Ermənistan Rusiya və KTMT-ni təxribata çəkir ŞƏRH

Analitika 16:53 29.07.2021

Ermənistanın alayarımçıq ordusunun Azərbaycanla dövlət sərhədində təxribatı davam edir. Rəsmi İrəvan bu vəziyyətdən istifadə edərək yeni hiylələrə əl atır.

EDNews.net Report-a istinadən xəbər verir ki, iyulun 29-da Ermənistan hökumətinin iclasında Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir". O, Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov cavabında bilridib ki, bu təklif siyasi xarakter daşıyır: “Bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir. Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və ya hər hansı digər səviyyədə təsdiq olunmaq üçün edilir”.

Əslində, 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti Nikol Paşinyan başda olmaqla bu davranışı ilə həm də Rusiya və KTMT-ni təxribata çəkir. Rusya ilə Azərbaycan arasında gərginlik ocağı yaratmağa cəhd göstərir. Başqa sözlə, Azərbaycan ərazisindəki Rusiya sülhməramlı hərbçiləri ilə sərhədə yerləşdirilməsini təklif etdiyi RF sərhədçilərinin birləşməsini, habelə onları Azərbaycana qarşı qoymağa çalışır. Ona görə də ehtimal etmək olar ki, bu yolla Azərbaycanın qərb sərhədlərində və daxilində gərginlik yaratmağı planlaşdırır.

Dmitri Peskov iyulun 29-da jurnalistlərin bu məsələ ilə bağlı suallarını cavablandırmayıb. Ona görə də belə ehtimal etmək olar ki, Nikol Paşinyan irəli sürdüyü təklifləri Moskva ilə razılaşdırmayıb. Yaxud Rusiya onun bu iddialarını müsbət qarşılamayıb.

Onda Nikol Paşinyan belə bir məsələni niyə açıq şəkildə ictimaiyyətin diqqətinə çatdırır? Qeyd edək ki, Paşinyan müxalifətdə olduğu illərdə Rusiyanın təşəbbüsü ilə yaranan təşkilatlara Ermənistanın üzv olmasına qarşı çıxıb. Elə 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliklərindən sonra KTMT-nin Baş katibi Yuri Xaçaturovun həbs edilməsi də bunu gösətərirdi. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına qarşı etiraz aksiyaları da həmin vaxtlarda reallaşıb.

Beləliklə, bu və bu kimi faktlar Nikol Paşinyanın və havadarlarının Rusiyaya, onun patronluq etdiyi KTMT-yə qarşı aksiya hazırladığını ehtimal etməyə əsas verir. Nikol Paşinyan Ermənistanda ictimai rəyi Rusiyaya, KTMT-yə üzvlükdən çıxmağa hazırlayır. Başqa sözlə, o, erməni cəmiyyətinə “Rusiya və KTMT bizi Azərbaycandan qorumur” ismarışını verməyə çalışır. Ona görə də məlum bəyanatdakı öhdəliklərə əməl etmir. Nikol Paşinyan bu yolla öz aləmində Rusiyaya təzyiq edir.

Sədrəddin Soltan

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı