Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticəsi “Polad” inqilab

Analitika 10:01 21.06.2021

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ilkin nəticələr artıq məlumdur. Bülletenlərin əksər hissəsi sayılıb və seçkidə Baş Nazir vəzifələrini icra edən Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş Müqaviləsi" blokunun qələbəsi artıq heç kimdə şübhə doğurmur. İlkin hesablamalara görə, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku “Vətəndaş Müqaviləsindən” 3 dəfə az səs toplayıb. Bülletenlərin tam sayılmasından sonra nəticələri Paşinyanın blokunun xeyrinə yenə də dəyişəcəyi proqnozlaşdırılır. Çünki, Koçaryan qazandığı səslərin əsas hissəsini  Ermənistan paytaxtı İrəvanın hesabına əldə edib.

Paşinyan seçkilər başa çatan kimi bəyanat verərək bildirib ki, erməni xalqı bu dəfə “Məxməri” deyil, ”Polad “inqilab həyata  keçirdi. O, həmçinin Rusiyaya göstərdiyi yardıma görə təşəkkür etməyi unutmayıb.

“Parlament seçkilərində qələbəmiz ictimai və milli birliyimizi bərpa edəcək. Erməni xalqı üç ildə iki inqilab həyata keçirdi. Bu dəfə “məxməri” inqilab əvəzinə “polad” inqilab”.

Baş Nazir vəzifələrini içra edən Feysbuk vasitəsi ilə birbaşa canlı çıxışında Rusiya Prezidenti Vladimir Putin və Baş Nazir Mixail Mişustinə göstərdikləri yardıma görə təşəkkür edib.

Amma seçki prosesində Rusiya kütləvi informasiya vasitələrinin keçmiş prezident Robert Koçaryanın xeyrinə daha ciddi iş apardığı məlum idi. Hətta seçki günü müxtəlif saytlarda dərc olunan rəy sorğusuna əsasən Koçaryan 41 faiz səslə öndə gedirdi.

“Vətəndaş Müqaviləsi” blokunun 60 faizdən artıq seçicinin səsini toplayacağı proqnozlaşdırılır və bu da təkbaşına hökumət qurmaq üçün ona kifayət edəcək. Belə olan halda 20 faiz və bəlkə bir az da aşağı səs toplayacaq keçmiş prezident və Xocalı qatili Robert Koçaryanın Baş Nazir kimi yenidən siyasi səhnəyə qayıtmaq arzusu alt-üst olur. Buna görə də o “saman çöpündən” yapışmaqdan əl çəkməyərək seçkinin nəticələrini “olduqca şübhəli” hesab edir. Onun rəhbərlik etdiyi blok seçkidən sonra verdiyi bəyanatda bildirib: “Blokların topladığı səslər arasında ciddi fərqlər var və bu da son 8 ayda qarşılaşdığımız şərait, ictimai və beynəlxalq  rəylər və nəhayət sağlam məntiqlə ziddiyət təşkil edir”.

Bu bəyanat o anlama gəlir ki, seçkilər ciddi qanun pozuntuları baş verib-verməməsindən asılı olmayaraq, Koçaryan nəticələrlə barışmaq fikrində deyil. Elə buna görə də əldə olunan fakta deyil, mifik təfəkkürə əsaslanır. Eyni zamanda, Koçaryanın çabalarını da başa düşmək mümkündür. Bu seçkidə yalnız baş nazir kürsüsənə sahib olmaq onu və ətrafına toplaşdığı qəddar Qarabağ erməni klanını Paşinyanın qəzəbindən qurtara bilərdi. Seçkidə uduzmaq onu siyasi səhnəyə qaytaran yolun tamamilə bağlanması deməkdir. Təbii ki, bununla barışmaq heç də asan olmayacaq.

Əlimusa İbrahimov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı