Ərdoğanın irəli sürdüyü “3+3” formatı hamının xeyrinədir Elxan Şahinoğlu

Analitika 10:00 18.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada çıxış edərkən "3+3" formatı (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) barədə də danışıb. O, Milli Məclisdəki çıxışında yenidən “Altılıq formatı” mövzusu üzərində dayanaraq platformanın əhəmiyyətini bir daha vurğulayıb. Ərdoğan bölgənin təhlükəsizliyi və güclənməsi baxımdan böyük əhəmiyyətə malik "3+3" formatı ideyasının müəllifidir. O, Vətən müharibəsindən sonra bu niyyətini bir neçə dəfə dilə gətirib və Azərbaycan prezidenti İlham Əliyevin də dəstəyini alıb.

Parlamentdəki çıxışında Ərdoğan, “Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz”, “Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər”, “Gürcüstanın Rusiya ilə problemlərinin həllinə bu platforma töhfə verəcək” kimi fikirlər söyləyib: “Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq”.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Eurasia Diary-yə açıqlama verib.

“Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “3+3” formatı hamının xeyrinədir. Müharibə bitib, artıq əməkdaşlıq etməyin zamanıdır. İndi əsas iki dövləti yola gətirmək lazımdır - Ermənistan və Gürcüstanı. Ermənistanda parlament seçkilərinin nəticələrini gözləmək lazımdır. Amma onlar iki şərti yerinə yetirməlidir. Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaq və Zəngəzur dəhlizinin işə düşməsinə mane olmamaq. Bu zaman bu formatda yer ala bilərlər və əməkdaşlıq imkanlarında, regional layihələrdə də iştirak edə bilərlər”. 

Politoloqun sözlərinə görə, Gürcüstanla vəziyyət bir az fərqlidir, çünki Gürcüstanın torpaqları Rusiya tərəfindən ilhaq olunub və Rusiya da onları geri qaytarmır: “Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Ona görə Gürcüstanda Rusiya ilə əməkdaşlığa bir az mənfi baxırlar. Amma Türkiyə Prezidenti onu da izah edib ki, gürcüləri yola gətirməyə çalışmışıq və bu onların da xeyrinə olacaq. “Altılıq” platformasına qoşulmaq üçün Gürcüstan Rusiya ilə nəqliyyat layihəsi üzərindən əməkdaşlığı qəbul etməlidir. Gürcüstan üçün qərar vermək əlbəttə ki, çətin olacaq. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyadan vaz keçən deyil”. 

Ekspert Rusiyanın platformada iştirakı barədə bildirib ki, layihə Rusiyanın xeyrinədir: “Çünki dəhlizlər və əməkdaşlıq formatı vasitəsiylə bir qədər Qərbin sanksiyalarından qurtulacaq. Bir az daha çox dost və tərəfdaş dövlət qazanacaq. Bu isə Rusiyanın əslində xeyrinədir. Sadəcə Rusiyadan tələb olunan odur ki, nəzarət etdiyi, nökəri olduğu Ermənistanı yola gətirsin və Ermənistan artıq təxribatçı siyasətindən vaz keçsin”.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı