Moskva Paşinyandan narazıdırsa, Ermənistana hərbi yükləri niyə daşıyır? “Atlas” Araşdırmalar Mərkəzi

Analitika 15:58 23.09.2020

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hakimiyyəti haqqında buna qədər səsləndirmədiyi sözlər işlədib. O Moskvada Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir: “Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Əgər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sonradan təkzib mənasında Lavrovun sözlərinin doğru yayınlanmadığını bildirməyəsəksə, Rusiyanın xarici işlər nazirinin Milli Məclis sədrinə dedikləri ciddi əhəmiyyət kəsb edir.

Birincisi, Lavrov demək istəyib ki, Rusiya hakimiyyəti münaqişənin “mərhələli həll” planını dəstəkləyir, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan buna mane olur.

Sual olunur: Əgər Nikol Paşinyan Moskvanın dəstəklədiyi “mərhələli həll” planını əngəlləyirsə və erməni baş nazir Lavrovun təbirincə desək, “nizamlamaya mane olursa” nədən Rusiya Ermənistana hərbi yardımı dayandırmır? Tam əksinə hərbi yüklərin daşınması davam edir. Paşinyan Moskvanın “sülh səylərini” əngəlləyirsə, Kreml məntiqlə Paşinyana təzyiq etməli, ən azı onun əli ilə Ermənistan ordusunun gücləndirilməsini müvəqqəti dayandırmalıdır. Digər tərəfdən Rusiyanın əlində Paşinyana təzyiq etmək üçün kifayət qədər iqtisadi və enerji alətləri var. Kreml bu təzyiq alətlərindən istifadə etmir. Yəni Paşinyanı başa salmaq üçün Kremlin əlində alətlərin sayı kifayət qədərdir, ancaq bunların heç birindən istifadə olunmur.

Görünür, Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir. Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək ruhunu bilərək “Paşinyan sözümüzə qulaq asmır” açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə risqini azaltmağa çalışır.

İkincisi, Lavrov 5 rayonun azad olunmasından danışarkən, Şuşa, Kəlbərəcər və Laçının taleyi barədə fikir söyləməyib. Biz 5 rayonun azad olunmasıyla kifayətlənə bilmərik. Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya sistemini yalnız o halda bərpa edə bilər ki, 5 rayonla yanaşı Şuşa, Kəlbəcər və Laçının da azad olunmasını təmin edilsin. Ermənistan hakimiyyəti yerli separatçılarla birgə təxribatlarını – köçü, müəssisələrin açılmasını və “parlamentin” köçürülməsini məhz adı çəkilə rayonlarımızda həyata keçirir. Lavrovun bu haqda mövqeyi bəlli deyil.

Üçüncüsü, Lavrov “əraziyə sülhməramlıların yerləşdirilməsi vacibdir” deyərkən şübhəsiz Rusiya hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərdə tutur. Buna yol vermək olmaz. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda neytral ölkələrin sülhməramlıları yerləşdirilməlidir. Çünki Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə bir daha Azərbaycan çıxmayacaq. Elə SSRİ dövründə Qarabağ separatçıları rusların bölgədəki hərbi bazalarından əldə etdiyi silahlar və hərb texnika vasitəsilə torpaqlarımızı işğal etmiş, qətliamlar törətmişdi. Əgər Moskva rusiyalı “sülhməramlılarının” bölgədə yerləşməsində israr edərsə, biz də Türkiyə hərbçilərinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsində, o cümlədən Şuşada, Kəlbəcərdə və Laçında yerləşməsini təmin etməliyik.

Sergey Lavrovun açıqlaması Nikol Paşinyanın və onun komandasının tənqidinə səbəb olacaq, eyni zamanda erməni baş nazirin əsas rəqibi və Kremlin yaxın dostu Robert Köçəryanın əlini gücləndirəcək. Məhz Köçəryan bir neçə gün əvvəl erməni eskeprtlərlə görüşdə demişdi ki, Paşinyanın Rusiya ilə soyuq münasibətləri Ermənistan üçün ciddi problemə çevriləcək. Lavrov son açıqlamasını prezident Vladimir Putinlə razılaşdırıb və bəlkə də onun təlimatıyla danışıb. Putin Lavrov vasitəsilə Paşinyan haqqında düşündüklərini səsləndirməklə Ermənistanda hakimiyyətdə kimi görmək istədiyini ortaya qoyub.

Bütün hallarda Rusiya rəsmilərindən kimsə ilk dəfə açıq şəkildə Paşinyandan narazı olduqlarını və 5 rayonun azad edilməsi vacibliyini dilə gətirib. Bu Azərbaycan - Türkiyə hərbi ittifaqının gücləndirilməsinin və müharibə hazırlıqlarının doğru strategiya olduğunun göstəricisidir. Demək, Ermənistana hərbi təzyiqi artırmaqda fayda var.

“Atlas” Araşdırmalar Mərkəzi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı