Torpaq qoparmağa çalışan erməni caynağı Qaragöl ətrafında nə baş verir?

Analitika 16:52 16.05.2021

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistan caynaqlarını yenə işə salıb. Məğlub ölkə bu dəfə yenə torpaq parçaları qoparmaq üçün çırpınır. Azərbaycanla sərhəddə demarkasiyası işlərinə mane olan Ermənistan haqqı nahaq kimi göstərir.

Əfsuslar olsun ki, hətta bu prosesə xarici dövlətlər də qoşulub. Fransa Ermənistanla həmrəylikdən danışıq, Kanada isə qərəzli mövqedən çıxış edir. Dünyanın əsas aparıcı dövlətləri beynəlxalq hüququn pozulmasına 30 il boyunca necə göz yumubsa, elə indi də eyni cür edir.

Qaragöl ərazisinin demarkasiyası ilə bağlı baş verən hadisələr hər iki ölkənin cəmiyyətində xüsusi narahatlıqla izlənilir. Ermənistan Azərbaycan Silahlı Qüvvələrini işğalçı siyasətdə ittiham edərək xarici dövlətlərində diqqətini çəkməyə çalışıb. Lakin Azərbaycan öz haqlı mövqeyinin üstündə qətiyyətlə duraraq qəbul edilmiş və tanınmış xəritələrə əsaslanır.

Zəngəzur probleminin pərdəaraxası müxtəlif tədqiqatçılar və politoloqlar tərəfindən fərqli cür şərh olunur. Belə ki, bu işdə Rusiyanın barmağının olduğu və Ermənistanda keçirilən seçkilərlə əlaqənin mövcudluğu iddia olunur.

Eurasia Diary baş verənlərlə bağlı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini öyrənib.

Politoloq isə bu prosesin Ermənistanın məkrli siyasətinin tərkib hissəsinin olduğunu bildirir. O, Azərbaycanın sadəcə öz torpaqlarını demarkasiya etdiyini söyləyib: “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Eyni zamanda, Azərbaycan Respublikasının müstəqillik qazananda tanınmış sərhədləri var. Bu ərazi Birləşmiş Millətlər Təşkilatı və bir sıra beynəlxalq qurumlar tərəfindən tanınıb və 86,6 min kmərazini əhatə edir. Azərbaycan SSRİ tərkibində olsa da, öz müstəqilliyini elan edənə qədər bu sərhədlər çərçivəsində olub. Ermənilər isə deyir ki, guya bizim əlimizdə olan xəritələr saxtadır. Moskvada Coğrafiya İnstitutunda Sovet dövründə olan atlaslar və xəritələr saxlanılır. Burada kəndlərin belə hansı əraziyə aid olduğu qeyd olunub. Bunun ən dəqiqini ruslar bilir. Onun üçün də onlar səssiz qalıblar. Çünki bilirlər ki, bu məsələdə haqlı tərəf bizik. Biz öz sərhədlərimizi bərpa edirik”.

Tarixə nəzər salan politoloq bu cür hadisələrin yenilik olmadığnı qeyd edib. O, Sovet dövründə də ermənilərin müxtəlif yollarla torpaq əldə etmək istədiklərini nəzərə çatdırıb.

“Onlar Sovet dövrü boyunca Mir Cəfər Bağırovu da dəng etmişdilər. Ardıcıl olaraq Moskvaya məktublar göndərirdilər. Sonra 50-ci illərdə Ermənistanın arxiyepiskopu Gevorq Çörəkçiyan, 60-cı illərdə Vazgenləri yazmağa davam etdi. Bu bir xəstəlikdir, onlar həmişə torpaq istəyirlər. Hələ keçmiş zamanlarda Çörəkçiyan Klaust Gülbenkyanla əlaqəyə girmişdi. Qeyd edək ki, Gülbenkyan erməni messenatıdır. O, Osmanlı imperiyasının maliyyə nazirinin oğlu idi. Həddən artıq zəngin insan olub. O, Türkiyə neft şirkətini yaradanlardan biri olub. Osmanlı sultanı Abdulhəmidin icazəsi ilə fəaliyyət göstərirdi. BP İraqı tutanda bütün neft yataqlar Osmanlı coğrafiyasında idi. Gülbenkyan da Londonda oxumuşdu. O, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdi və bütün Osmanlı ərazilərində tutduğu yataqlara iddia edərək BP-ni hissə verməyə məcbur etdi. İndinin özündə də BP-nin buradan əldə etdiyi gəlirlərin 5%-i Gülbenkyan ailəsinə gedir. Ona hətta beynəlxalq ədəbiyyatda “Cənab 5%” deyilər. Nəzərinizə çatdırım ki, Gülbenkyan fondu 50-ci illərdə dünyanın ən zəngin fondu idi və erməni maraqlarına dəstək verirdi. Çörəkçiyan vasitəsi ilə o, Ermənistanda təbliğat aparırdı və Şərqi Anadoluya da iddiası var idi. Bu ermənilərin tarixi  xarakterik xüsusiyyətləridir. Erməni ziyalıları arasında belə, bu xüsusiyyəti tənqid edənlər var”, deyə Adıgözəl Məmmədov bildirib.

Politoloq Zəngəzurda yaranan qarışıqlıq planının Moskvada yazılması fikri ilə razı olmadığını söyləyib. O, Rusiyanın bu cür qeyri-sabitlikdə maraqlı olmadığını qeyd edib: “Fikrimcə, bu, yanlış düşüncədir və qıt informasıyası olan şəxslərin fikirləridir. Rusiyanın Zəngəzurda qarışıqlıq yaratmaqda nə marağı ola bilər? O bunu elə Şuşada da yarada bilərdi. Nəzərə alaq ki, biz Şuşaya sülhməramlılarının bələdçiliyi ilə gedirik. Rusiya əksinə, regionda sakitliyin tərəfdarıdır. Çünki onun özünün hədsiz problemləri var. Burada Ukrayna, Uzaq Şərq, daxili sosial problemlər, siyasi problemlər, radikal qüvvələrin aktivliyi kimi məsələlər aiddir. Rusiya faktiki olaraq regiona gəlib və bundan sonra stabilliyə çalışacaq. Baş verən hadisələr isə erməni məqsədidir”.

Ermənistan gələn ay növbədənkənar parlament seçkilərinə hazırlaşır. Baş verən son hadisələr siyasi qüvvələrin əlində öz məqsədlərinə çatmaq üçün alətə çevrilə bilər. Lakin politoloq Rusiyanın bu hadisədən Paşinyana qarşı istifadə etdiyini istisna edir.

“Mən inanmıram ki, Rusiya Paşinyana zərbə vurmaq üçün Zəngəzur məsələsindən istifadə etsin. Paşinyanı vurmaq lazım olsaydı, 10 noyabr bəyanatının səhəri günü onun işin bitirərdi. Görünür ona lazımdı. Koçaryan faktoru da mövcuddur, Rusiya isə bunu ehtiyat kart kimi saxlayır. Əgər Paşinyan onun maraqlarına zidd getsə, bundan istifadə edə bilər. Rusiyanın Ermənistana təsir etmək üçün çoxlu vasitələri var. Rusiyada kifayət qədər ermənilər var. Ermənistanın əsas strateji nöqtələri, infrastrukturu və müəssisələri Rusiyanın əlindədir”, deyə Adıgözəl Məmmədov fikrini tamamlayıb.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı