Azərbaycan əsgəri tutulub, yoxsa girov götürülüb? Bir kəlmənin qiyməti

Analitika 11:34 09.09.2021

Ağdərədə əsir götürülən Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev avqustun 7-də Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirildi. 

Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə əsir götürüldüyü barədə məlumat yaymışdı. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirilmişdi.

Hərbçimizin azad edilməsi ilə bağlı EDNews.net-ə açıqlama verən politoloq Anar Əliyev bildirib ki, Ermənistan mətbuatında olduğu kimi Azərbaycanın bəzi mətbuat nümayəndələri də təəssüf ki, mahiyyətinə varmadan Cəmil Babayevlə bağlı fikirlər səsləndirərkən "Ağdərədə tutulan" terminindən istifadə edirlər: “Bu kökündən yanlışdır və daha çox ermənilərin mənafeyinə uyğun olan bir yanaşmadır. Ağdərə Azərbaycan dövlətinin suveren ərazisidir. Azərbaycan ərazisində heç bir qüvvə Azərbaycan hərbi qulluqçusunu həbs edə, tuta bilməz. Bu o mənaya gəlir ki, Azərbaycan ərazisində hər hansı bir qurum var, Ağdərə ərazisi Azərbaycanın suveren əraziləri deyil, bura daxil olmuş Azərbaycan hərbi qulluqçusu həbs edilib, tutulub. Bu birmənalı olaraq 10 noyabr bəyanatının ruhuna ziddir. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin öz missiyasını düzgün dərk etməməsi ilə bağlıdır. Ona görə də, Ağdərədə Azərbaycan hərbi qulluqçusu tutuldu, həbs edildi yox, məhz terrorçular tərəfindən girov götürüldü kimi qeyd olunmalıdır".

Politoloq həmçinin bildirib ki, Azərbaycan əsgəri Cəmil Babayev 10 noyabr bəyanatı imzalandıqdan, hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisinə qanunsuz yollarla daxil olarkən ələ keçirilmiş erməni terrorçusu ilə dəyişdirilib: "Bəzən suallarla qarşılaşırıq ki, nə üçün əsgərimiz iki erməni terrorçusu ilə dəyişdirilir? Hesab edirəm ki, Azərbaycan əsgəri nəinki iki erməni terrorçusu, yüzlərlə, minlərlə erməni əsgərindən daha qiymətli və daha dəyərlidir. Onların ən yüksək rütbəli generallarından Azərbaycan ordusunun sadə hərbi qulluqçusu daha qiymətlidir. Onlar özləri də Azərbaycan əsgərinin daha dəyərli və üstün olduğunu qarşılıq olaraq iki erməni hərbçisi tələb etməklə təsdiqləmiş oldular".

Ekspertin sözlərinə görə, digər bir məsələ isə girov götürülmüş Azərbaycan hərbçi qulluqçusunun Azərbaycana təhvil verilməsində vaxtın uzadılması ilə bağlı idi: "Hesab edirəm ki, qanunsuz olaraq mövcud olduğu yeri tərk etməklə bağlı Azərbaycan hərbi qulluqçusunu həbs etmək və ya cinayət məsuliyyətinə cəlb etmək yalnız Azərbaycan dövlətinin müvafiq qurumlarının səlahiyyətinə aiddir. Separatçılar və terrorçular tərəfindən Cəmil Babayevin girov götürülməsi mövcud reallıqların, eləcə də 10 noyabr və 11 yanvar razılaşmalarının və Azərbaycan qanunvericiliyinin, Azərbaycan dövlət suverenliyinin kobud şəkildə pozulmasına cəhddir və bu proseslər erməni separatçıları ilə yanaşı, həm də Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən sülhməramlıların fəaliyyətsizliyinin, öz məsuliyyətlərini tam dərk etməməsinin, eyni zamanda bir sıra hallarda qəbul edilmiş razılaşmalara və imzalanmış bəyanatlara deyil, erməni separatçılarının maraqlarına xidmət edən addımların nəticəsidir. Girov götürülmüş hərbi qulluqçumuzun geri qaytarılmasının gecikdirilməsilə bağlı Rusiya sülhməramlı qüvvələri və onların komandanlığından hesabat tələb olunmalı və onlar qarşısında bir daha Azərbaycan tərəfinin sərt mövqeyi bəyan edilməlidir. Bildirilməlidir ki,  bundan sonra istənilən belə insident və Azərbaycan qanunlarının pozulması halı məhz qarşı tərəfin addımlarının Azərbaycan qanunvericiliyinə uyğunlanlaşdırılması məsuliyyətini daşıyan Rusiya sülhməramlı qüvvələrinin üzərində qalacaq və bunlara cavab verməli olacaq. Azərbaycan tərəfinin belə hallarla bağlı dəfələrlə sərt mövqeyi ifadə olunub. Bir daha qeyd olunmalıdır ki, bundan sonra da istənilən təxribata və atəşkəsin pozulması halına, vətəndaşlarının hüquqlarının pozulması istiqamətində atılacaq addımlara Azərbaycan ən sərt formada münasibət bildrimək gücündədir. Qarşı tərəf bu məsələlərə diqqətlə yanaşmalı və Azərbaycan dövlətinin nələrə qadir olduğunu bir daha götür-qoy etməli və bunları nəzərə alaraq addımlarını atmalıdır".

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
12:33 04.06.2025
Elçin Əmirbəyovun İspaniyaya işgüzar səfəri: Azərbaycan-İspaniya əməkdaşlığında yeni mərhələ
12:22 04.06.2025
"Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir"
12:17 04.06.2025
Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb
11:51 04.06.2025
ABŞ və Azərbaycan enerji əməkdaşlığını genişləndirir: Bakı Enerji Həftəsi çərçivəsində mühüm görüş
10:56 04.06.2025
Beynəlxalq Dekolonizasiya Konfransının iştirakçıları Azərbaycan Dillər Universitetini ziyarət edib
10:39 04.06.2025
Zelenski Ukrayna ordusunda kadr islahatları apardı
10:33 04.06.2025
Edin Dzeko İtaliya klubu ilə razılığa gəldi
10:27 04.06.2025
Atambayevə amnistiya verilə bilər
10:20 04.06.2025
Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd etdi
09:49 04.06.2025
"Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir"
09:42 04.06.2025
"Real Madrid"in futbolçusu həbs oluna bilər
09:25 04.06.2025
DSX-dən Xəzərdə əməliyyat: Üç iranlı saxlanıldı, 24 kq narkotik müsadirə olundu
09:13 04.06.2025
Yer üzündə rekord qıran maqnit qasırğası: 66 saatlıq təhlükəli proses
08:55 04.06.2025
PSJ UEFA-nın sərt cəzası ilə üzləşə bilər
08:49 04.06.2025
Fidan hesab edir ki, Ukrayna danışıqlarında ölkə liderləri də iştirak edəcək
08:41 04.06.2025
Cənubi Corciya təhlükədədir: Buz nəhəngi yaxınlaşır
08:35 04.06.2025
Azərbaycan və Ermənistan nümayəndələri itkin düşmüş şəxslərlə bağlı növbəti görüş keçirdilər
08:20 04.06.2025
Zidan 100 milyon avroluq təklifdən imtina etdi
07:33 04.06.2025
Netanyahu İlham Əliyevə təşəkkür etdi
07:32 04.06.2025
Fransa məhkəməsi Kanak lideri Kristian Teni azadlığa buraxdı
07:02 04.06.2025
"Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
06:20 04.06.2025
Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul təşkil olunub
00:07 04.06.2025
Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi?
20:53 03.06.2025
Asiya İnkişaf Bankı ilə İqtisadiyyat Nazirliyi arasında yeni layihələr müzakirə olunub
18:58 03.06.2025
Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
17:29 03.06.2025
Prezident İlham Əliyev yeni hakimlər təyin etdi - SİYAHI
17:25 03.06.2025
Dünyanın ən böyük dəmir filizi yatağı kəşf olundu
17:06 03.06.2025
Kölndə Bomba Təhlükəsi Aşkarlandı
16:09 03.06.2025
"Microsoft" daha 300 əməkdaşını ixtisar etdi
16:02 03.06.2025
"Cartier"-in müştərilərinin məlumatları oğurlandı
15:44 03.06.2025
Iki boksçumuz dopinq istifadə etdiyinə görə diskvalifikasiya olunub
15:29 03.06.2025
Ukraynanın "dron inqilabı": Asimmetrik müharibənin gələcəyi necə dəyişir?
15:26 03.06.2025
"Azərbaycan Dəmir Yolları" süni intellektin tətbiqinə hazırlaşır
15:18 03.06.2025
Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"
15:08 03.06.2025
"Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir"
14:52 03.06.2025
Timsah hamilə qadını sürüyüb apardı
14:46 03.06.2025
Ukrayna NATO-nun məlumat mübadiləsi sisteminə qoşuldu
14:25 03.06.2025
Yunanıstan basketbol çempionatı birdəfəlik dayandırıla bilər
14:13 03.06.2025
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
13:55 03.06.2025
Hamısı