Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatla bağlı politoloq Asif Nərimanlı hadisələrin inkişafı ilə bağlı mümkün ssenariləri qeyd edib.
Onun fikrincə, ikinci cəbhə Qarabağda açılacaq: Azərbayan erməni qoşunlarının çıxarılması üçün “məcburetmə” əməliyyatına başlaya bilər;
İkinci ssenariyə görə, Putin sərhəddə toqquşmanı dayandırmaq üçün hərəkətə keçəcək; Azərbayan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində Paşinyanın təklif etdiyi kimi “beynəlxalq müşahidəçilər” yox, Rusiya qoşunları (Ermənistan tərəfdən) yerləşdiriləcək; Moskvada üçtərəfli görüş keçiriləcək və istisna deyil ki, masada yeni sərhəd müqaviləsi olacaq; Paşinyan sərhəd müqaviləsini imzalamaq üçün sərhəddə toqquşmalar və itkiləri daxili auditoriyada haqq qazanmaq üçün istifadə edəcək", -deyə politoloq qeyd edib