İranla İsrail arasında DƏNİZ MÜHARİBƏSİ Rəisi sabah nə qərar qəbul edəcək?

Analitika 17:52 04.08.2021

“İranla İsrail arasında dənizlərdə qeyri-rəsmi müharibə davam edir. İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham edib. Hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

Əslində hücuma məruz qalan “Mercer Street” adlı gəmi Liberiya bayrağı altında üzür və Yaponiyaya məxsusdur. Ancaq gəminin idarəetməsi İsrailin “Zodiac Maritime” şirkətinə məxsusdur. Bu, il başlayandan İsrail şirkətlərinə məxsus 5-ci gəmiyə hücum əməliyyatıdır”.

EDNews.net  xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Tehran ittihamları rədd edib. Ancaq o da məlumdur ki, İsrail İranın və Tehrana bağlı “Hizbullah” təşkilatının Suriyadakı mövqelərini zaman-zaman bombalayır.

Digər tərəfdən İsrail İranın Suriyaya neft daşıyan tankerlərini də hədəf alır. Ümumiyyətlə İsrail də İranın Suriyaya istiqamtlənən gəmilərini rahat buraxmır. Böyük ehtimalla Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirib.

İsrail və ABŞ arasında mövcud durumla bağlı məsləhətləşmələr başlayıb. Yayılan xəbərlərə görə, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb”.

Politoloq qeyd edib ki, dəniz müharibəsi İranda mühafizəkar İbrahim Rəsinin hakimiyyətə gəldiyi dövrə təsadüf edib:

“Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi və İslam Keşikçilər Korpusu İsraillə mübarizədə sərt addımlar atmağa hazırdılar. İranda bir neçə il ərzində nüvə alimlərinin qətlə yetirilməsində də İsrail izi axtarılır. Tehranda bunun intiqamı haqqında da düşünürlər. 

İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir. Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə “nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır.

Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya “nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı “intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını risqə atmalıdır”. 


Elxan Şahinoğlu hesab edir ki, İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir:

“Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb.

Bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın həmin ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı