Lavrov diplomatik dillə ermənilərə "əl çəkin" dedi Anar Əliyev

Analitika 19:30 01.09.2021
Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Rusiyalı həmkarı Sergey Lavrovla görüşündə ən çox qabardılan məsələ Azərbaycan həbsxanalarında cəza çəkən ermənilərin azad olunması məsələsi olub. İki ölkənin XİN rəhbərlərinin danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında jurnalistin əsirlərlə bağlı sualına cavabında Lavrov bildirib ki, 10 noyabr 2010-cu il üçtərəfli bəyanatda həmin anda əsirlikdə olan şəxslərin azad olunmasından söhbət gedir. Azərbaycanda əsirlikdə olanlar isə noyabrın sonunda, yəni bəyanat qüvvəyə minəndən sonra əsir düşənlərdir. Lavrov eyni zamanda əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında, eyni zamanda, digər səviyyələrdə Azərbaycan tərəfinə siqnal göndərilir, saxlanılanların şərt irəli sürmədən azad edilməsinə çağırış edilir: “Bu vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”.
 
Məsələ ilə bağlı politoloq Anar Əliyev EDNews.net-ə açıqlamasında bildirib ki, Ermənistan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransında Sergey Lavrov çox maraqlı bəyanatlar səsləndirdi: “Hesab edirəm Azərbaycanda saxlanılan erməni terrorçularla bağlı “onlar 10 Noyabr bəyanatından sonra Azərbaycan ərazisində saxlanılıblar” fikri ilk dəfə Rusiyanın ən yüksək rəsmi dairəsinin nümayəndəsi tərəfindən ifadə olunurdu. Bu əslində Azərbaycanın bu günə qədər səsləndirdiyi və beynəlxalq aləmdə Azərbaycanın haqq mübarizəsi kimi təqdim etdiyi fikrə bir dəstəkdir. Rusiya ilk dəfə rəsmi olaraq, lakin diplomatik dillə etiraf etdi ki, Azərbaycanda saxlanılan terrorçular hərbi əsirlər deyil və 10 Noyabr bəyanatının qoruması altına düşə bilməzlər. Çünki Lavrovun da qeyd etdiyi kimi, həmin şəxslər 10 Noyabr bəyanatı imzalandıqdan sonra Azərbaycan ərazisinə müxtəlif yollarla daxil olmuş və Azərbaycan tərəfindən ələ keçirilmiş şəxslərdir”.
 
Xankəndində yaşayan ermənilər status tələb etmək gücündə deyil
 
Ekspert qeyd edib ki, beynəlxalq terminologiyada hərbi əsirlər məhz müharibə dövründə, hərbi əməliyyatların davam etdiyi dövrdə ələ keçirilmiş hərbçilər nəzərdə tutulur: “Lavrovun da dediyi kimi 10 Noyabr bəyanatı imzalandıqdan, tərəflər arasında atəşkəs əldə olunduqdan sonra ələ keçirilmiş hərbçilər heç bir halda hərbi əsir sayıla bilməz və onlar qeyd-şərtsiz qarşı tərəfə verilə bilməz. Bu fikri səsləndirməklə Lavrov Ermənistan tərəfinə 10 noyabr bəyanatının şərtlərinə əməl etməyin zəruri olduğunu, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasının vacibliyini çatdırmış oldu. Eyni zamanda Lavrov həm də diplomatik gediş edərək erməni auditoriyasını Rusiyaya yenidən qazandırmaq, Rusiyaya qarşı olan meylləri müəyyən qədər yumşaltmaq üçün dediyi fikrə zidd bir fikir söylədi. Onun yanaşması bundan ibarətdir ki, Azərbaycan dövləti heç bir ilkin şərt irəli sürmədən həmin şəxsləri azad etsə, bu iki  tərəf arasında qarşılıqlı etimadın formalaşmasına xidmət etmiş addım olar. Bunu həm də Rusiya prezidentinin indiyə qədərki fəaliyyətinin - iki dövlət, iki cəmiyyət arasındakı münasibətlərin formalaşmasına  göstərdiyi dəstəyin davamı kimi qiymətləndirdi. Həmçinin, Rusiyanın Cənubi Qafqaz regionunda münasibətlərin tənzimlənməsində rolunun bundan sonra da davam edəcəyini və əhəmiyyətli rola sahib olduqlarını diqqətə çatdırmaq istəyirdi”.
 
Politoloq hesab edir ki, Ermənistan cəmiyyəti, Ermənistan xarici işlər naziri mətbuat konfransından gözlədiklərini əldə edə bilmədilər: “Bunu həm də Mirzoyanın bəyanatında səsləndirdiyi sərsəm bir fikri qeyd etməklə görmək olar. Mirzoyan mətbuat konfransında bəyan etdi ki, Dağlıq Qarabağın statusu müəyyən edilmədən Ermənistanla Azərbaycan arasında heç bir sülh razılaşması əldə oluna bilməz. Hesab edirəm ki, bu, Ermənistan hakimiyyətinin, mövcud siyasi komandanın arzusu, xülyalarıdır. Onlar çox gözəl dərk edirlər ki, Qarabağda heç bir status ola bilməz. Qarabağda yalnız erməni əsilli Azərbaycan vətəndaşları yaşaya bilər. Onlar Azərbaycan qanunvericiliyini və vətəndaşlığını qəbul etməklə Azərbaycan bayrağı altında və həm də daha ləyaqətli şəraitdə yaşayışla təmin olunacaqlar. Mirzoyanın dedikləri isə öz hakimiyyətlərinin ömrünü uzatmağa hədəflənmiş məqsədli və cəmiyyəti aldatmağa xidmət edən fikirlərdir". 

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
Hamısı