Putin Paşinyanı yenidən baş nazir olması münasibəti ilə təbrik edib və deyib: “Ümid edirik, Ermənistanın yeni hökuməti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”.
EDNews.net xəbər verir ki, Putin bununla Paşinyana üçtərəfli razılaşmaların alternativinin olmadığı, sülh və sabitlik üçün razılaşmaların icrasının vacibliyi mesajını çatdırır.
Beləliklə:
- Paşinyan hakimiyyətini qoruyur;
- İlham Əliyev istədiyini alır;
- Putin regional “hakimliyini” saxlayır.
Asif Nərimanlı