Fransa parlamentinin qərarı Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətinin etirafıdır ekspertlər

Analitika 16:05 26.11.2020
Fransa Senatında Dağlıq Qarabağın tanınmasına dair qətnamə qəbul edilməsilə əlaqədar gürcü tarixçi Quram Marxuliya "Eurasia Diary"yə açıqlama verib.
 
Ekspert bildirib ki, Fransa Senatının bu qərarı ilk növbədə Fransa-Azərbaycan, eləcə də Fransa-Türkiyə münasibətlərinə zərbə vuracaq: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi ötən müddətdə münaqişənin həlli üçün heç bir şey etməyib və indi münaqişənin tənzimlənməsi prosesində iştirak etməyə çalışır. Senatda belə bir qətnamə qəbul edilməsindən sonra Türkiyə və Azərbaycan çətin ki, Fransaya münaqişənin həllində iştirak etməyə icazə versin".
 
Onun sözlərinə görə, qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və tövsiyyə xarakteri daşıyır: "Fransa hökuməti beynəlxalq səviyyədə gərginliyin yaranmasından ehtiyat edərək məsələni müzakirəyə çıxarmayacaq. Makron Avropanın digər liderlərindən fərqlənmir və açıqlamalarıyla dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyir. Buna baxmayaraq, Makronun bəyanatlarından sonra Fransanın kimin tərəfində olduğu aydın oldu".
 
Ekspert Senatın qərarını populistik qərar adlandırıb: "Erməni diasporası hər şeyi etdi ki, bu məsələ Avropada səs salsın. Sözügedən qətnamənin bundan savayı bir önəmi yoxdur", deyə Q. Marxuliya bildirib.
 
Rusiyalı politoloq Yuri Mavaşev də Fransa Senatının qəbul etdiyi ədalətsiz qərarla bağlı fikir bildirib: "Bu artıq çox ciddi məsələdir, əziz xanımlar və cənablar. Paşinyan öz fəaliyyəti ilə müharibəni təşviq edərkən açıq-aşkar bu təxribatın baş verməsini gözləyirdi. Fransa, sən münaqişə tərəflərindən birinə dəstək ifadə etməklə Cənubi Qafqazda hər zaman uduzan tərəf olacaqsan! Fransa parlamentinin qərarı Parisə hökm oxunması və Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətinin etirafıdır", Mavaşev qeyd edib.
 
Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.
 
Bu gün isə Azərbaycan Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağın tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul edib.
 
Gülnar Səlimova
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı