Paşinyan Ermənistan cəmiyyətini Azərbaycanla növbəti razılaşmalara hazırlayır Politoloq

Analitika 10:54 23.07.2021

Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun rəhbəri Robert Koçaryan Naxçıvanla Arazdəyən qəsəbəsi sərhəddində baş verənlərin Azərbaycanla bağlanılacaq sülh sazişinin “müqəddimə”si adlandırıb. Onun sözlərinə görə,   Ermənistan artıq özünü qorumaq imkanlarını itirib. Və ermənilər yüzlərlə Azərbaycan əsgərinin Qaragöl ətrafında yerləşməsini unudublar: “Bu, Ermənistanda müharibə və ondan sonrakı dövrlərdə baş verən proseslərin məntiqi davamıdır. Biz göstərdik ki, dişimiz yoxdur, cəsarətlə cavab vermək imkanımız da yoxdur. Və Azərbaycan öz gündəminə bu cür hərəkətləri ilə davam edəcək”.

O hazırkı vəziyyəti diqqətlə işlənilmiş məğlubiyyətin texnologiyası adlandırıb: “Ssenarilərdən biri odur ki, Azərbaycan davamlı olaraq təxribatlar törədərək, müharibə qorxusu yaradır. Bu isə o deməkdir ki, xalq bütün güzəştlərlə gedilmiş sənəd imzalandıqadan sonra onu satqınlıq kimi deyil, xilas olan kimi qəbul edəcək. Bu məğlubiyyət texnologiyasıdır. Biz bir dəfə bunu yaşamışıq. Əminliklə demək olar ki, Yerasxda baş verənlər sülh sazişinə zəmin hazırlamaqdır. Həmin sazişdə mütləq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bu isə Qarabağın gələcəyi üzərindən böyük xəttin çəkilməsi deməkdir”.

Robert Koçaryanın bu açıqlamasını tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Eurasia Diary üçün şərh edib.

“Öncə qeyd edim ki, Robert Koçaryanın Ermənistan-Azərbaycan sərhədində, xüsusilə Naxçıvanla sərhəddə baş verən təxribatlarda Azərbaycanı ittiham etməsi növbəti erməni xisləti və yalanıdır. Təbii ki, bunların arxasında Ermənistan ordusu və xüsusilə də mövcud hakimiyyətin Azərbaycanla münasibətlərin bərpa olunması istiqamətində apardığı siyasəti qəbul etmək istəməyən bəzi generaliteti dayanır. Ümumiyyətlə, Ermənistanda olduqca gərgin proseslər davam etməkdədir. Hesab edirəm ki, Ermənistanda Qarabağ münaqişəsilə bağlı mono təsəvvür, eyni zamanda Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərilə bağlı, Ermənistanın gələcəyi və gələcəyə doğru atacağı addımlar və istiqamətlə bağlı mono düşüncə və mono yanaşma mövcud deyil. Bir-birilə ziddiyyət təşkil edən çoxlu sayda fərqli yanaşmalar və fərqli qüvvələr mövcuddur”.

Ekspertin sözlərinə görə, bunların başında Paşinyan və onun komandası dayanır: “Paşinyan və onun komandası daha çox xalqı növbəti güzəştlərə hazırlamaq üçün müəyyən gərginliklər yaratmaq və bu gərginliklər fonunda Ermənistanın Azərbaycanla müqayisədə qat-qat zəif və gücsüz olduğunu xalqa nümayiş etdirmək, eləcə də bu reallıqlar fonunda Ermənistanı növbəti güzəştlərə aparmaq, Azərbaycan və Türkiyə ilə münasibətlərin daha da yaxşılaşması perspektivini əsas xətt kimi götürürlər. İkinci əsas qüvvə revanşist düşüncəli Qarabağ klanı və onun ətrafında olan qüvvələrdir. Onlar öz düşüncələrini, siyasi fəaliyyətlərini əsasən Qarabağ üzərindən qurmağa çalışır, xarici havadarlarının hesabına yenidən güclənərək Qarabağ bölgəsində hərbi əməliyyatları bərpa etmək, müxtəlif yollarla, eyni zamanda hərbi əməliyyatlarla Hadrut və xüsusilə Şuşanı geri qaytarmağı xəyal edirlər. Üçüncü qüvvə, xəstə erməni düşüncəsinin formalaşmasında çox mühüm rol oynayan Qriqoryan kilsəsi və “Daşnaksütyun” partiyası, yürütdükləri xətdir. Bu xətt Qarabağ problemini müəyyən qədər arxa plana keçirsə də, Ermənistan dövlətinin gələcəyini Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsi və heç bir halda bu iki dövlətlə münasibətlərin qurulmaması perspektivində görürlər. Onların hesablamalarına görə, məhz xarici havadarların, xüsusilə Qərbi Avropa dövlətləri və oradakı erməni diaspor qüvvələrinin köməkliyilə Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətlərini davam etdirmək, qonşularına qarşı ərazi iddialarından əl çəkməmək, əksinə ərazi iddialarını mümkün variantlarda reallaşdırmağa çalışmaqdır”.

Politoloq hesab edir ki, qeyd edilən ikinci və üçüncü qüvvələr üçtərəfli 10 Noyabr və 11 Yanvar bəyanatlarını denosasiya etməyə, yəni qüvvədən salmağa çalışırlar: “Qərbi Avropa dövlətlərinin, Fransa, Niderland, Almaniya başda olmaqla Qərbi Avropa siyasətçilərinin dəstəyilə üştərəfli bəyanatları qüvvədən salmaq və yeni reallıqlar yaratmaqla öz maraqlarını həyata keçirməyə çalışırlar. Təbii ki, bu prosesdə adını sadaladığımız qərb paytaxtları maraqlıdır. Çünki, 10 noyabr bəyanatı ilə Rusiya bir gecədə, ATƏT-in Minsk qrupunun üzvləri olan Fransa və ABŞ-ı Cənubi Qafqazda baş verənlərin idarə olunması və tənzimlənməsi prosesindən kənarda saxlamağı bacardı”.

Anar Əliyevin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi son addımlar, xüsusilə də Prezident İlham Əliyevin Moskva səfəri və Rusiya prezidenti ilə keçirilən görüşlər və aparılan müzakirələr göstərir ki, Azərbaycan regionda baş verən prosesləri tam idarə etməyi bacarır: “hesab edirəm, beynəlxalq hüquq və diplomatiyada çox geniş istifadə olunan “process of coercion”,  yəni məcburetmə prosesi artıq başlayıb. 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq düşməni ərazilərimizi boşaltmağa məcbur etdiyimiz kimi indi də Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsinə, 10 Noyabr bəyannaməsinin, xüsusilə onun 4-cü bəndindən irəli gələn erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması tələbini yerinə yetirməklə bağlı məcburetmə prosesinə başlanılıb və əvvəlki proses kimi uğurla nəticələnəcək. Bu istiqamətdə artıq ilkin işartılar özünü göstərir. Beynəlxalq diplomatiyada rəqiblə, xüsusilə düşmən münasibətdə olan tərəflərlə diplomatik mübarizə aparılarkən ilkin əlaqmətlərin görünməsi bu proseslərin uğurlu getdiyini və uğurlu sonluqla nəticələnəcəyini deməyə imkan verir. Beynəlxalq diplomatiyada bu “primary indication” (ilkin işartılar) termini ilə ifadə olunur”.

Politoloq qeyd edib ki, 20 iyun seçkilərindən sonra Paşinyan və onun komandası qələbə əldə etdikdən sonra Azərbaycanla münasibətlərin tənzimlənməsi, xüsusilə də Ermənistan cəmiyyətini buna hazırlamaq istiqamətində çox mürəkkəb və gərgin bir proses başladıb: “Bu proses bir aya yaxın dövr ərzində davam etməkdədir və ilkin nəticələr görünməkdədir. Koçaryanın dediyi məsələlər, xüsusilə də məğlubiyyət texnoligiyası dediyimiz ilkin işartılar kimi özünü göstərir. Əslində, Koçaryan Ermənistanın hakim siyasi komandasının həyata keçirdiyi prosesləri təmamilə düzgün ifadə edib, Ermənistanda düşünülmüş şəkildə yaxın gələcəyə hədəflənmiş “məğlubiyyət texnologiyası” tətbiq olunmaqdadır. Həqiqətən də, mövcud rejim erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləyəcək növbəti güzəştlərə hazırlamaqla məşğuldur, erməni cəmiyyətini psixoloji pressinq altında saxlayır və Azərbaycanın gücü fonunda “Ermənistanın başqa çıxış yolu yoxdur, bu güclə barışmaqdan başqa yolumuz qalmayıb” yanaşmasına hazırlayır. Hesab edirəm, tezliklə,

  1. Zəngəzur dəhlizinin Ermənistandan kəçən hissəsində praktik addımların atılacağının şahidi olacağıq;
  2. Sərhədlərin delimitasiyası və demorkasiyası istiqamətində irəliləyişi müşahidə edə biləcəyik;
  3. Bu proseslər yekun olaraq Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində addımların atılmasına gətirib çıxaracaq”.

Gülnar Səlimova 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
Hamısı