Brüsseldən Şuşaya uzanan yol!..

Analitika 11:07 15.06.2021

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO toplantısı çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşdən sonra verdiyi açıqlamalar və suallara cavablarından bu qənaətə gəlmək olar ki, tərəflər arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmadı.

Bir görüşlə bütün məsələlərin həll ediləcəyi əvvəlcədən də gözlənilmirdi. Vaşinqton nə Suriyada PKK-ya bağlı terrorçulara dəstəkdən vaz keçəcək, nə də Pensilvaniyada rahat həyat sürən Fətullah Güləni Türkiyəyə iadə edəcək. F-35 təyyarələri və S-400 raketləriylə bağlı məsələdə də fikir ayrılığı davam edir. Buna baxmayaraq, iki böyük dövlətin lideri arasında dialoq mühitinin formalaşması tərəflər üçün faydalıdır. Digər tərəfdən, liderlər fikir ayrılığı yaradan mövzuların diplomatlar və hərbçilər səviyyəsində müzakirələrinin davam etdirilməsi zərurətini vurğuladılar. Misal üçün, iki dövlət arasında bir çox fikir ayrılığına baxmayaraq, Əfqanıstanda əməkdaşlıq davam edəcək. Bayden qarşısına məqsəd qoyub ki, bu ilin 11 sentyabrına qədər ABŞ qoşunları Əfqanıstanı tərk etməlidir. Ancaq Vaşinqton və NATO ondan da narahatdır ki, bundan sonra Əfqanıstan yenidən qarışa bilər və illərlə bu ölkədə çəkdikləri əziyyət hədər gedə bilər. Bu baxımdan, Türkiyə hərbçilərinin strateji əhəmiyyətli Kabil hava limanında təhlükəsizliyi təminat etməsinə davam etməsi həm ABŞ, həm də NATO-nun xeyrinədir.

Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi. Bayden keçmişdə Türkiyədə olub. Ancaq Ərdoğan bu dəfə Prezident Baydeni Ankarada görmək istəyir. Ərdoğan Baydendən başqa münasibətlərində problem yaşadığı Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Kiryakos Mitsotakislə də görüşdü. Hiss olunur ki, Makron Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır. Ərdoğan da Fransa ilə əməkdaşlığını keçmişdəki axarına qaytarmaq istəyir. Əlbəttə, Türkiyə ilə Fransa arasında müxtəlif bölgələrdə rəqabət davam edəcək. Ancaq bu rəqabəti müvafiq oyun qaydaları çərçivəsində də aparmaq mümkündür. Ərdoğanın Yunanıstanın baş nazirinə də vacib təklifi olub: “Aramızda problem olanda üçüncü dövlətləri bu işə qarışdırmayaq, birbaşa telefon əlaqəsi saxlayaq”. NATO toplantısı başa çatdı. Heç bir lider münasibətlərdə gərginlik istəmədiyini bu toplantıda ortaya qoydu, amma önəmli olan verilən vədlərin yerinə yetirilməsidir. NATO toplantısında Qarabağ barədə fikir mübadiləsi olmadı. Lap yaxşı, dəstək istəmirik, əsas odur ki, bizə mane olmasınlar. NATO bizə mane olmur. Rəcəb Təyyub Ərdoğan Brüsseldəki mətbuat konfransını bu sözlərlə bitirdi: “Azərbaycana gedirəm”. Şuşa Ərdoğanı səbirsizliklə gözləyir.

Elxan Şahinoğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı