Qonşudan gəlib içimizə sızan böyük təhlükə Axı onlar niyə susurlar?

Analitika 16:54 13.09.2021

Türklərdə bir deyim var: “Görünən düşməndən qorxmazlar, ən təhlükəli düşmən dost qiyafəsinə bürünmüş düşməndir”.

Təəssüflər olsun ki, vətənimiz Azərbaycanın görünəndən çox, görünməyən, özünü dost kimi təqdim edən düşmənləri çoxdur. Və bu düşmənlər xüsusilə ölkənin içərisində ciddi təşkilatlanıb və aktiv fəaliyyət göstərirlər.

Son iki ay ərzində artıq ikinci dəfə İranın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağa qanunsuz və icazəsiz olaraq TIR-larla yük daşıdığı məsələsi gündəmə gəlib. Maraqlıdır ki, iranlı “dostlar” taktikalarını da dəyişməyib, yenə maşınların nömrələri dəyişdirilir, lakin bu Azərbaycan xüsusi xidmət orqanlarının nəzarətindən yayınmayıb.

Məsələ yerli mətbuatda işıqlandırlandan sonra Azərbaycan dövlətini sevən hər bir kəs bununla bağlı mövqeyini bildirib. Millət vəkillərindən tutmuş, siyasi liderlərə və ictimaiyyət nümayəndələrinə qədər bir çox şəxs İranın oğru kimi Qarabağa girməsini tənqid edib. Qonşumuzun ərazimizə başını yuxarı qaldıraraq kişi kimi deyil, başını aşağı salaraq bizdən icazə almadan oğru kimi girməsi hamını qəzəbləndirib. Yalnız və yalnız din xadimlərimizdən, xüsusilə, adı İranla bağlı çəkilən din xadimlərimizdən səs çıxmır.

Allahşükür Paşazadə niyə susur?

QMİ sədri Həsən Ruhani ilə görüşüb. -

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Qarabağdakı zəfərimizi İranın Ali dini lideri Seyid Əli Xameneinin fətvasına bağlamaqla onsuz da öz “iranpərəst” mövqeyini 21 iyunda açıq şəkildə ifadə etmişdi. Ona görə də indi Paşazadənin İranın bu əməllərinə qarşı hansısa bir bəyanat verməsini heç kim gözləmir. Paşazadənin İran eşqinin arxasında isə siyasi və iqtisadi olmaqla müxtəlif səbəblər durduğu deyilir. Əgər berlədirsə, mövqeyini İran vasitəsilə qoruyan Paşazadənin molla dostlarının xətrinə dəyməsi eni vaxtda hər iki ölkədə “arzuolunmaz şəxs”ə çevrilməsinə gətirib çıxarar ki, bu da onun siyasi-iqtisadi iflası mənasına gəlir.

Hacı Şahin Həsənlidən diplomatik cavab

Hacı Şahin Həsənli: Səfalət və müharibələrin səbəbkarı birbaşa Qərb  ölkələridir

 

Azərbaycanda bir qrup din xadimi var ki, onlar ölkədəki dindarlar arasında, xüsusilə şiələr arasında böyük nüfuza malikdir. Onların sosial şəbəkələrdə paylaşılan xütbələri milyonlarla vətəndaş tərəfindən izlənilir və onların axundu olduğu məscidlərə hər gün minlərlə dindar axışır. Onlar yalnız bir din xadimi kimi deyil, həm də vətənpərvər bir ictimaiyyət nümayəndəsi kimi özlərini təqdim edir, verilişlərə qatılır, şəhid ailələri və qaziləri ziyarət edir, öz xütbələrində Allah sevgisindən savayı, vətən sevgisindən uzun-uzun bəhs edirlər.

Yəqin ki, bir çoxları üçün belə din xadimlərinə veriləcək ilk nümunə, məsələn, Hacı Şahin Həsənlidir. Görəsən, Hacı Şahin Həsənli müsəlman dövləti olan İranın Qarabağdakı separatçılara TIR-larla yanacaq və sürtgü məhsulları (Azərbaycan ərazisinə qanunsuz və yoxlamasız daxil olan maşınlarda daha nələr ola bilər, bir Allah bilir) daşımasına necə münasibət bəsləyir?

Hacı Şahin Həsənli bu sualımıza belə cavab verib:

“Bilirsiniz, mən siyasi mövzulara münasibət bildirməyi sevmirəm. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsiyəm. Ona görə də, istənilən mövqeyim qurumun mövqeyi kimi əks olunacaq. Bu səbəbdən, mən gərək onlarla razılaşdırım, sonra sizə cavab verib”.

Qısası Hacı Şahin diplomatik yolla sualdan yayındı...

Oysa siyasətdən danışmağı sevmədiyini bildirən Hacı Şahin Həsənli onlarla xütbəsində demokratiyadan, qərb idarəçilik modelinə, Qərb dövlətlərinin islam siyasətinə qədər bir çox mövzularda maraqlı çıxışları olub.

Bir neçə nümunə...

“Görmürsünüz ki, bəzi Qərb dövlətləri nə qədər qızışdırırlar bu ixtilafları? Məgər bu dəlil deyil? Bir şeyi ki düşmən istəyir, onun arzusu budursa, onun əksi edilməlidir”.

13 dekabr 2020-ci ildə yayımlanan bu xütbəsində Hacı Şahin Qərb dövlətlərini açıq şəkildə “düşmən” adlandırır.

“Bir sistem ki, başçısından aşağısına qədər Allahın elçisini təhqir edir, bu sistemin rəhbərinin erməniyə dəstək verməsi də təbiidir. (Qərb siyasi sistemi nəzərdə tutulur) Quldur mahiyyətli sistemin hansı dəyərdən danışması mümkün ola bilər? Onun layiqli yeri odur ki, təcavüzkarın  yanında dayansın”.

2020-ci ilin 7 noyabrında yayımlanan bu xütbəsində Hacı Şahin Qərb siyasi sistemini və onun ermənipərəst mövqeyini ifşa edərək tənqid edir.

 “Qarabağla bağlı 4 qətnamə qəbul edilib, heç biri icra edilməyib, hanı o dünyadan ədalət tələb edən dövlətlər?”

Yenə bu moizəsində Qərbə söz atan Hacı Şahindən başqası deyil.

Beləliklə, görürük ki, siyasi mövzulardan danışmağı sevmədiyini iddia edən din xadiminin onlarla xütbəsində siyasi mövzulardan bəhs edir və Qərb dövlətləri sərt tənqid olunur. Xub, baba, düz edir!

Amma xüsusilə ermənilərə verdiyi dəstəyə görə Qərbi tənqid edən Hacı Şahin nə üçün eyni dəstəyi göstərən İrana qarşı susur? QMİ-dəki fəaliyyətinə görəmi? Hacı Şahinin bizə cavabından belə çıxır ki, o Qərbi tənqid edirsə, bu həm də QMİ-nin mövqeyidir. Maraqlıdır ki, bu gün QMİ sədri A.Paşazadə Qərbdə, Macarıstanda rəsmi səfərdədir. Və ümumiyyətlə, QMİ-nin Qərblə, xüsusilə Vatikandakı papalıqla çox sıx əlaqələri var. Yəni, heç də Hacı Şahinin hər sözü QMİ-nin ayağına yazılmır və yazıla da bilməz. Din xadimi sadəcə İrana sataşmaq istəmir. Və o, tək deyil...

Din xadimləri nə üçün İranı tənqid etməkdən yayınırlar? – Ocaq Necat faktoru

Bir gəncin ağaya sualı və Rəcəb Əli Xəyyadın Əhvalatı Ocaq Necat ağa

Azərbaycanda İran dəyirmanına su tökən din xadimlərinin başında Ocaq Necat Ağa gəlir. Bəs, bu Ocaq Necat kimdir? Ocaq Necatı əslən Cənubi Azərbaycandandır və rəsmi olaraq İranın Ali dini lideri (əslində siyasi) Xameneinin Azərbaycandakı nümayəndəsidir. Ocaq Necatın Azərbaycandakı fəaliyyəti olduqca ziddiyyətli və qeyri-müəyyəndir. Belə ki, bu adam həm diplomatik nümayəndə, səfir funksiyalarını icra edir, həm də Bakıda yerləşən məscidlərdən birinin axundudur. Beləliklə, Ocaq Necat əslində Xameneinin Azərbaycandakı əli, ayağı və gözüdür. Ona görə Allahşükür Paşazadədən tutmuş, Hacı Şahin Həsənliyə qədər bir çox din xadimləri məhz onun arxasında durub, onun imamətində namaz qılırlar. Hacı Zülfüqarından, Nardaran terrorçusu Hacı Tale Bağırzadəsinə qədər hökumətlə problemi olan hər yerli din xadimi birinci Ocaq Necatın qapısını döyür və ya döyürdü.

Qısası, Ocaq Necat Azərbaycandakı şiə din xadimlərinin qeyri-rəsmi lideri və Xameneinin rəsmi nümayəndəsi olmaqla Azərbaycandakı şiə islamını öz kurasiyasına götürüb. Onun uğurlu liderliyi sayəsində ermənilərə TIR-larla naməlim yük daşıyan İrana qarşı bütün ölkə az qala hayqırır, lakin din xadimləri susurlar...

Seyyid Əli Əkbər Ocaq Nejat - Home | Facebook

Yeri gəlmişkən 1 oktyabr 2020-ci ildə Ocaq Necat Azərbaycan xalqına müraciət etmiş və bunları demişdi:

“İran həmişə vurğulayıb ki, Qarabağ Azərbaycanındır. Və İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən bir daha ali dini rəhbər Xameneinin nümayəndəsi kimi bunları dilə gətirirəm. Və o qüvvələr ki, Qarabağı işğal ediblər, biz onları təcavüzkar olaraq tanıyırıq. O insanlar ki, Qarabağın azadlığı uğrunda ölürlər, onlar şəriən və hökmən şəhiddirlər. Allah onlara rəhmət eləsin, bizi onlardan, onları Hz. Hüseyindən ayırmasın. İran xalqı Azərbaycanın yanındadır”.

Ocaq Necatdan da soruşmaq yaxşı olardı ki, bəs “yanımızda” idiniz, nə oldu? İndi separatçılar daha şirin gəldi? Lakin onun yerinə İran rəsmiləri iki bəyanatla cavablarını veriblər. “Türkiyənin Xəzər dənizindəki varlığı qeyri-qanunidir” və “Qafqazda (Azərbaycan və Ermənistan arasında) balansı qorumalıyıq”. Qısası, İran açıq şəkildə Qafqazda Azərbaycanın güclənməsindən və Türkiyənin İran sərhədlərindəki varlığından narahatdır, Qarabağdakı erməniləri gücləndirməyə çalışması da buna görədir.

İran agenturasının yaratdığı təhlükə

Ondan yox, lakin QMİ-dən soruşulacaq bir məsələ var. Ümumiyyətlə, İran hakimiyyətinin Azərbaycanda nə üçün dini-rəsmi nümayəndəsi olmalıdır? Məgər, Pakistanın, yaxud digər dövlətlərin dini liderlərinin Azərbaycanda dini-rəsmi nümayəndəsi varmı? Taliban şeyxlərinin, Çin buddistlərinin Azərbaycanda rəsmi nümayəndəsi varmı? Yoxdur.

O halda İrana bu səlahiyyət niyə verilir? Azərbaycanda dini agentura şəbəkəsi formalaşdırması üçünmü?

Daha bir din xadimindən daha bir sitat və mövzuya yekun.

Şeyx Orxan Məmmədov, 28 iyun, 2019-cu ildə deyir:

Orxan Məmmədov: Suriyada baş verənlərin pərdəarxası » Avrasiya

“Pakistanı ona görə Azərbaycanda müttəfiq, qardaş dövlət kimi tanıyırlar ki, Səudiyyə onun əli ilə Azərbaycandakı radikal sünni təşkilatları dəstəkləyə bilsin”.

Bir din xadimi sünni Pakistanla, şiə Azərbaycanın müttəfiqliyinə niyə aqressiv yanaşsın? Tehrandan bu cür əmr aldığına görə ola bilərmi?

Beləliklə, İran agenturasının Azərbaycandakı varlığı daim rəsmi Bakıya qarşı bir təzyiq vasitəsidir. Azərbaycanın İranla uzlaşmadığı hər an ölkədə “Nardaran hadisələri”, “Gəncə terroru” kimi vətəndaş-dövlət qarşıdurması yaşana bilər. Həmçinin gələcəkdə Azərbaycanda yaşanacaq istənilən bir siyasi-iqtisadi böhran halında bu qüvvələr “islam inqilabı”na start verə bilərlər. Təhlükə böyük, düşmən içimizdədir. Diqqətli, ayıq və bir olmaqda fayda var...

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı