Qarabağa böyük qayıdışı başladan Vətən müharibəsi

Analitika 20:04 27.10.2020

Bu gün 27 sentyabr tarixindən etibarən başlayan II Qarabağ müharibəsinin 1 ayı tamam olur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əzmi ilə Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazılır, sülh yolu ilə getmək istəməyən erməni terrorçuları indi məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizlənir.

27 ildir ki, düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir-birinin ardınca azad edilir. 1 ay ərzində 165 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəklik əldə edilmiş, düşmənin 2 milyarddan çox hərbi texnikası məhv edilmiş və hərbi qənimət kimi götürülmüşdür. İşğaldan azad edilən kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsidir.

Biz Azərbaycan Ordusunun yüksək peşəkarlığına və Vətənə bağlılığına güvənir, ona arxalanırıq. Otuz ildən çoxdur ki, mənfur düşmən torpaqlarımızın iyirmi faizini işğal altında saxlayırdı. Bu illər ərzində dövlətimiz münaqişənin dinc yolla həlli üçün əlindən gələni etsə də, işğalçı Ermənistan hər dəfə təxribata əl atdı. Prezident İlham Əliyev beynəlxalq səviyyəli konfrans və tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır, Azərbaycanın haqlı mövqeyini bəyan edərək, ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmək hüququnu dönə-dönə xatırladırdı.

Bu gün isə dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Bu, faktdır və xalqımız bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Bir aydır ki, Komandan – Ordu birliyi öz sözünü deyir. Çünki bugünkü Vətən müharibəsində, bu haqq mübarizəmizdə bizim əsas gücümüz birliyimizdir. Mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır.

Bugünkü hərbi uğurlarımız da Ali Baş Komandan tərəfindən hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbrlə, təmkinlə həyata keçirildi. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır, sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır.

Hazırda mənim təmsil etdiyim Goranboy rayonu, Naftalan şəhərinin hər bir sakini də ordu üçün, qələbə üçün nəsə etməyə çalışır. Baxmayaraq ki, ordumuzun ərzaq, o cümlədən, dərman təminatında hər hansı bir problem yoxdur, amma sakinlər rayonun müvafiq icra strukturlarına müəyyən sovqat göndərmək istəklərini bildirir, düşmən qarşısında yüksək vətənpərvərlik nümayiş etdirirlər.

Beləliklə, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev BMT-nin 27 il əvvəl qəbul etdiyi qətnamələri bu gün özü yerinə yetirir. Uğurlarımıza görə Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu başda olmaqla hər kəsi təbrik edir, hər birimizin tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmasını arzu edirəm.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı