmış müstəmləkəçinin hərbi məqsədlə istifadəsi yalnız xarici döyüşçü kimi deyil, həm də muzdlu kimi tərif olunur. Ermənistanın buradakı məskunlaşdırma müstəmləkə siyasəti, BMT Baş Assambleyasının “muzdlulardan insan haqlarının pozulması və xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə mane olmaq vasitəsi kimi istifadə edilməsi” qərarına uyğun olaraq beynəlxalq hüquq baxımından qanunsuz hərəkətdir. Bu qanun muzdluların istifadəsini və onların işə götürülməsini, maliyyələşdirilməsini, qorunmasını və təlimini bütün dövlətləri ciddi narahat etməyə səbəb olduqlarını və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş məqsəd və prinsipləri pozduqlarını müəyyənləşdirir.

Mehmet Şükrü Güzel

Türk professor Mehmet Şükrü Güzel Sülh və Barışıq Araşdırmaları Mərkəzinin qurucusudur

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Hamısı