"Quş hüquqlu" sülhməramlılar Beynəlxalq hüquq Azərbaycanın anti-terror əməliyyatına nə deyir?

Analitika 15:45 15.10.2021

Oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bundan bir gün əvvəl isə ermənilər Suqovuşandan Kəlbəcərə doğru hərəkət edən mülki təyinatlı yük karvanımızı atəşə tutmuşdular.

Son zamanlar baş verənlər yenidən Qarabağda anti-terror əməliyyatının vacibliyini gündəmə gətirib. Amma bu, nə dərəcədə mümkündür? Bilirik ki, Qarabağda qanunsuz erməni silahlılarını zərərsizləşdirmək üçün Azərbaycan Ordusunun anti-terror əməliyyatı keçirmək üçün kifayət qədər qüvvəsi var. Eyni zamanda, bölgədə hazırda Rusiya sülhməramlılarının olduğunu da yaddan çıxarmaq olmaz.

Ortada digər maraqlı məqam da var. Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının beynəlxalq mandatı yoxdur. Yəni, sülhməramlıların bölgəyə gəlişini, gedişini və bölgədə hüquqi məsuliyyətlərini müəyyən edən dövlətlərarası hüquqi sənəd mövcud deyil. Eləcə də, nə Rusiya, nə də Azərbaycan parlamenti sülhməramlıların fəaliyyəti üçün tələb olunan razılığı verməyib.

Maraqlı sual yaranır. Azərbaycan, beynəlxalq mandatı olmayan Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağda anti-terror əməliyyatı keçirə bilərmi? Axı sülhməramlılar orada bir növ “quş hüququ” ilə fəaliyyət göstərirlər.

Yaxud da, Azərbaycanın, hətta mandat təsdiq edildiyi halda, öz torpağında düzgün fəaliyyət göstərməyən, üzərinə düşən məsuliyyəti dərk etməyən və vəzifəsinin öhdəsindən gələ bilməyən sülhməramlıların olduğu ərazidə əməliyyat keçirə (sözsüz ki, hər iki halda xəbərdarlıq etməklə) bilərmi? Buna beynəlxalq hüquq nə deyir?

Məsələnin hüquqi tərəflərini EDNews.net üçün şərh edən Cənubi Koreyanın Hanquk Universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib ki, Rusiya sülhməramlı qoşunlarının hələ ki, müəyyənləşdirilmiş hüquqi mandatı yoxdur: “Bu mandat əlbəttə ki, Azərbaycanla müzakirələr nəticəsində formalaşdırılmalıdır. Çünki sülhməramlı qoşunlar məhz Azərbaycan ərazisində yerləşdirilib. Və ya 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində də müəyyənləşdirilə bilər. Bu mandat müəyyənləşdirilsə belə, beynəlxalq hüquqa görə sülhməramlıların funksiyası ondan ibarətdir ki, onlar münaqişə olan zonada və münaqişə tərəfləri arasında formalaşdırılmış atəşkəs və ya başqa formada olan müvəqqəti atəş dayandırılmasında monitorinq rolunu oynayır”.

R. İbrahimovun sözlərinə görə, həmin sülhməramlı qoşunların hər hansı bir vəziyyətdə silahdan istifadə, vəziyyətə qarışmaq ixtiyarı və hüququ yoxdur: “Bu ümumi olaraq sülhməramlı qoşunların xarakterindən irəli gəlir. Və əlbəttə ki, Azərbaycanın öz ərazisində hər zaman anti-terror əməliyyatı keçirməyə ixtiyarı və hüququ var. Bu hüququ onun əlindən heç kəs almayıb. Və lazımi qaydada da müxtəlif formalarda, istər fərdi əməliyyatlar, istərsə də ümumi əməliyyatlar keçirə bilər. Fikirləşirəm ki,  vəziyyət belə davam edərsə, bu, həyata keçiriləcək. Azərbaycanın bunun üçün bütün imkanları var. Sadəcə hal-hazırda müzakirələr aparıldığı üçün və vəziyyətin aydınlanması getdiyinə görə Azərbaycan hələ ki, bu tədbirlərə əl atmır, müəyyən dərəcədə istifadə etsə də, bundan genişmiqyaslı istifadə etmir. Azərbaycanın anti-terror əməliyyatı aparacaq qüvvələri var və onlar xüsusi təlim keçib. Bu Azərbaycanın suveren hüququ çərçivəsində apara biləcəyi hüquqlarından biridir”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Hamısı