Montrö Konvensiyası və Türkiyənin yeni “İstanbul” kanalı layihəsi

Analitika 10:02 22.06.2021

22 iyun 1936-cı ildə - 85 il bundan öncə İsveçrənin səfalı guşəsi hesab olunan Montrö şəhərində Türkiyənin Qara Dənizlə Aralıq Dənizini birləşdirən Bosfor və Dardanel boğazlarının statusunu yenidən müəyyənləşdirmək üçün beynəlxalq konfrans işinə başlayıb. Bir ay davam edən konfrans zamanı qəbul edilən Konvensiya ilə Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq səciyyəli saziş qəbul edilir. Bununla da Türkiyə beynəlxalq dəniz hüququna əməl edəcəyi haqda üzərinə öhdəlik götürmüş olur.

Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurub. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olub.

1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyinin  Müqavilə Seriyasında qeydiyyata alınıb. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir.

Konvensiyanın şərtləri böyük ölçüdə 1930-cu illərin ortalarındakı beynəlxalq vəziyyətin əks olunması idi. Montrödəki konfransda verilən qərarlar, boğazların statusu məsələsində Qara dəniz ölkələrinin hüquqlarının tanınmasına doğru bir addım idi. Böyük ölçüdə isə Türkiyə və SSRİ-nin mənafelərinə xidmət edərək, Türkiyənin boğazlara hərbi nəzarəti bərpa etməsinə imkan verir və Sovet İttifaqının Qara dənizdə üstünlüyünü təmin edirdi.

İtaliya 1938-ci ildə Montrö konvensiyasına qoşuldu. Konvensiyanın qəbulu II Dünya müharibəsi dövründə Qara Dənizdəki hərbi əməliyyatlara əhəmiyyətli dərəcədə böyük təsir göstərdi. Belə ki, Montrö rejiminin Berlin-Roma-Tokio oxu üzvlərinin Sovet İttifaqına hücum etmək üçün boğazlar vasitəsilə hərbi-dəniz qüvvələrini göndərməsinin qarşısını aldı. Beləliklə, Berlin-Roma-Tokio oxu ölkələri Qara dənizdəki əməliyyatlarında dənizdə manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Onlar buna görə əsasən dəmir yolu və kanal şəbəkələri ilə qurudan daşınan kiçik gəmilərə güvənmək məcburiyyətində qaldılar. Dəstək gəmiləri və silahlı ticarət gəmiləri keçməkdə davam edirdi, lakin bu cür gəmilərin boğazlardan keçməsi Müttəfiqlər ilə Türkiyə arasında narazılığa səbəb olurdu.

Moskva və Londonun təkrar etirazları və bir sıra Alman dəstək gəmilərinin boğazlardan keçməsinə icazə verildikdən sonra, Türkiyə hökumətinin 1944-cü ilin iyunundan etibarən Almanların "şübhəli" gəmilərin hərəkətini qadağan etməsinə gətirib çıxardı.

1945-ci ildə Potsdam konfransında SSRİ, Çanaqqalada dəniz bazası və boğazlardan keçmək üçün əlverişli bir rejim tələb edərək Montrö konvensiyasının şərtlərinə yenidən baxılmasına çalışdı. Eyni zamanda, SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldü. Trumen doktrinası çərçivəsində Türkiyənin 1952-ci ildə NATO-ya daxil olması və 1953-cü ildə İosif Stalinin ölümündən sonra, Nikita Xruşşovun  hakimiyyətə gəlməsi ilə bu tələblərdən imtina edildi.

İstanbul” kanalı  layihəsi.

Bu layihə  2011-ci ildə Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan tərəfindən elan edilib. Layihə üçün ilk tender 26 mart 2020-ci ildə keçirilib. Layihə Boğazın alternativ kanalına çevrildikdə, hüquqşünaslar arasında kanalın hüquqi statusu ilə bağlı müzakirələr başlayıb. Xüsusən Qara dəniz ölkələri yeni kanalın Montrö boğazlar konvensiyasına zidd bir vəziyyət yaratmağı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Rusiyanın əsas narazılığı isə hərbi gəmilərlə bağlı vəziyyətin dəyişmək təhlükəsidir.

Lakin bir çox hüquqşünas konvensiyanın boğazlara yox, məhz iki dənizi birləşdirən yol və ya yollara aid olduğunu bildirir. Bu səbəbdən yeni kanalın təhlükəli yük keçidi üçün yaxşı alternativ olmasını və hərbi gəmilərin keçidinin dəyişməyəcəyini, Qara dənizdə mövcud olan qaydaların dəyişməyəcəyi də qeyd edilir.

Montrö Konvensiyasının 85-ci ildönümü Türkiyə artıq ikinci kanalın “İstanbul” kanalının tikintisinə başlayır. Bu barədə Rəcəb Təyyib Ərdoğan bir neçə gün bundan öncə məlumat verib.

45 km uzunluğunda olacaq yeni kanal İstanbulun mərkəzindən keçən 30 km-lik birinci kanala ehtiyat kimi nəzərdə tutulub. Mövcud kanal gündə 120 gəmi buraxmaq qabiliyyətinə malikdir və hər gəmi 30 km məsafəni qət etmək üçün 14,5 saat vaxt sərf etməlidir. Amma inşasına başlanacaq “İstanbul”  kanaıl hər gün 180 gəmi buraxmaq imkanına malik olacaq. 10 milyard dollara başa gələcək “İstanbul” kanlından Türkiyə hökuməti hər il 1 milyard ABŞ dolları gəlir götürmək ümidindədir.

Müstəqil ekspertlər “İstanbul” kanalının Türkiyə iqtisadiyyatında oynayacağı rolu yüksək qiymətləndirənlərlə yanaşı onun ekologiyaya vuracağı ziyanı da nəzərə çatdırırlar. Bu kanal istifadəyə verildikdən  sonra keyfiyyətli içməli su qıtlığı yaranacağı və Mərmərə dənizində duzluluq səviyyəsinin dəyişəcəyini proqnozlaşdıranlar da var.

Amma bütün bunlar Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana “İstanbul” kanalının inşasından vaz keçmək  üçün yetərincə tutarlı səbəb deyil. Qarşısına  daha geniş, həm də siyasi hədəflər qoyan Ərdoğan Montrö Konvensiyasına düşməyən keçid arzusundadır. Bu layihə də onun arzusunu reallaşdırmaq üçün hərtərəfli düşünülmüş addım hesab oluna bilər.

Əlimusa İbrahimov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı