“İskəndər" müəmması davam edir Ermənilər qalmaqallı raketdən istifadə ediblərmi?

Analitika 21:30 26.02.2021

“İskəndər” əməliyyat-taktiki raket sistemi ilə bağlı Ermənistan və Rusiya rəsmiləri, eləcə də hərbi ekspertləri səviyyəsində bir-birini təkzib edən bəyanatlar səslənməkdə davam edir.

Qeyd edək ki, ilk olaraq raketin atılması videosu yayıldı və Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan hərbi əməliyyatların sonuna doğru “İskəndər”in tətbiq edildiyini bildirdi. Daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Nikol Paşinyanı əməliyyat-taktiki raket sistemini  vaxtında tətbiq etməməkdə günahlandırdı. Paşinyan isə Sarkisyana cavabında daşı-daş üstündə qoymadı. O “İskəndər”lərin yararsız olduğuna işarə edərək, ya partlamadığını ya da “10 faiz partladığını” dedi.  

Bu polemikada ən maraqlı nüans Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatı oldu. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin gedişində bu tipdən olan raket komplekslərindən heç biri tətbiq olunmayıb və “İsgəndər” komplekslərinin bütün döyüş raketləri Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır.  

“Ermənistanın Azərbaycana təcavüzü təkcə “İskəndər” əməliyyat-taktiki raket sistemindən istifadə edilməsilə deyil, həm də “Elbrus” əməliyyat-taktiki raket sistemi, eləcə də Azərbaycan şəhərlərinə atılan çoxsaylı raket sistemi komplekslərinin istifadəsilə özünü göstərdi”. Bunu Eurasia Diary-yə danışan ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“İskəndər” Ermənistan təcavüzkarlığı üçün müəyyənləşdirici element deyil, təcavüz kompleks şəkildə, bir sıra silah növlərindən istifadə edilərək həyata keçirilib. Dağlıq Qarabağ münaqişəsində “İskəndər” raket komplekslərindən istifadə edilməsi məsələsi həm Ermənistanın hazırkı rəhbərliyi, həm də Rusiya üçün iki tərəfi də kəsən qılınca çevrildi. Bu əməliyyat-taktiki raket sistemi həqiqətən də istifadə olunubsa, bu onun effektivliyinin son dərəcə aşağı olduğunu göstərir. Bu isə öz növbəsində, bu kompleksin uzun müddət qürur yeri olan və yeni rus silahlarının yüksək texnologiyaya malik olduğunu nümayiş etdirən Rusiya Federasiyasının bostanına atılan daşdır. Əlbəttə ki, belə vəziyyətdə daha əvvəl məmurların söylədiklərinə göz yumaraq Ermənistanın “İskəndər”i Azərbaycana qarşı istifadə etmədiyini demək daha asandır. Bu, müəyyən dərəcədə kompleksin zəifləmiş nüfuzunu bərpa etmiş olar”, ekspert deyib.

Kovalenkonun sözlərinə görə, digər tərəfdən, bu, Moskvanın Ermənistan rəsmilərinin fikrini necə manipulyasiya etdiyini açıq şəkildə nümayiş etdirir: “İrəvan Moskvanın razılığı olmadan bir söz deyə bilməz və bu baş verdikdə dərhal küçələr etirazçı kütlələrlə dolur. Ermənistan ordusunun əsas təchizatçısının məhsullarına qarşı yöndəmsiz söz söylənərsə, bu sözü söyləyən üçün hər şey çox kədərli şəkildə bitə bilər”.

Ekspert bildirib ki, “İskəndər” əməliyyat-taktiki raket sistemi köhnə sovet məktəbinə aid və bütün çatışmazlıqlarını özündə cəmləşdirən bir raketdir: “Bunlardan biri də əsas sistemlərin geridə qalmış elektron komponenti və olduqca orta dəqiqlikdə olmasıdır. Bundan əlavə, daha əvvəl səslənmiş fikirlərə inansaq, bu komplekslərin raketlərində döyüş başlığının tam partlaması ilə bağlı problemlər var. Ermənistanın Baş naziri Nikol Paşinyanın “İskəndər”lə bağlı ilk tənqidi fikirləri ortaya çıxdıqdan sonra Rusiya Müdafiə Nazirliyi tələsik şəkildə bu komplekslərin Suriyadakı döyüş atışlarını əks etdirən video yayımladı. Ancaq bu videolar “İskəndər” raketlərinin dəqiqliyinin aşağı olduğunu təsdiqlədi, çoxsaylı uçuşlardan sonra ərazidə kifayət qədər böyük hədəfləri vura bilmədi. Bir sıra mütəxəssislər bu videoların əslində obyektlərin çoxsaylı raket sistemi ilə atəşə tutulmasını əks etdirməsi ehtimalı da qeyd etdilər, çünki bəzilərində partlama gücü olduqca aşağı idi. Bəlkə də bu belədir və bəlkə də yuxarıda səslənən “İskəndər” raketlərinin döyüş başlığının problemlərini nəzərə alsaq, onlar tam partlama gücündə olmayıblar. İstənilən halda, əməliyyat-taktiki raket sistemlər barədə məlumatlar həqiqətən texniki və siyasi cəhətdən ciddi problemlərin qatını açdı ki, bu da Ermənistan hökumət dairələrində gözlənilməz təlatümlərlə nəticələnə bilər.

Ortada daha bir müəmma var: Rusiya əslində ermənilərə hədiyyə etdiyi, sözdə isə satdığını dediyi raketlərin hamısının anbarlarda olduğunu bildirir. Bəs görəsən, Rusiya hərbçiləri Ermənistanın ixtiyarında olan raketlərin anbarda olub-olmadığını haradan bilirlər? Bu fakt qonşu ölkənin “Moskvanın bir vilayəti” olması barədə iddiaların haqlılığını sübut etmirmi?

Ekspert bu iddianın tam yaşamaq hüququ olduğunu bildirib: “Ermənistan oyuncaq dövlətdirmi? Əlbəttə ki, bu belədir! Bu hər zaman belə olub”.

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı