Türkiyə-Səudiyyə normallaşması regional sabitliyə müsbət təsir göstərəcək ekspert

Analitika 19:03 06.05.2021

Səudiyyə Ərəbistanı ölkədəki 8 türk məktəbini bağlayacağını elan etdikdən sonra Səudiyyə ilə Türkiyə arasındakı münasibətlər ən yüksək səviyyələrdə gündəmə gətirildi. Mövzu əvvəlcə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, daha sonra Prezident Aparatının sözçüsü İbrahim Kalın ilə səudiyyəli rəsmilər arasında müzakirə edildi. Nəhayət, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salmanla telefon danışığı zamanı məsələni qaldırsa da, qarşı tərəf buna heç bir səbəb göstərməyib. Buna görə rəsmi Ankara məsələnin siyasi səbəblərdən qaynaqlandığını düşünür.

Türkiyə ilə Səudiyyə arasında münasibətlər 2013-cü ildə Misirdə hərbi çevrilişdən sonra pozulmağa başladı. Səudiyyə, həmin vaxt çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah əs-Sisini dəstəkləyirdi. 2017-ci ildə baş verən Qətər böhranında, həmçinin Körfəzdə, Liviyada, Şərqi Aralıqda iki ölkə arasında maraqlar toqquşurdu. İstanbuldakı konsulluqda Camal Qaşıqçının öldürülməsi ilə gərginlik ən yüksək həddinə çatdı.

Baydenin hakimiyyətə gəlməsilə ABŞ-ın yeni Türkiyə siyasəti Misirlə Türkiyə arasında buzların əriməsinə səbəb oldu. Türkiyənin yüksək rütbəli diplomatları Qahirədə Misir rəhbərliyi ilə münasibətlərin bərpası məsələlərini müzakirə etdilər. Bunun ardınca Səudiyyə ilə müzakirələr başladı. Və Səudiyyə ilə münasibətlər Misirlə eyni vaxtda pozulduğu kimi eyni vaxtda düzəlmək imkanı qazanıb.

Mövzunu Sakarya Universiteti Orta Şərq İnstitutunda tədqiqatçı, ORSAM Körfəz Koordinatoru Mehmet Rakipoğlu Eurasia Diary-yə şərh edib.

ORSAM-Ortadoğu Araştırmaları Merkezi

Ekspertin sözlərinə görə, Yaxın Şərqdə baş verən son proseslər bölgədəki qüvvələr balansının yenidən formalaşdığını göstərir. Bu mənada, xüsusən, bir çox mühüm hadisələrdən və dəyişikliklərdən danışmaq olar: “ABŞ-da prezident kürsüsünə Baydenin keçməsi, koronavirus pandemiyası səbəbiylə iqtisadi problemlərin kəskinləşməsi, Yəmən, Suriya, Liviya və Şərqi Aralıq dənizi kimi bölgələrdə təhlükəsizlik problemlərinin artması kimi səbəblər bölgədəki aktorların xarici siyasətə dair qərarlarına yenidən baxmağa səbəb oldu. Səudiyyə Ərəbistanı 2020-ci ilin sonundan bəri Trampın seçkilərdə uduzması ilə xarici siyasətdəki aqressiv xüsusiyyətindən imtina etməyə başladı. Sözügedən təcavüzkar xarici siyasət Tramp, Kuşner, BƏƏ-nin varisi Məhəmməd bin Zayid tərəfindən sona qədər dəstəklənirdi. Buna baxmayaraq, həm ABŞ-da Trampın dəstəyinin itməsi, həm də BƏƏ ilə əlaqəli problemlər, Səudiyyə Ərəbistanının 2015-ci ildən bəri izlədiyi və regional sabitliyi pozan müdaxilə siyasətindən imtina etməsi ilə nəticələndi”.

Mehmet Rakipoğlu deyir ki, Türkiyə ilə yaşanan gərginlik və yumşalma hərəkətləri bu dəyişikliyin bir hissəsidir. 2020-ci ilin sonlarında Səudiyyə Ərəbistanı Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bir çox addımlar atıb. Kral Salman, İzmirdəki zəlzələ zamanı humanitar yardım göndərib və zəlzələ qurbanlarını qardaşlarımız olaraq xarakterizə edib.

“Səudiyyə Ərəbistanının xarici işlər naziri, Türkiyə ilə çox yaxşı əlaqələrə malik olduqlarını bildirdi. Ərdoğanla Kral Salman arasında telefon danışığı oldu. Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun may ayının ikinci həftəsində Səudiyyə Ərəbistanına rəsmi səfər edəcəyi bildirildi. Münasibətlərin normallaşması üçün qarşılıqlı addımların atılmasına baxmayaraq, Səudiyyə Ərəbistanı 2021-ci ilin sonunda Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinə bağlı olan 8 məktəbin bağlanmasına qərar verdi. Görünür, Səudiyyə Ərəbistanında, başda Kral Salman olmaqla Türkiyə ilə normal münasibətlərini davam etdirmək istəyən yüksək səviyyəli böyük bir heyət var. Ancaq bunun tam əksini istəyən, yəni Türkiyə ilə normallaşmaya mane olmaq istəyənlər də var. 8 Türk məktəbinin bağlanması qərarının, Türkiyə-Səudiyyə Ərəbistanının normallaşdırmasını istəməyənlərlə əlaqəsi ola bilər. Bu mənada xüsusilə Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayid və onun təsiri altında olan Məhəmməd bin Salmanın Türkiyə əleyhinə siyasətdən əl çəkmədiklərini söyləmək olar” – deyə ekspert əlavə edib.

Əslində, bu iki vəliəhd 2015-ci ildən bəri tədricən artan və Türkiyəyə və hətta prezident Ərdoğana qarşı çıxmağa yönəlmiş siyasətin memarlarıdır. Səudiyyə Ərəbistanı-Türkiyə, Misir-Türkiyə normallaşması üçün beynəlxalq konyunkturanın və tərəflərin siyasi iradəsinin məqsədəuyğun olmasına baxmayaraq, hələ də bəzi maneələr və problemlər var. Türk politoloq bu mənada Səudiyyə Ərəbistanı-Türkiyə normallaşmasının reallaşması üçün bəzi mənfi amillərin aradan qaldırılması və ya ən azından təsirinin azaldılması vacib olduğunu düşünür: “Bunlardan birincisi, ABŞ-ın regional siyasətinin yaratdığı güc boşluğunun regional rəqabət mühiti yaratması və regional aktorlar arasındakı münasibətlərin gərgin olmasıdır. İkincisi, Səudiyyə Ərəbistanının Türkiyə haqqında düşüncəsidir. Ər-Riyad artıq Ankaranı “Müsəlman qardaşlığı”nın dəstəkçisi kimi görməməlidir. Üçüncüsü, Səudiyyə Ərəbistanı BƏƏ-nin ardınca getməli və siyasi İslamı və demokratiyanı rejiminə təhlükə olaraq görməməlidir. Dördüncüsü, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanı siyasətindəki radikal təsiri azaldılmalıdır. Beşincisi, Səudiyyə rejiminin carçısı kimi çıxış edən medianın düşmən ritorikasına son qoyulmalıdır. Bu addımlar atılarsa normallaşma sürətlənə bilər”.

Bəs Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulması bölgəyə və ümumiyyətlə dünyaya hansı faydanı verə bilər?

Mehmet Rakipoğlu qeyd edir ki, Yaxın Şərqdə 4 böyük regional gücün olması bölgəyə dair ümumi fikri izah edir. Bu güclər Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misirdir: “Hər dövlətin milli maraqlarının fərqli olması təbiidir. Ancaq maraqların və rəqabətin gərginlik, qarşıdurma və düşmənçilik həddinə çatması, ilk növbədə adı çəkilən dövlətlərin təhlükəsizliyə dair qayğılarının artmasına, regional sabitliyə zərər verməsinə səbəb olur. Həm İslam dünyasının, həm də Türkiyə və Səudiyyə Ərəbistanı kimi Yaxın Şərqin iki böyük regionunun normal münasibətlərdə olması, iqtisadiyyat və təhlükəsizlik sahəsindəki problemlərə müsbət təsir edəcək. Xüsusilə Liviya, Suriya və Yəmən kimi qarşıdurmaların yaşandığı bölgələrin Səudiyyə Ərəbistan ilə Türkiyənin birgə fəaliyyəti, yuxarıda adı çəkilən dövlətlərin milli təhlükəsizliyinə təhdid olan terrorçularla mübarizədə uğur qazanma şansını artıracaq. Səudiyyə Ərəbistanın Yəməndən necə çıxacağına dair bir strategiyanın olmaması, Türkiyə ilə münasibətlərin gedişatından asılı olaraq dəyişə bilər. Bu yaxınlarda Səudiyyə Ərəbistanın Yəməndə müharibəni bitirmək üçün atdığı addımlar, Türkiyə ilə münasibətlərdə normallaşma baş verərsə, konkretləşə bilər. Bu halda Türkiyə, Səudiyyə Ərəbistanı-Husilər və Səudiyyə Ərəbistanı-İran arasındakı danışıqlarda vasitəçi ola bilər. Ancaq bu vəziyyətin reallaşması üçün yuxarıda qeyd edildiyi kimi Riyad rəhbərliyi bu istiqamətdə açıq bir siyasi iradə göstərməlidir. Eynilə, Türkiyə-Səudiyyə Ərəbistanının münasibətlərinin normallaşması Liviya, Suriya və Şərqi Aralıq dənizindəki gərginliyi azaldacaq. Türkiyəyə qarşı olan ölkələrin - İsrail, BƏƏ, Misir, Yunanıstanın - Türkiyə ilə diplomatik təmasları sürətləndirdiyini nəzərə alsaq, Türkiyə-Səudiyyə Ərəbistanın münasibətlərinin normallaşmasının regional sabitliyə və əməkdaşlıq atmosferinə müsbət təsir göstərəcəyi deyilə bilər”.

Gülnar Səlimova

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Hamısı