"Ermənistanda və Qarabağda yaşayan destruktiv erməni toplumunun burada gələcəyi yoxdur" Rövşən İbrahimov

Analitika 16:15 15.04.2021

Ermənistan müharibədən aldığı dağıdıcı zərbənin şokundan hələ ayılmayıb. Amma Ermənistanın və qondarma rejimin siyasi xadimlərinin məntiqsiz çıxışlarının ard-arası kəsilmir.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışı zamanı Dağlıq Qarabağın statusu və müstəqilliyindən danışıb. O, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını dilə gətirib.

Yerevandan çıxan səslər Dağlıq Qarabağda əks-səda verib. Qondarma rejimin təhlükəsizlik şurasının rəhbəri Vitali Balasanyan müharibədə itirilənlərin geri qaytaracaqlarından dəm vurub.

Maraqlısı budur ki, bu fikirlər erməni ictimai xadimləri tərəfindən ümidsiz xalqa ötürülür. Məğlubiyyətlə qəbul edə bilməyən Ermənistanın gələcəyə baxışı ciddi suallar doğurur.

Cənubi Koreyanın Regionşünaslıq üzrə Hanquq universitetinin professoru, politoloq Rövşən İbrahimov Ermənistanda yayılan fikirlərlə bağlı Eurasia Diary-yə şərh verib.

Politoloq nəinki Nikol Paşinyan və Vitali Balasanyanın, erməni siyasətçilərinin əksəriyyətinin oxşar fikirlər səsləndirdiyini bildirib. O, bu sıraya müxalifətin özəyini təşkil edən Robert Koçaryan və Serj Sarkisyanı da əlavə edib.

“Koçaryan Dağlıq Qarabağı heç olmasa Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri çərçivəsində geri qaytarılmasına ümid etdiyini deyib. O, bunun bəlkə də hərbi yolla olmasa da, ən azından danışıqlar yolu ilə vəziyyəti düzəldə biləcəyini əlavə edib. Gördüyümüz kimi, bu fikirlər eşidilir və dəfələrlə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən də səsləndirilir. Ermənistan XİN-i Dağlıq Qarabağın statusuna toxunur və onun müstəqilliyinin tanınması üçün lazım olan addımların atılmasını vurğulayır. Lakin məsələ ondadır ki, beynəlxalq hüquqda buna heç bir əsas yoxdur. Dağlıq Qarabağın müstəqilliyi üçün sadəcə Azərbaycanın razılığı lazımdır. Ən ağır vəziyyətdə Azərbaycan buna getməyibsə, indi zəfər çalınandan sonra buna niyə getsin. Ermənistan da o vəziyyətdə deyil ki, bu məsələni yerinə yetirsin”, deyə professor söyləyib.

Ermənistan xalqı Qarabağın itirilməsini hələ də qəbul edə bilmir. Bu məqamda siyasi xadimlərin indidən həqiqəti söyləməklərinə əks reaksiya verilə bilər. Politoloq müharibədən qısa müddət keçdiyini və erməni xalqının vəziyyəti hiss etmədiyini deyib: “Erməni xalqı düşünür ki, Azərbaycan bunu 30 ildə edibsə, deməli, onlar da edə bilərlər. Məğlubiyyəti həzm edə bilmirlər. Son olaraq isə siyasətçilər ona görə xalqa xoş olan sözlər deyirlər ki, seçkilərdə qalib gələ bilsinlər. Bu məqamda heç bir siyasi lider Qarabağın itirilməsini və heç vaxt qayıtmayacağını deyə bilməz”.

Ermənistanın Qarabağda nəzarəti qaytarması üçün iki yol var. Birincisi hərbi əməliyyatlar, digəri isə danışıqlardır. Politoloq mövcud vəziyyəti bunların heç birinin mümkün olmadığını qeyd edib.

“Ermənistanın savaş başlatmağa potensialı yoxdur, əgər diversiyaya əl atarsa, Azərbaycan lazımı cavabı verəcək. Diversiyanın olması hal-hazırda birbaşa Ermənistanın əleyhinədir. Baxsaq görərik ki, onlar hələ Azərbaycanın əlində olan silahlıları geri qaytara bilmək üçün əllərindən gələni edirlər, ancaq bacara bilmirlər. Çünki nə qədər danışsalar da haqsızdırlar. Növbəti dəfə bənzər addımlar etsələr, eyni nəticə ilə üzləşəcəklır, çünki Azərbaycan regionda indi daha güclüdür. Onların bütün addımlarını Rusiya-Türkiyə Birgə Monitorinq mərkəzi izləyir. Rusiyaya tam etimad etmiriksə belə, burada güvəndiyimiz Türkiyə var və ərazilərin monitorinqini keçirir və bizə lazım olan məlumatı ötürür. Onun üçün də bu, zaman məsələsidir. Ermənistanda və Qarabağda yaşayan destruktiv erməni toplumunun burada gələcəyi yoxdur. Bu çox rasional və məntiqlidir”, deyə Rövşən İbrahimov vurğulayıb.

Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı