"Ağdam tamamilə dağıdılıb, məhv edilib, sanki belə bir şəhər heç olmayıb. Yeganə sağ qalmış bina məscid binasıdır və yalnız bir səbəbdən salamat qalıb. Ermənilər ondan hərbi məqsədlər üçün istifadə ediblər: minarələrdə erməni artilleriya atəşi üçün koordinat götürənlər yerləşdirilib. Şəhərin əvəzinə fundament qalıqlarından ibarət səhra, bəzi yerlərdə isə bünövrəsi qalan bəzi evlər var. Yaranan mənzərə, nüvə partlayışından sonra Hirosima və Naqasakidə baş verənlərlə tamamilə eynidır. Burada nüvə partlayışı olmayıb, çünki, Ermənistan nüvə silahına sahib deyil. Ancaq vandalizmin miqyası nüvə bombardmanının nəticələri ilə eynidir”. Bu vəziyyətdə diqqət yetirdiyiniz digər bir şey hər yerdə “ehtiyatlı olun- Mina” yazılmış lövhələrin olmasıdır“, İqor Korotçenko qeyd edib.
Eurasia Diary hərbi ekspertlə əlaqə saxlayıb və Ağdam şəhərinə səfər təəssüratları, Azərbaycan tərəfinə minalanmış ərazi xəritələrinin verilməməsi ilə bağlı sualları cavablandırmağı xahiş edib. Daha ətraflı videomaterialda:
İqor Korotçenko - Milli Müdafiə jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktorudur.
Cəmilə Çebotareva