20 Yanvarda müstəqillik uğrunda həyatını qurban verənlərin şücaəti heç vaxt unudulmamalıdır Britaniyalı jurnalist

Analitika 13:50 20.01.2021

20 Yanvar günü, ümidsizlik içində olan Sovet İttifaqı sonuncu Baş katib Mixail Qorbaçovun rəhbərliyi altında öz xalqına - Sovet vətəndaşlarına atəş açmaqla insanlıq əleyhinə böyük faciəyə səbəb oldu, Neil Vatson deyib.

Britaniyalı jurnalist Neil Vatson, 20 Yanvar qurbanlarının ailələrinə başsağlığı verib və şəhidlərə Allahdan rəhmət diləyib.

Vatson, 20 Yanvar faciəsi və onun nəticələri barədə fikirlərini Eurasia Diary ilə bölüşüb.

“20 Yanvar günü, mən Britaniya vətəndaşı olaraq BBC TV News-da 'Azərbaycan' adını ilk dəfə eşitdim. Xatırlayıram ki, o vaxt qərbdə 'qlasnost' və 'yenidənqurma' siyasətinə görə təqdir olunan Qorbaçovun öz xalqına atəş açmaq üçün Qırmızı Ordunun 26.000 əsgərindən istifadə etməsini başa düşmədik. Həmin vaxt kilsələrimizdə faciə qurbanlarına dualar edilirdi”, o deyib.

"Buna baxmayaraq, bu hadisənin Azərbaycan müstəqilliyinin başlanğıcı və nəticədə Sovet İmperiyasının süqutu demək olduğunu bilmirdik", o qeyd edib.

Vatson bildirdi ki, o gecə ölkələrinin müstəqilliyi üçün canlarını qurban verən şəhidlər heç vaxt unudulmamalıdır.

“20 Yanvarda küçələrdə barrikada qurub səslərini eşitdirən insanların şücaəti heç vaxt unudulmamalıdır. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin 1918–20-ci illərdəki uğurlarını xatırlamışdılar və bu müstəqillik yanğısı hələ də sönməmişdi. 20 Yanvardakı qırğından sonra da, bir milyon azərbaycanlı mümkün qanlı nəticələri gözardı edərək dəfn mərasimlərinə qatıldı”, o dedi.

Sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğınlara qərb ictimaiyyətinin laqeyd münasibətinə toxunan Vatson, Qərbin bu günə qədər Sovet xalqının Azərbaycan xalqına qarşı vəhşiliyini pisləmək istəməməsinin iki səbəbinin olduğunu vurğuladı.

“Birincisi, keçmiş Sovet İttifaqı respublikaları haqqında qərbdə düzgün məlumat verilmirdi və Sovetlər təbliğatı gizli saxladıqları üçün qismən başa düşülmürdü,. İkincisi, Britaniya Baş naziri Marqaret Tetçer və ABŞ Prezidenti Corc Buş kimi sağçı siyasətçilər Sovet İttifaqını dağıtmağı, bununla da Soyuq Müharibəyə son qoymağı özlərinə borc hesab etdilər və Qorbaçovu bu məqsədə çatmaqda dost gördülər. Bu səbəbdən Qara Yanvar faciəsini Sovet İttifaqını dağıtmaqda 'ikinci dərəcəli ziyan' kimi görməzlikdən gəldilər və insanlığa qarşı bu cinayətin səbəbkarları o faciəvi gündə verdikləri qərarların əvəzini heç vaxt ödəməyəcəklər", o dedi.

Bu gün Azərbaycan xalqı Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri olan “Qara Yanvar” gününü qeyd edir. Otuz bir il əvvəl, 19 yanvarda Sovet İttifaqının mərkəzi hökuməti ölkəmizdə fövqəladə vəziyyət elan edərək Sovet qoşunlarını Bakı şəhərinə və Azərbaycanın digər ərazilərinə yeritdi. 20 yanvar gecəsi Sovet qoşunlarının komandanlığı altında Bakıda yaşayan günahsız mülki vətəndaşlara divan tutuldu. Əsgərlərə qarşılarına çıxan hər kəsə atəş açmaq əmri verildi. Bir gecə ərzində kişilər, qadınlar və uşaqlar da daxil olmaqla 140-dan çox mülki şəxs Sovet təcavüzünün qurbanına çevrildi, yüzlərlə insan yaralandı. Çox sayda yaşayış obyektləri, nəqliyyat vasitələri və avtobuslar Sovet tankları tərəfindən məhv edildi.

Azərbaycan xalqı Qara Yanvar faciəsini unutmayıb və heç vaxt unutmayacaq.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı