Dostlar düşmən, düşmənlər dost olur? Ter-Petrosyandan 180 dərəcə dönüş

Analitika 16:51 06.05.2021

Ermənistanda siyasi qüvvələr növbədənkənar seçkilərə ciddi hazırlıqlar aparır. Seçki siyahısının hazırlanması və tərəfdaşlıqların qurulması istiqamətində işlər görülür.

Dünən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan keçmiş siyasi düşmənləri olan Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarqsyana birgə blokda iştirak etmək təklifi irəli sürüb.

Ter-Petrosyanın təklifinə görə, hər üç qüvvə "Milli Razılıq Alyansı" bloku adı altında seçkilərdə iştirak edəcək. Lakin onun bu arzusu ürəyində qalıb. Robert Koçaryanın ofisindən verilən məlumata görə Ter-Petrosyanın təklifi rədd edilib.

Koçaryanın rədd cavabı mənəvi səbəblə əlaqələndirilib. O, bunun "Ermənistanın Xilası Hərəkatı"na xəyanət olduğunu hesab etdiyini bildirib.

Koçaryan öz fikrini bildirsə də, Serj Sarqsyan hələki heç bir reaksiya verməyib. Baş verən hadisələr seçki prosesinə mümkün təsirləri və Ter-Petrosyandan maraqlı gediş müzakirə mövzusunun əsas suallarıdır.

Nəzərə alsaq ki, Koçaryan Ter-Petrosyanın devrilməsi ilə hakimiyyətə gəlib, Sarqsyan isə güc yolu ilə ona qalib gələrək hakimiyyəti ələ keçirib, hər iki lider Ter-Petrosyanın yolunu kəsib. Bu məqamda Ermənistanın birinci prezidentinin onun yolunu kəsənlərlə birləşmək istəyi təəccüb doğurur.

Eurasia Diary Levon Ter-Petrosyanın bu gedişi ilə bağlı politoloq Əlimusa İbrahimovun fikirlərini öyrənib.

Politoloq seçkiqabağı kampaniya zamanı qarşıda sürprizlərin olmasını istisna etməyib. O, vəziyyətin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın nəzarəti altında olduğunu hesab edir: “Müxalif qüvvələrin Paşinyanı səhnələşdirilmiş deyil, real istefaya göndərdikdən sonra seçki keçirməyə çalışsalar da, onların cəhdləri nəticəsiz qaldı. Əvvəllər də qeyd etdiyimiz kimi, heç də müxalifətin hamısı seçkilərdə iştirak etmək haqqında qərar qəbul etməyib. Buna heç tələsmirlər də. Çünki Paşinyanın diktəsi altında keçiriləcək seçkilərdə qutulardan məhz Paşinyan və onun tərəfdarlarının çıxacağı proqnozlaşdırılması mümkün olan hadisələrdəndir”.

Qeyd edək ki, Ermənistanın keçmiş siyasi liderləri olan sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan seçkilərdəki iştiraklarını təsdiq ediblər. Politoloq onlardan Robert Koçaryanın daha fəal olduğunu bildirib: “Bu, onun Paşinyana olan nifrətinin daha güclü olması ilə əlaqələndirilir. Paşinyan məhz Koçaryanı həbsxanaya göndərib. Sarqsyan həbsxananın ətrafında fırlansa da, ora düşməkdən qurtula bilib”.

Vaxtilə Nikol Paşinyan Levon Ter-Petrosyanın yaxın dəstəkçilərindən olub və onlar keçmiş siyasi elitaya qarşı mübarizə aparıblar. Lakin indi Ter-Petrosyan köhnə dostu ilə düşmən, köhnə düşmənləri ilə isə dost olmaq istəyir. Politoloq Ter-Petrosyanın fikrinin arxasındakı səbəbləri bir neçə aspektdən dəyərləndirib.

“İlk olaraq, Levon Ter-Petrosyan seçkiyə tək getməklə uğursuzluğa düçar olacağını başa düşür. Seçkiyə gedib məğlub olmaq isə onun üzünə həm müxalifət, həm də iqtidarın qapılarını bağlayacaq. Bunu ciddi qəbul etdiyinə və Ermənistanın indiki siyasi səhnəsində tandem yaratmağa əlverişli qüvvə tapa bimədiyinə görə o, siyasi və mənəvi düşmənləri Koçaryan və Sarkisyana üz tutub”, deyə Əlimusa İbrahimov söyləyib.

Koçaryan rədd cavabını dramatikləşdirərək bunu mənəvi səbəblə əlaqələndirib. Lakin politoloq onun bu fikrinin gözdən pərdə asmaq olduğunu hesab edir.

“Düşünürəm ki, Koçaryanın irəli sürdüyü mənəvi problem gözdən pərdə asmaq üçündür. O, sadəcə Levon Ter-Petrosyan və Serj Sarqsyanla koalisiyaya girməyin seçkilərin taleyində əhəmiyyətli rol oynamaycağını düşünür. Koçaryan öz tərəfdarlarının səsini digər həmkarları ilə bölüşmək istəmir. Onun tərəfdar toplamağa daha çox ehtiyacı var, nəinki tərəfdarlarını bölüşməyə. Digər tərəfdən Daşnaksütyun kimi erməni siyasətində əhəmiyyətli rol oynayan qrupla birləşmək ehtimalı Levon Ter-Petrosyana mənfi cavab verməkdə mühüm rol oynaya bilər”, deyə politoloq bildirib.

Levon Ter-Petrosyanın keçmiş tərəfdaşı Nikol Paşinyan əleyhinə sərt tənqidlər irəli sürməsi məsələnin digər tərəfidir. Onların bu dəfə müttəfiq deyil, rəqibə çevrilməsi xüsusi maraq doğurur: “Bunun səbəbini son hadisələr zamanı birinci prezidentin müxalifətin yağlı vədlərinə inanaraq Paşinyanı istefa verməyə çağıranların önündə getməsi ilə əlaqələndirirlər. Ter-Petrosyan siyasi cəhətdə hadisələri düzgün proqnozlaşdıra bilməyərək Paşinyana qarşı çıxdı. İndi onun Paşinyanı “fəlakət” adlandırmağa haqqı var. Növbədənkənar Parlament seçkilərindən yeni qüvvə ilə çıxacaq Paşinyan Ter-Petrosyan və onun digər iki həmkarı üçün həqiqətən “fəlakət” yaşadacaq”.

Ciddi siyasi dönüşlər, koalisiyaların qurulması seçkiqabağı kampaniyanın qızğın getməsindən xəbər verir. Gələn ayın 20-də Ermənistan əhalisi öz gələcəyini müəyyən edəcək. Seçki qutusundan hansı ad çıxacaq və bu isim sabitlik yarada biləcəkmi? Suallar içində qalan erməni cəmiyyəti siyasi proseslərin sonunu səbrsizliklə gözləyir.

“Normal ölkələrdə siyasi manevrlər bəzən arada olan narazılığı müəyyən müddətə kənara qoymağı tələb edir və siyasətçilər qələbə qazanmaq naminə birləşə bilirlər. Amma Ermənistanda və erməni xislətinə malik insanlar içində bunun mümkün olacağı gözlənilən deyil. Bu “3 eks”in yaxın gələcəkdə, seçkidə qalib gəlmək məqsədi ilə koalisiya yardacaqları barədə müsbət fikir söyləmək olmur. Seçkiyə qədər olan müddətdə Paşinyan yenə də əvvəllər bir neçə dəfə olduğu kimi ağzından Rusiya əleyhinə söz qaçırmasa və Rusiyanı müdaxiləyə təhrik etməsə, hər şey onun xeyrinə həll olunacaq. İndiki şəraitdə Paşinyan və onun tərəfdarlarının seçkidə uduzmağını  xəbər verən ciddi hadisə görünmür”, Əlimusa İbrahimov fikrini tamamlayıb.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı