Paşinyanın Putinlə görüşündən sonra meydana çıxan səs yazısı Şəxsiyyətdaxili ziddiyyətin kuliminasiya həddi

Analitika 17:03 17.04.2021

Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlər hələ də diqqət mərkəzindədir. Çünki bu səfər zamanı Moskvada keçirilən görüşlərin Ermənistanın bundan sonrakı siyasi kursunun müəyyənləşməsində, gələcək parlament seçkilərində Rusiyanın favoritinin müəyyən olunmasında əhəmiyyətli olacağını hələ görüşdən əvvəl proqnozlaşdırırdılar.

Kremldə görüş bitən kimi Paşinyan Moskvadakı erməni diasporunun nümayəndələri ilə müxtəlif məkanlarda bir araya gələrək 3 saatdan çox çəkən müzakirələr haqqında məlumat verdi, əldə etdiyi nailiyyətləri açıqlamağa çalışdı.

Belə toplantılardan biri “Erməni Hüquqşünasları Assosiasiyasının” nümayəndələri ilə təşkil olundu. Assosiasiya Paşinyana müsbət münasibət bəsləməsi ilə Rusiyadakı digər erməni diaspor təşkilatlarından fərqlənir. Buna baxmayaraq, görüş çox ciddi hazırlanmışdı. Görüşdə iştirak edənlərin siyahısı qabaqcadan razılaşdırılmış, hüquqşünaslara baş nazirə vermək üçün qabaqcadan suallar təqdim olunmuşdu.

Hüquqşünaslarla görüş haqqında verilən rəsmi məlumatda Paşinyanın Rusiya Prezidenti ilə görüşündə gündəlikdə duran bütün məsələlərin müzakirə olunduğu və məhsuldar fikir mübadiləsi aparıldığı haqqında məlumat verilir. Qeyd edim ki, rəsmi məlumatda.

Amma kütləvi informasiya vasitələrinə “Erməni Hüquqşünasları Assosiasiyası“nın nümayəndələri ilə görüşdə Paşinyanın rəsmi məlumatının tam əksini təsdiq edən səs yazısının mövcud olduğu məlumatı var və bu səs yazısında Paşinyan tamamilə fərqli rakursda danışır və Putinlə görüşün nəticələrini tamam fərqli prizmadan izah edir.

O, İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun darmadağın edilməsinin, ümumiyyətlə müharibənin başlanmasının günahını Rusiyada görür. Digər tərəfdən, Ermənistan Respublikasının qarşısında duran ən zəruri məsələlərdən birinin iqtisadiyyatın dirçəldilməsi olduğunu və bunun üçün Azərbaycan, Türkiyə, İran, Gürcüstan arasında kommunikasiyaların açılmasının əhəmiyyətini qeyd edir.

Bir-birini təkzib edən iki təzadlı mövqe. Öncə bu çıxışların hər ikisinin həqiqətən Paşinyana aid olub-olmamasını dəqiqləşdirməyə cəhd edək.

Ermənistan dövlətinin rəsmi bəyanatında da Rusiya Prezidenti Putinlə Baş nazir arasında keçirilən görüş yüksək qiymətləndirilib, iki dövlət arasında müzakirəsi nəzərdə tutulan məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıldığı bildirilib. Görüş zamanı hər hansı bir fikir ayrılığının olmaması xüsusilə qeyd olunub.

Deməli ilk mövqenin Paşinyana aid olduğu şübhə yaratmır.

Ortalığa atılmış səs yazısının Paşinyana aid olması da məntiqlidir. Çünki onun Rusiyanın əleyhinə çıxması, 44 günlük müharibə zamanı Rusiyadan istədikləri yardımı ala bilməmələri, hətta Rusiya istehsalı olan silahların istifadəyə yararsız olması barədə dedikləri hamıya aydındır. Eyni zamanda, kommunikasiya xətlərinin açılması haqqında onun qərarı da Azərbaycan, Rusiya və Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Deməli, səs yazısının da Paşinyana aid olmadığını iddia etmək doğru olmazdı. Belə isə bu ziddiyyət nədən doğur və Paşinyan iki saat ərzində belə ziddiyyətli fikir söyləməklə hansı mövqeni nümayiş etdirmək istəyir?

Məlum olduğu kimi, Ermənistanın baş nazirinin Rusiyaya səfərə getmək və Putinlə görüşməkdə məqsədi onun iyunda baş tutacaq növbədənkənar parlament seçkilərində xeyir-duasını almaq idi. Koçaryan və Sarqisyana Rusiya paytaxtında seçkilər zamanı hansı rol ayrıldığını da müəyyən etmək lazım gəlir.

Buna görə də Paşinyanın Putinlə görüşü haqqında yüksək pafosla danışması başadüşülən və qəbulediləndir.

Səs yazısına gəldikdə isə onun da gələcək seçkilərə hədəflənməsini qeyd etmək olar. Bu dəfə Paşinyan erməni diaspor nümayəndələri qarşısında özünü təmizə çıxarır, müharibənin ondan asılı olmayan səbəblər üzündən uduzulduğunu müdafiə edir. Eyni zamanda, Ermənistanın çıxış yolunun iqtisadiyyatın gücləndirilməsindən keçdiyini onlara bildirir.

Amma burada baş nazirin Amerika və Avropaya ünvanlanmış mesajları da var. Rusiyanın üzərinə getməklə bildirmək istəyir ki, onun Moskvada keçirdiyi görüş heç də Rusiyaya tərəf istiqamət götürməsi kimi qiymətləndirilməməlidir. Putinlə görüş Ermənistanda qarşıdurmanın aradan qaldırılması və gələcək seçkilərdə qalib gəlmək üçün ona lazımdır.

Bununla Paşinyan Rusiya ilə istəyinin əksinə olaraq, münasibət saxladığını ifadə edir və gələcək seçkidə Avropa dövlətləri və Amerikadakı ağalarının rəğbətini qazanmaq istəyir.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiya amilinin həlledici rol oynamasını təsdiq etməklə yenə də o, məğlubiyyətdə rolunun müxalifət tərəfindən qəsdən şişirdildiyini vurğulamaq istəyir və gələcək uğursuzluqlarda özünü sığortalayır. Bununla o, eyni zamanda Rusiyanın yaratdığı şəraitdən çıxış edərək kommunikasiyaların açılmasına məcbur olduğunu dinləyicilərə  çatdırmaq istəyir. Axı, Azərbaycan və Türkiyə ilə yolların açılması ermənilər tərəfindən heç də birmənalı qarşılanmır.

İqtisadi vəziyyətin inkişaf etdirilməsini prioritet sayması Paşinyanın Rusiya buxovlarından azad olunması haqqında ciddi düşünməsinin büruzə verilməsi də hesab olunmalıdır. Axı, Rusiyanın Ermənistana təsir mexanizmləri içərisində iqtisadi vəziyyət heç də Qarabağ məsələsindən az əhəmiyyət kəsb etmir. Qarabağ məsələsi müəyyən qədər öz həllini tapıb, iqtisadi vəziyyət isə hələ də acınacaqlı olaraq qalır. Paşinyan Qarabağ məsələsində yaranmış status-kvodan istifadə edərək Rusiyadan iqtisadi asılılıqdan qurtulmaq istəyir. Bunu Paşinyanın Rusiya qarşısında çağırışı da hesab etmək olar.

Ermənistan iqtisadiyyatının dirçəlməsi ilə revanşist qüvvələrin baş qaldıracaqlarını proqnozlaşdıranlar vəziyyəti bir qədər mürəkkəbləşdirirlər. Ermənistan iqtisadiyyatı Türkiyə və Azərbaycanla münasibətlər fonunda inkişaf edəcək. Bu münasibətlər millətlərin yaxınlaşması ilə də nəticələnə bilər. Digər tərəfdən, əhalinin vəziyyətinin yaxşılaşması istər Rusiya, istərsə də Ermənistandakı “revanşistlər” üçün fəaliyyət imkanını məhdudlaşdıracaq. Eyni zamanda, xarici qüvvələr münaqişənin qızışdırılmasındakı mexanizmlərini itirəcəklər.

Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşması və qonşu dövlətlər arasında müxtəlif səviyyəli münasibətlərin inkişaf etdirilməsi sonda Rusiyanın təsir dairəsinin kiçilməsi ilə nəticələnəcək. Bu da öz növbəsində sülhməramlı missiyanın fəaliyyətinin sona çatdırılması ilə nəticələnə bilər. Amma düşünürəm ki, Rusiya əlində olan leqal və qeyri-leqal imkanlardan istifadə edərək regionda sülhməramlı qüvvələr kimi fəaliyyətini davam etdirməyə çalışacaq. Amma onun regiondaxili və xarici qüvvələrin təzyiqi altında 5 il bitdikdən sonra buranı tərk edəcəyi də istisna olunmamalıdır.

Əlimusa İbrahimov

Politoloq

No description available.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı