Bir millət, iki dövlət və... Şuşadan başlayan yol

Analitika 15:03 23.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsindən söz açıb.

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq. Bundan sonra da Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha nümayiş etdik. Qarabağın bölgə üçün nə məna daşıdığı qarşıdakı illərdə bir daha özünü göstərəcək. Bölgənin yeni sabitliyə və rahatlığa qovuşmasından ən çox fayda görənlərdən biri də Ermənistan olacaq. Bu proses Qafqazda yeni bir dövrün başlanğıcı olacaq", - Ərdoğan qeyd edib.

O, həmçinin bir zamanlar münaqişənin həllində vasitəçilik rolunu üzərinə götürmüş Minsk Qrupuna mesaj verdi: “Dünyaya, birinci dərəcədə isə Qərbə deyirəm: “Gəlin, lütfən, Qarabağı görün. Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim nələri 30 ildə nə hala gətirib, bunu görün".

Politoloq Əlimusa İbrahimov Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi üçün təməl daşı rolunu oynayan Şuşa Bəyannaməsi ilə bağlı Ərdoğanın verdiyi açıqlamaları Eurasia Diary üçün şərh edib.

“Türkiyə Respublikası Prezidenti Rəcəb Təyyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində  Azərbaycana səfəri və 28 illik işğaldan sonra azad edilmiş Şuşa şəhərini ziyarəti böyük tarixi və siyasi əhəmiyyət daşımaqla yanaşı İlham Əliyev diplomatiyasının növbəti uğuru oldu. Bu səfərlə bir millət iki dövləti təcəssüm etdirən Azərbaycan və Türkiyə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Şuşada müttəfiqlik haqqında  bəyannamənin imzalanması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti bu münasibətlə bəyan etdi ki, Şuşa bəyannaməsi ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırdı: “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. 

Politoloqun sözlərinə görə, bu bəyannamənin əhəmiyyəti ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə etməsidir: “Bununla Azərbaycan  iqtisadiyyatı, elmi, sənayesi, kənd təsərrüfatı və ən başlıcası milli müdafiə sənayesi və hərbi quruculuğu Türkiyənin malik olduğu standartlara çatdırılacaq ki, bunun da Azərbaycan üçün əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Bəyanatda həmçinin vurğulanır ki, Türkiyə və Azərbaycan ilk dəfə milli təhlükəsizlk məsələləri ilə bağlı görüşlər keçirəcəklər. Bu o deməkdir ki, iki dövlətin milli təhlükəsizliyi eyni dərəcədə əhəmiyyətlidir və birgə qorunacaq”.

Əlimusa İbrahimov bildirib ki, Şuşa bəyannaməsinin imzalanması tarixi nailiyyət hesab olunmalıdır: “Şuşada bəyannamə ilə bağlı çıxışı zamanı Rəcəb Təyyib Ərdoğan ölkələr qarşısında yeni imkanların açıldığını da vurğulayıb. Şuşa bəyannaməsinin əhəmiyyəti təkcə Azərbaycan-Türkiyə münasibətlərini əhatə etməklə kifayətlənmir. Bu bəyannamə və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yanında olması və ona istənilən sahədə yardım etməyə  hazırlığı Türkiyənin həm beynəlxalq nüfuzunun, həm də digər Türk dövlətləri yanında statusunun daha da möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmət göstərdi”.

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı