Ermənistan xarici işlər nazirinin Qarabağ səfəri hansı məna kəsb edir? Rövşən İbrahimov cavablandırır

Analitika 15:54 06.01.2021

Dünən Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan qondarma rejimin rəhbərləri ilə görüş keçirib. Bu addım Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi səviyyəsində qınanılıb.

Atəşkəs bəyanatından sonra Ermənistanın bu səfəri planlaşdırması ciddi suallar doğurur, bu, həm bəyanatın müddəalarına, həm də münaqişənin tam həlli yolunda aparılan prosesə kölgə salır.

Eurasia Diary Ermənistanın dekonstruktiv mövqeyi və müharibə sonrasında atdığı addımların izahı üçün Cənubi Koreyanın Regionşünaslıq üzrə Hanquq universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini öyrənib.

“Dünən Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər nazirinin səfərini qınayan bəyanatla çıxış edib. Əlbəttə, Azərbaycanın razılığı olmadan istənilən şəxsin həmin regiona səfəri beynəlxalq normalara və Azərbaycan qanunlarına tamamilə ziddir və sərt reaksiya verilməlidir. Bunun keçid dövrünün olmasından və ya əvvəlki vəziyyətin qalmasından asılılığı yoxdur”.

Politoloq qeyd edir ki, Ermənistan bu addımlarla yenidən destruktiv (dağıdıcı) mövqe sərgiləyir.

“Bu indiki yaranmış vəziyyətlə barışmamaq mənasına gəlir. Əslində isə bu daha çox Ermənistanın daxili publikası üçün nəzərə alınan addımdır. Çünki hal-hazırda Ermənistan cəmiyyətində indiki hakimiyyətə qarşı ciddi narazılıq hökm sürür. Ara Ayvazyanın çıxışları və bəyanatları da tamamilə destruktivizm üzərində qurulub və bunlar Ermənistanla Azərbaycanın yaxınlaşmasına xidmət etməyəcəkdir. Əksinə Azərbaycanın sərt reaksiya verməsi ilə nəticələnəcək”.

Rövşən İbrahimov bu səfərin 10 noyabr bəyanatına uyğun gəlmədiyini bildirirb. O, buna bəyanatda heç bir statusun nəzərdə tutulmaması ilə aydınlıq gətirib.

“Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, artıq hər hansı bir status barədə söhbət belə gedə bilməz. Ümumiyyətlə “Dağlıq Qarabağ Respublikası” adlı fenomen mövcud deyil. Bu sadəcə aqoniya vəziyyətində olan keçmiş separatçı liderlərin öz səviyyələrində nəsə etməyə çalışmalarıdır. Bir neçə gün bundan əvvəl, Ermənistanda onların təhlükəsizlik şurasının görüşü keçirilib. Görüşdə həm də keçmiş qondarma rejimin prezidenti də iştirak edib.

Fikirləşirəm ki, Ermənistan xarici işlər nazirinin səfəri məhz bundan sonra baş verib. Ümumiyyətlə belə baxanda əvvəlki ənənələrə uyğun olaraq Ermənistan xarici işlər naziri birinci səfərini Qarabağa edərdi. Lakin bu dəfə o, bir neçə fərqli ölkələrə səfərlər etdikdən sonra bunu etdi. Yenə də bu, daha çox həm daxili publikada müsbət rəy formalaşdırmaq üçün atılan populist addımdır və həm də Azərbaycana heç nəyin bitmədiyini, vəziyyətin davam etdiyini bildirmək üçün verilən mesajdır. Ancaq bunların boş addımlar olduğunu düşünürəm”.

Ermənistanın keçmiş müdafiə naziri olmuş Seyran Ohanyan özünümüdafiə imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib. Bundan əlavə olaraq, qondarma rejimin təhlükəsizlik şurasının katibi Vitali Balasanyan isə erməni silahlı dəstələrinin silahı verməyinə ehtiyac olmadığını bildirib və onları qondarma rejimin qüvvələri kimi qələmə verib.

Bütün bunlar sanki Ermənistanın vəziyyətlə barışmaq istəmədiyini və yeni silahlı toqquşmalara hazırlaşdığını göstərir. Lakin iqtisadi və hərbi reallığı nəzərə alaraq, politoloq bunun qısa zamanda mümkün olduğunu istisna edir. Eyni zamanda Ermənistanın bu vəziyyəti davam etdirməsinin də ciddi problemlər yaradacağını bildirib.

“Demək olar ki, həmin vəziyyət davam edərsə, Ermənistan regional əməkdaşlıqdan yenə də kənarda qalacaq, hal-hazırdakı vəziyyətdə bu, ona daha da çətindir. Silahlanmaya gəldikdə bu, son dərəcə çətindir. Ermənistan olduqca böyük itkilər verib. Onların 2021-ci il büdcəsi keçən ilkindən bir az böyükdür, təxminən 10%. Bu isə ciddi silahlanmaya imkan vermir. Əvvəlki potensialın qayıtması üçün illərlə zaman lazımdır, illər dedikdə isə 10 illər 20 illər nəzərdə tutulur. Qeyd edək ki, Ermənistan hələ də Rusiyaya aldığı silahların kreditlərini ödəməyib”.

Rövşən İbrahimov düşünür ki, indiki məqamda Rusiya Ermənistana nə yeni kreditlər verməyə, nə də qarşılıqsız hərbi yardım etməyə hazırdır.

“Ermənsitan 4 milyard dollar həcmində silah itirib, həm də çoxlu canlı qüvvə. Ermənistan 3360 nəfər itkisinin olduğunu rəsmi şəkildə bəyan edib, lakin tanınmaz halda olan cəsədləri də hesaba alsaq bu rəqəmlər artacaq. Ermənistanın silahlanması və revanş almaq üçün addımlar atmaq fikirləri onların iqtisadiyyatını dahada çətin vəziyyətlə üzləşdirəcək, həm də ölkə əhalisinin xaricə miqrasiyası ilə nəticələnəcək”.

Ülvi Əhmədli

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Hamısı