"Rusiyanın Türkiyə-Azərbaycan münasibətlərinə birbaşa təsir imkanları getdikcə zəifləyir" hərbi ekspert

Analitika 17:56 08.04.2021

Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla videoformatda keçirdiyi görüşdə qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edib və deyib ki, iki ölkə arasında artıq “Yol xəritəsi” mövcuddur. H. Akar qeyd edib ki, “Yol xəritəsi” Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi məqsədilə hazırlanıb və reallaşdırılmasına başlanılıb.

Beləliklə, Türkiyə və Azərbaycan arasında İkinci Qarabağ savaşı zamanı genişlənən  hərbi əməkdaşlıq daha da irəliləyib.

İki ölkə arasında hərbi sahədə reallaşacaq “Yol xəritəsi” nəyi nəzərdə tutur? Ermənistan və Rusiyanın bununla bağlı yanaşması necə olacaq?

Bu və digər sualları Eurasia Diary üçün hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.

 Azerforum.com - “Bu müharibəni digərlərindən fərqləndirən əsas xüsusiyyət  ondan ibarətdir ki...”

“Yol xəritəsi” nədir və özündə nəyi ehtiva edir?

- Yol xəritəsi dediyimiz, gələcəkdə Türkiyə ilə Azərbaycan arasında türk modelinə keçid proseslərini özündə ehtiva edən bir sənəddir. Bu sənədə əsasən Azərbaycan, qərargah strukturlarında müəyyən dəyişiklikləri həyata keçirməklə, həm də silahlanmasında mövcud olan texnika, vasitə və avadanlıqların nomenklaturasını uyğunlaşdıracaq.

“Yol xəritəsi”nə Rusiyanın reaksiyası necə olacaq?

- Rusiyanın Türkiyə-Azərbaycan münasibətlərinə birbaşa təsir imkanları getdikcə zəifləyir. Düşünmürəm ki, Rusiya Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edəcək. Bu “Yol xəritə”si sırf Azərbaycan ilə Türkiyə arasında 2010-cu ildən mövcud olan strateji əməkdaşlıq haqqında müqavilənin şərtlərinə tamamilə uyğundur. Yəni 11 il əvvəl imzalanan bir müqavilənin bu gün artıq faktiki olaraq həyata keçirilməsinə Rusiyanın təsir imkanları yoxdur. Narahat ola bilər, ancaq bunu büruzə verə bilməz.

Azərbaycanla Türkiyənin güclənməsi Ermənistanı qorxudacaq, yoxsa onunla da Rusiya arasında belə bir yaxınlaşma ola bilər?

- Azərbaycanla Türkiyənin güclənməsi onsuz da Ermənistanı narahat edən bir məsələ idi. Onun Rusiya ilə yaxınlaşması isə artıq baş verib. Onlar strateji tərəfdaşdırlar və strateji tərəfdaşlıqdan da üstün bir yaxınlaşma mövcud deyil.

Azərbaycan və Türkiyə arasında hərbi sahədə mövcud olan “Yol xəritəsi” Cənubi Qafqazda qüvvələr balansına necə təsir edəcək?

- Cənubi Qafqazdakı qüvvələr balansı onsuz da Türkiyəsiz belə Azərbaycanın xeyrinədir. Bu birmənalıdır. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir. Bunu beynəlxalq reytinqlər də təsdiq edir. Lakin Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bu qədər yaxınlaşması və pik səviyyəyə çatması digər ölkələrin də bu ittifaqla daha yaxın münasibətə malik olması arzusunu doğura bilər.

Bu “Yol xəritəsi”nə gələcəkdə Pakistan və ya hansısa ölkənin də qoşulması mümkündürmü?

- “Yol xəritəsi”nə hansısa ölkənin qoşulmasını mümkün hesab etmirəm. “Yol xəritəsi” Azərbaycan və Türkiyəyə aid proseslərdir, Azərbaycanın türk modelinin tətbiqi ilə bağlı olacaq. Lakin bizim digər tərəfdaşların Pakistanın və s. hansısa ikili proseslərə qoşulması daim mümkündür. Biz bu istiqamətdə birgə təlimlər həyata keçiririk. Azərbaycan kosmik sahədə ən böyük xidmətləri Pakistana təqdim edir. Pakistanla bizim hansısa ortaq layihədə iştirakımız heç bir problem təşkil etmir.

Bu yol Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə sonlana bilərmi?

- Azərbaycan qanunvericiliyi bizim ölkəmizdə hansısa hərbi bazanın yaratmasını nəzərdə tutmur. Lakin buna imkan verən xüsusi hallar mövcuddur. Hesab edirəm ki, həmin xüsusi şərait hələ yetişməyib. Burada hərbi baza yaratmasa da belə, Azərbaycan Türkiyədə daim var, Türkiyə də Azərbaycanda həmişə mövcuddur. Buna görə də bu bazanın yaradılması formal xarakter daşıya bilər. Zatən iki dövlət arasında mövcud olan müqavilələr qarşılıqlı yardımı, o cümlədən hərbi təhdid zamanı ölkələrin bir-birinə tam həcmli dəstəyini nəzərdə tutur.

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Hamısı