Rusiyanın Zəngəzurda dayaq məntəqələri yaratması onun sülhməramlı fəaliyyətinə ziddir Ekspert

Analitika 13:21 04.05.2021

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Parlamentində çıxışı zamanı elan edib ki, Rusiyanın 102-ci hərbi bazasının Zəngəzurda iki güclü dayaq nöqtəsi yaradılıb. “Gümrüdəki 102-ci hərbi baza Sünik vilayətində 2 dayaq məntəqəsi yaradıb. Onlar İran və Azərbaycanla sərhəd ərazilərdə yerləşdirilib” deyə o, qeyd edib.

Paşinyan rusiyalı hərbçilərin Zəngəzurun təhlükəsizliyinə cavabdeh olacağını söyləyib. O bölgəyə yerləşdirilən rusiyalı hərbçilərin dəqiq sayını açıqlamayıb.

Qeyd edək ki, İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu dediyi halda, Nikol Paşinyan bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını deyərək, Naxçıvan dəhlizinə eyham vurur və razılaşmada yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir. Azərbaycan prezidenti bildirib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. "İstəməsə, zorla həll edəcəyik,"- deyə vurğulayıb.

Və artıq üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların bərpası məsələsi ilə bağlı Azərbaycan və Ermənistan arasında yaranan anlaşmazlıq sərt ritorikadan əməli addımlara keçib.

Zəngəzurda Rusiya hərbi bazasının dayaq nöqtələrinin yaradılması Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə nə dərəcədə təhdiddir? Beynəlxalq qanunvericiliyə görə Rusiya sərhəd yaxınlığında hərbi baza qurmasına görə Azərbaycana xəbərdarlıq etməlidirmi?

“Ermənistan ərazisində, xüsusilə də Qarabağ sərhədlərinə yaxın bir ərazidə istənilən hərbi obyekt təbii ki, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün təhdid hesab edilir”. Bunu hərbi ekspert Ədalət Verdiyev Eurasia Diary-yə açıqlamasında bildirib.

“Beynəlxalq qanunvericiliyə görə, Rusiya orada yeni baza deyil, mövcud olan bazanın imkanlarını artırmaq məqsədi ilə dayaq məntəqələrini hazırlayır. Buna görə də, əlavə razılaşma və ya xəbərdarlıqlara ehtiyac qalmır. Lakin nəzərə alsaq ki, Rusiya hazırda Azərbaycanla Ermənistan arasında mövcud münaqişənin başa çatmasını təmin edəcək sülhməramlı fəaliyyətləri həyata keçirir, o zaman biz Rusiyanın bu addımını Azərbaycana qarşı qərəzli fəaliyyət kimi dəyərləndirə bilərik” – ekspert əlavə edib.

Ə. Verdiyevin sözlərinə görə, dayaq məntəqəsinin yaradılmasında məqsəd Azərbaycanı gələcək fəaliyyətlərindən bir qədər ehtiyatlı davranmağa, dolayısıyla Azərbaycanı gələcək mümkün hərbi fəaliyyətlərdən çəkindirmək məqsədi də daşıya bilər.

“Lakin bu addımların, iki dayaq məntəqəsilə Azərbaycanı dayandıra biləcəyini düşünmürəm, çünki ötən ilin payızında başlayan döyüş əməliyyatlarında zatən Rusiya tərəfi Ermənistan ərazisində olan və yeni daşınmalar hesabına Azərbaycanı bu əməliyyatlardan çəkinməyə və yaxud da ən azından dayandırmağa cəhd etmişdi, lakin bunların heç biri gözlənilən effekti vermədi. Odur ki, bu kimi addımlar Azərbaycan üçün ciddi bir nəticə verə biləcək addım kimi dəyərləndirilməməlidir. Bu daha çox Ermənistanın Zəngəzur vilayəti ilə əlaqədar Azərbaycanın verdiyi bəyanatlar fonunda Rusiyanın “Biz erməni qardaşlarımızı darda qoymarıq, biz sizin yanınızdayıq, mümkün olduğu qədər yardım edəcəyik” mesajını vermək məqsədi daşıyır”, o qeyd edib.

Hərbi ekspert onu da əlavə edib ki, Azərbaycan birgə bəyanatın şərtlərinin tam yerinə yetirilməsi və gələcəkdə sülh sazişinin imzalanması, sərhədlərin bərpa olunması proseslərini diqqətlə izləməli və ordunun döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, müharibədə istifadə etdiyimiz və resursları azalan silah və texnikaların, raketlərin yenidən alınması və bərpası ilə bu kimi addımlara real fəaliyyətlərlə qarşılıq verə bilər: “Zatən Türkiyə ilə müdafiə sənayesi sahəsində genişlənən əməkdaşlığımız da bu kimi addımlara adekvat cavab vermək məqsədi ilə həyata keçirilir”.

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı