Bayden Putin görüşünün davamı Nəticələr regionda maraqların toqquşmasına bağlıdır - Ekspert

Analitika 13:30 28.07.2021

Təxminən bir ay öncə ABŞ-la Rusiya prezidentləri arasında baş tutan Cenevrə görüşünün ardınca hər iki tərəfdən olan rəsmi heyət yenidən eyni məkanda ikitərəfli görüşə qatılmağa qərar verib. 

Bundan öncə, Bayden və Putin arasında olan görüşdə tərəflər bir sıra mühüm məsələləri, o cümlədən strateji sabitlik və silahlara nəzarət məsələsini müzkirə etmişdilər. Lakin görüşdə yekun bir nəticə əldə edilməmişdi. 

Silahlanmanın Qarşısını Almaq Üzrə Vyana Mərkəzinin rəhbəri Nokolay Sokov qeyd edib ki, ABŞ və Rusiya rəsmi nümayəndələri arasında baş tutacaq bu görüşdən çox ciddi nəticələr gözlənilir.  

Qeyd edək ki, çərşənbə axşamı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Cenevrəyə gəlib. Planda yer alan iki tərəf arasında məsləhətləşmələrdən əvvəl, Xarici İşlər Nazirliyi tərəflərin strateji sabitliyin qorunması və möhkəmləndirilməsi məsələlərini, həmçinin silahlara nəzarət perspektivlərini müzakirə edəcəklərini vurğulayıb. ABŞ Dövlət Departamenti, öz növbəsində, Rusiya ilə belə bir dialoqun gələcəkdə silahlara nəzarət rejimi və riskləri azaltmaq üçün tədbirlərin təməlini qoymaqda lazım olduğunu əlavə edib.

Amerika nümayəndə heyətinin tərkibində ABŞ-ı təmsil edəcək dövlət katibinin müavini Vendi Şerman, eyni zamanda silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə katibin müavini Bonni Cenkins iştirak edəcəklər. Mərkəzin rəhbəri N.Sokov əlavə edib ki, hər iki tərəf sonuncu imzalanan və qüvvədə olan “Yeni START” silahlara nəzarət müqaviləsinin beş ildən az müddətdə başa çatacağını nəzərə alaraq, strateji əlaqələri sabitləşdirmək və silah nəzarətini canlandırmaq üçün ciddi addımlar atmağa səy göstərir.  

“Onu da qeyd etməliyəm ki, sonuncu bu cür təşkil olunan konsultasiya 2020-ci ildə hələ Trampın rəhbərliyi dönəmində keçirilərkən irəliləyiş olacağı barədə bir çox vədlər verilmişdi. Lakin onun rəhbərliyi altında olan komanda mümkün olanlar xaricində çox tələblər irəli sürdüyü üçün danışıqlar uğursuz oldu. İndi bir az daha nikbinəm,” deyə o, belə vurğulayıb. 

Məsələyə fərqli yanaşan azərbaycanlı siyasi analitik Teymur Qasımlı Eruasia Diary-yə belə şərh verib. O qeyd edib ki, Bayden-Putin görüşünün ardı olan Cenevrədəki müzakirələrin qlobal rəqiblər arasında böyük buzların əriməsində o qədər də rolu olmayacaq. 

“Rusiya və ABŞ hər zaman ciddi maraqlar üzərində siyasət yürüdürlər. Elə məsələlər vardır ki, onlar bir-birinə güzəşt edə bilmirlər. Lakin mən düşünmürəm ki, hazırda Rusiya ABŞ-la soyuq müharibə aparır. Əksinə pərdə arxasında hər iki dövlət müəyyən razılıqlar əldə etməkdədir. Bu da təbii ki, Baydenlə Putin arasında bir ay öncə baş tutan görüşün müəyyən qədər uğurlu olması deməkdir. 

Onu da əlavə edim ki, hazırda ABŞ-ın Mərkəzi Asiyada, əsasən də Tacikistan və Özbəkistanda hərbi bazasını yerləşdirmək istəməsi ilə bağlı Rusiya ilə maraqları toqquşmaqdadır. Məhz elə bu səbəbdən Rusiya öz kontingentini Tacikistan sərhədində yerləşdirib. Hazırda bu barədə tərəflər arasında danışıqlar gedir və onu da əlavə edim ki, Rusiya tərəfi ortaq maraqlar nöqteyi nəzərindən aktiv olaraq fikir bildirməkdədir. Buna görə də iki ölkə arasında bu görüşün nə dərəcədə uğurlu olacağı həm Mərkəzi Asiya, həm də Ukrayna və Moldovada maraqların üst-üstə düşməsinə bağlıdır.” 

Bundan əlavə T. Qasımlı danışıqlardan sonra rəsmi Vaşinqton və Moskva arasında silahlanmanın qarşısının alınması məsələsinin hansı formada həll olunacağı barədə fikir bildirib. 

“İlk olaraq qeyd edim ki, silahlanmanın qarşısının alınması məsələsi utopik bir fikirdir. Bu barədə hansı səviyyədə görüş keçirilərsə keçirilsin, bu yenə də öz həllini tapmamış olaraq qalır. Nəticədə həm Rusiya, həm də ABŞ öz silahlarını dünyaya satmağa davam edir. Hesab edirəm ki, bu görüşdən sonra da silahlanma məsələsi gündəmdə həll olunmamış qalacaq”.

Elnur Ənvəroğlu 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı