Tovuz təxribatı Ermənistanın “yeni ərazi – yeni müharibə” formuluna keçdiyinə dəlalət edir

Analitika 20:44 16.09.2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduqca mürəkkəb və həlli müşkülə çevrilmiş bir münaqişədir. Qarşıduran tərəflərdən savayı, «üçüncü tərəflərin» bu münaqişədə kifayət qədər mühüm geosiyasi və geoiqtisadi maraqları var. Rusiya, İran və Türkiyə daima bu münaqişənin neqativ təsirini hiss edirlər. «Status-kvo»nun sürüşkən olması region ölkələrinin sərhəd təhlükəsizliyinə ciddi təhdid edir. Münaqişənin hərbi fazasının bərpa olacağı təqdirdə, onun asanlıqla eskalasiyasına gətirə bilər. Çünki, münaqişə ətrafında maraqlı qüvvələr həm fərdi, həm də kollektiv (ittifaq) şəkildə siyasət həyata keçirirlər. Bu da istər-istəməz hərbi əməliyyatlar zamanı kənar müdaxilələrin olacağını və nəticədə münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar səhnəsinə çevriləcəyi istisna etmir. 2016-cı ilin aprel savaşından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxılmır.

İşğal olunmuş ərazilərimizdə transmilli təhdidlərin bütün təzahürlərinin mövcudluğu dünyanın bir parçası olan Cənubi Qafqazın təhlükəsizliyinə ciddi təhdid etməkdədir. Regionda ümumi maraqlara cavab verən təhlükəsizlik sisteminin yoxluğu, xarici qüvvələrin ikili standart siyasəti, etnik, dini və sivilizasiya fərqlərinin ayırıcı xətlərə çevrilməsi hər an «status-kvo»nun pozulmasına rəvac verə bilər. Münaqişənin həlli perspektivlərinin dalana dirənməsi regionun hələ bir müddət də transmilli təhdidlərin əsarətində qalacağını deməyə əsas verir.

Münaqişədə daxili, dövlətlərarası və transmilli amillərin sıx uzlaşması onun yaxın gələcəkdə həlli ehtimalının üzərindən çarpaz xətt çəkir. Münaqişənin uzunmüddətli «nə hərb, nə sülh» dilemmasında qalması ona dəlalət edir ki, onun tənzimlənməsində müəyyən həll planlarının olmasına baxmayaraq, Cənubi Qafqazda «realpolitik» ön plandadır. Post-aprel mərhələsində «realpolitik»ə rəvac verən amillər aşağıdakılardır:

Birincisi, Aprel döyüşlərindən sonra Ermənistanın ciddi səylə qızğın silahlanma kursunu davam etdirməsi və Azərbaycana qarşı aqressiv ritorikanın tonunu yüksəltməsidir. Həmin döyüşlərdən sonra, xüsusən də 2018-ci ildə ölkədə baş vermiş məxməri inqilabdan sonra müdafiə büdcəsinin kəskin artımı baş verib. Ümumiyyətlə, Ermənistanın 2020-ci ildə müdafiə xərcləri 2018-ci ilə nisbətən 28 % artıb. Belə ki, 2019-cu ildə işğalçı ölkə müdafiəyə təxminən 629,5 milyon dollar (2018-ci illə müqayisədə 129 mln.dollar artıb) sərf edib, 2020-ci ilin müdafiə büdcəsi isə təxminən 631 milyon dollar (ötən illə müqayisədə yalnız 1,5 milyon dollar çoxdur) həcmindədir.

Hələ ötən ilin əvvəllərində Ermənistanın müdafiə naziri David Tonoyan yerli İctimai TV-nin efirində Ermənistanın müdafiə strategiyasından hücum strategiyasına keçərək ordu quruluşu fəlsəfəsini dəyişmək niyyətində olması fikrini dilə gətirmişdir. Onun sözlərinə görə, erməni ordusu yeni silahların sayəsində müdafiə strategiyasını dəyişir. Bu, əsasən Su-30CM və 100 mln. dollar həcmində yeni hərbi kreditin hesabına baş verir. Su-30CM-in köməyilə yüz kilometr məsafədə düşmənin mövqelərinə hücum etmək olar. Xatırladaq ki, 2019-cu ildə Ermənistan Rusiyadan dörd Su-30CM təyyarəsi almış və bu il də həmin təyyarələrin yeni partiyasını alacağı bildirilir. D.Tonoyanın sözlərinə görə, Ermənistan say, demoqrafik və iqtisadi planda Azərbaycanla rəqabət apara bilməz. Odur ki, düşməni neytrallaşdırmağa imkan verəcək silahlar alacaq. 

Bundan əlavə, ötən il ABŞ-da erməni disporu ilə keçirdiyi görüşdə Ermənistanın müdafiə naziri D. Tonoyan bəyan etmişdir ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib. “Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.  Heç şübhəsiz, belə bir silah yarışması şəraitində sülh danışıqlarından daha çox münaqişənin yenidən alovlanması daha real görünür.

İkincisi, Ermənistanın baş naziri N. Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli perspektivləri ilə bağlı ziddiyyətli fikirləri və ikili mövqeyi müsbət heç nə vəd etmirdi. Belə ki, bir tərəfdən o, Ermənistan-Azərbaycan sərhəddində və tərəflərin təmas xəttində insidentlərin qarşısının alınması məqsədilə atəşkəs rejiminin möhkəmləndirilməsini və bu istiqamətdə hər iki ölkənin müvafiq strukturları arasında operativ əlaqənin qurulması üzrə mexanizmlərin yaradılmasını vacib hesab edirdi. Digər tərəfdən isə, qondarma rejimi danışıqlar prosesinə daxil etməklə formatı dəyişdirmək, 29 ildən sonra yenidən Miatsumu dilə gətirməsi və münaqişənin tənzimlənməsi ilə bağlı bəyan etdiyi sərsəm 7 prinsipi rəsmi İrəvanın məlum münaqişənin həllinə mane olmaq və təmzimlənmə prosesini məqsədyönlü şəkildə uzatmaq, nəticədə isə işğalçılıq siyasətini legimtimləşdirmək niyyətindən xəbər verirdi. Onun bu cəhdi Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış «fait accompli» vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

İki ay öncə Ermənistanın qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında (MTS) rəsmi İrəvanın Türkiyə və Azərbaycanı özünə əsas təhdid mənbəyi elan etməsi, Azərbaycanın öz ərazisini güc yolu ilə bərpa etmək cəhdlərin separatçı rejimin erməni əhalisinə qarşı ekzistensial təhdid kimi qələmə verib.

Həmin sənəddə Rusiya Ermənistanın yeganə strateji tərəfdaşı kimi qələmə verilib. Digər ölkələr – ABŞ, ÇXR, Hindistan  və s. isə sadəcə dost ölkə və ya strateji dialoq tərəfdarı kimi təqdim edilib. Son bir neçə ildə Ermənistanın Yunanıstan və Kiprlə olan əlaqələrinə xüsusi önəm verilir və bu üçtərəfli əməkdaşlıq formatının genişləndirilməsi istəyi nəzərə çarpır. Həmin ölkələri antitürk maraqları birləşdirir.

Qeyd edilən sənəddə həm maraq, həm də təəccüb doğuran məqamlardan biri də həmin sənədin 4.14-cü maddəsidir. Orada qeyd edilir ki, “Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqələrin davamlı genişləndirilməsi prioritetlərimizdəndir. Ermənistan Yaxın Şərqdə regional təhlükəsizlik sisteminin yenidən qurulması proseslərinə cəlb edilməlidir ki, bu da bölgə ölkələrində ermənilərin tarixi varlığını qorumağa yönəldiləcəkdir”. Bu ifadə artıq həmin ölkələrlə ikitərəfli əməkdaşlıqdan xeyli kənara çıxır və Ermənistanın yeni MTS-nın ekspansiv ruhunu izah edir. Onsuz da tarixən müsəlman türklərin əraziləri hesabına “Böyük Ermənistan” yaratmaq istəyən işğalçı ölkə indi də təsir imkanların coğrafi hüdudlarını Yaxın Şərqin ərəb müsəlman ölkələri hesabına genişləndirməyə çalışır. Həmin istəyin arxasında islam dünyasında Türkiyə-Azərbaycan əlaqələrinə qarşı hərbi-siyasi formatların yaradılması durur. Necə ki, hazırda Ermənistan Aralıq dənizinin Şərqində gedən proseslərdə Türkiyəyə qarşı formalaşmaqda olan birlikləri və ölkələr qrupunu açıq şəkildə dəstəkləyir.

Beləliklə bu ilin 12-16 iyul tarixində baş vermiş Tovuz təxribatı ilə Ermənistanın “yeni ərazi – yeni müharibə” formulunun gerçəkləşməsinə start verdiyini söyləmək olar. Bu formulu həyata keçirməklə işğalçı ölkə hərbi əməliyyatları Dağlıq Qarabağ və ona bitişik rayonlarımızdan yeni ərazilərimizə keçirmək, “təhlükəsizlik zolağı”nı genişləndirmək və Azərbaycanın neft-qaz və digər mühüm infrastrukturları üzərində nəzarəti ələ keçirməkdir. Yeni formula nəfəs vermək məqsədilə Ermənistanın istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərq və Aralıq dənizinin Şərq hövzəsində yerləşən ölkələr, xüsusən də müsəlman dövlətlər arasında Türkiyə və Azərbaycan starteji tərəfdaşlığına qarşı bütün əks addımları dəstəkləyəcəyi istisna edilmir. Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyanın Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfəri düşmən ölkənin labüd müharibəyə ciddi hazırlaşdığı bir şəraitdə gələcək addımlarının diplomatik-siyasi dayaqlarını təmin etməyə çalışır.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Ohanyan İstintaq Komitəsində dindirilir
18:36 08.07.2025
Quantanamodakı ABŞ bazasında 26 ölkənin vətəndaşı saxlanılır
18:27 08.07.2025
"vroya keçid zamanı sosial tədbirlər Bolqarıstan hökumətinin məsuliyyətidir"
17:54 08.07.2025
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
17:25 08.07.2025
BAMF-ın baş ofisində növbəti təlim keçirilib – BMT-də təmsilçilik
17:15 08.07.2025
İlham Əliyev Donald Trampa başsağlığı verib
17:00 08.07.2025
Hamısı