Rusiyanın "təxliyə" fırıldağı Üstündə raket daşıyan qanunsuz helikopter oyununa cavab verilməlidir

Analitika 15:29 22.09.2021

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingenti Qarabağ dağlarında şərti yaralıların təxliyəsi üzrə təlim keçirib. Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata əsasən, təlim Xocalı hava limanında Mi-8 "Terminator" helikopteri ilə, ordu aviasiya pilotlarının, hərbi qulluqçularının və xüsusi təyinatlı dəstənin tibb mütəxəssislərinin iştirakı ilə keçib.

"Bu gün hər cür vertolyotlara quraşdırmaq üçün hazırlanmış iki yerli tibbi modulu olan Mi-8 AMTŞ helikopteri ilə yaralıların uzaq bölgədən təxliyəsi üzrə normativlər keçirildi,"- aviasiya komendantlığının tibb xidmətinin rəhbəri Timur Tsoqoyev deyib.

Qeyd edək ki, keçirilən təlim 10 Noyabr bəyannaməsinin Qarabağ ərazisində istifadə oluna biləcək hərbi texnikası ilə bağlı bəndini kobud şəkildə pozur. Nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev EDNews.net-ə açıqlama verib.

Ekspert bildirib ki, Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərdə döyüş helikopterlərindən istifadə etməsi Azərbaycan ilə Rusiya arasında münasibətlərə kifayət qədər ciddi ziyan vurur.

“Mi-8 helikopterlərinin yaralıların təxliyəsi üçün istifadəsinə aid kadrlar heç də Azərbaycan tərəfini qane edə bilməz. Çünki bu helikopterlər döyüş və kəşfiyyat məqsədli helikopterlərdir və idarə olunmayan raketlərlə silahlanır. Bu helikopterlərin yaralıların təxliyyəsi üçün uyğunlaşdırılan versiyası ağ rəngdədir və onun üzərində heç bir silah olmur”.

Ə. Verdiyev qeyd edib ki, Rusiya tərəfi ilə bu helikopterin Azərbaycan ərazisinə gətirilməsinə dair heç bir razılaşma əldə olunmayıb.

“Bu helikopterlər sülhməramlıların silah siyahısına da daxil deyil. Digər bir tərəfdən isə sülhməramlıların Azərbaycan üçün çox həssas olan Xocalı hava limanından istifadə etməsi tamamilə bu helikopterin tətbiqinə icazə verən sülhməramlı kontingentin komandanlığının səriştəsizliyindən irəli gəlir”.

Ekspert hesab edir ki, sülhməramlıların bu cür kobud şəkildə razılaşmaları pozması Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən qınanılmalı və gələcəkdə təkrar olunmaması üçün ciddi tədbirlər görülməlidir.

“Azərbaycan tərəfi helikopterlərin zərərsizləşdirilməsi üzrə imkanlarını 2014-cü ildə Ermənistana, 2020-ci ilin noyabrın 8-də isə Rusiya tərəfinə nümayiş etdirib. Odur ki, Azərbaycanın səbri ilə oynamağa cəhd etməməlidirlər”, - deyə Ə. Verdiyev fikrini tamamlayıb.   

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı