Ermənistan Rusiyadan yox, NATO-dan kömək istəyir

Analitika 10:14 22.10.2020

Oktyabrın 21-də Ermənistan prezidenti Armen Sarkisyan Brüsseldə NATO qərargahında həmin təşkilatın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirib. Bu mətbuat konfransında Ermənistan prezidentinın çıxışının əsas leytmotivi anti-Türkiyə təbliğatından ibarət idi. Ümumilikdə həmin çıxışın əsas müddəaları aşağıdakılar hesab edilir:

  1. Ermənistan Kosova və Əfqanıstanda NATO ilə birlikdə islamçı terrorçulara qarşı mübarizə aparıb.
  2. 27 sentyabrdan başlanmış hərbi əməliyyat Azərbaycanla qondarma "DQR"in əhalisi arasında davam edir.
  3. Münaqişə sülh yolu ilə həll edilməlidir. Onun müharibə yolu ilə həlli qeyri-mümkündür.
  4. Bu münaqişənin dinc yolla həllində ATƏT-in Minsk Qrupu mühüm rol oynayır. Elə bir neçə gün qabaq həmsədrlərdən biri Rusiyanın vasitəçiliyi ilə Moskva bəyanatı qəbul edilib.
  5. Münaqişədə mülki əhalinin hərbi hədəfə çevrilməsi yolverilməzdir.
  6. Münaqişəyə üçüncü tərəfin müdaxiləsi onun dinc yolla tənzimlənməsinə imkan vermir. Həmin üçüncü tərəf münaqişə bölgəsində islam terrorçularını himayə edən, nahaq qanların axıdılmasına imkan verir. Həmin tərəf Türkiyədir.

3-4 dəqiqəlik çıxışında Ermənistan prezidenti münaqişənin dövlətlərarası xarakterə malik olmadığını, onu daxili münaqişə kimi qələmə verməklə separatçı rejimin öz müqəddəratını təyin etmə hüququnu qabartmağa və danışıqlar prosesində yer almasına vurğu etməyə çalışıb.  

Son 24 gündə Azərbaycan Ordusunu durdurmaq iqtidarında olmayan və döyüş meydanında təklənmiş zəif, ruhu qırılmış Ermənistan indi də NATO-dan yardım umur. Lakin NATO-nun Cənubi Qafqazda nəsə etmək iqtidarında olması mümkünsüzdür. Alyansın bu regionda yeganə üzvü Türkiyədir. Məhz bunu nəzərə alan Ermənistan prezidenti Türkiyənin islam terrorizminə dəstək verdiyini dilə gətirməklə həmin təşkilatdakı bəzi ölkələri rəsmi Ankaya qarşı qoymağa çalışır. Lakin NATO-da hərbi gücünə görə aparıcı yerlərdən birini tutan, Yaxın Şərq,  Şərqi Aralıq və Qara dəniz  regionlarında geostrateji təsir imkanlarını artıran, son zamanlar isə Rusiya ilə sıx yaxınlaşma kursu həyata keçirən Türkiyəyə qarşı Alyans daxilində hansısa bir neqativ addımın atılacağı inandırıcı deyil. Bunu dərk edən Ermənistan Türkiyəni ABŞ və Qərb üçün ideoloji düşmən kimi assosiasiya edilən islam terrorizminin sponsoru kimi qələmə verməklə, rəsmi Ankaraya qarşı xristian birliyini işə salmağa cəhd göstərir. Ermənistan prezidentinin NATO ilə birlikdə Kosovoda və Əfqanıstanda postkonflikt prosesində deyil, islam terrorizminə qarşı birgə fəaliyyət göstərdiklərini xatırlatmaqla Türkiyəyə qarşı dini cəbhənin yaradılması istəyini dilə gətirib.

Şübhəsiz ki, Ermənistan mülki əhalinin hərbi hədəfə çevrilməsinin yolverilməz olduğunu bəyan etməklə ölkəsinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu və Gəncədə törətdikləri vəhşiliyi ört-basdır etməyə çalışıb.

Maraq doğuran məqam ondan ibarətdir ki, Ermənistan prezidenti münaqişəni dayandırmağı ənənəvi müttəfiqi Rusiyadan deyil, NATO-dan xahiş edib. Bu addım Ermənistanın ənənəvi rəqibinə qarşı növbəti xəyanəti, bizim üçünsə əlverişli hal hesab edilməlidir. Nə qədər ki, Ermənistan antiRusiya addımları atacaq, bu rəsmi Moskvanın və Tehranın münaqişədə neytrallığına, Azərbaycan Ordusunun inamla irəliləməsinə, Türkiyənin isə bizə hərtərəfli dəstəyini davam etdirməsinə imkan verəcək.  

Ermənistanın NATO-dan kömək istəməsi ATƏT-in Minsk Qrupunun vasitəçilik iqtidarında olmaması və KTMT-nin də işə yarımadığı anlamına gəlir. Diplomatik meydanda tam fiaskoya uğrayan Ermənistanın alçaldıcı sülhə getməkdənsə, artıq uduzulmuş müharibəni davam etdirmək zorunda qaldığına dəlalət edir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı