Rusiyanın hərbi müdaxiləsi barədə iddialar həddən artıq şişirdilib Ukraynalı ekspert

Analitika 12:15 20.10.2021

ABŞ-ın Müdafiə naziri Lloyd Austinin post-sovet ölkələri olan Gürcüstan və Ukraynaya səfəri Moskvanı möhkəm silkələyib. Rusiya ilə düşmən olan hər iki ölkənin NATO-ya qatılması ilə bağlı ABŞ-dan gələn təklif Kremlin sərt reaksiyasına səbəb olub. 

Ukraynanın NATO-ya üzv olmasını “ən pis ssenari” adlandıran Kremlin sözçüsü Dmitri Peskov, belə olacağı halda Rusiyanın da adekvat olaraq “aktiv tədbirlər”dən istifadə edəcəyini deyib. Avropanın “France 5” televiziya kanalına açıqlama verən Peskov bu ssenarinin qırmızı xətt çərçivəsini aşaraq Rusiyanın birbaşa milli maraqlarına zidd olduğunu vurğulayıb və belə davam edəcəyi təqdirdə Rusiyanın milli təhlükəsizliyi naminə silah gücündən istifadə etmək məcburiyyətində qala biləcəyini deyib.      

Rusiya eyni zamanda, NATO ilə münasibətlərdən tamamilə imtina edəcəyindən zərrə qədər narahat olmadığını dilə gətirib. “Əgər məsələ milli təhlükəsizliyimizə təhdidlə bağlıdırsa, o zaman biz NATO ilə aramızdakı körpüləri yandırmağa hazırıq”. Bunu isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov dilə gətirib. 

Rusiya rəsmiləri NATO-da olan bir neçə yüksək rütbəli hərbçi nümayəndəsinin də geri çağırılacağını da bildirir. Hətta bu azmış kimi, Rusiyanın NATO ilə siyasi və diplomatik arenada daha sərt münasibətlər formalaşdıracağını vurğulayır.

Rusiyanın bu qədər hiddətlənməsinə səbəb bəllidir. Ukrayna və Gürcüstan NATO-ya qəbul edilərsə, o zaman Rusiya işğal etdiyi əraziləri məsələsində bu qədər rahat və özbaşına davrana bilməyəcək. Rusiya da bunu asanlıqla qəbul etmir və etmək niyyətində də görünmür. Ötən gün verilən qəzəbli açıqlama da bunun nümunəsidir. 

Əlbəttə NATO ilə yeyilərək nazilmiş bağlarını tamamən üzmək istəyən Rusiyanın itirəcək bir şeyi qalmayıb. 2018-ci ildə Rusiyanın NATO-dakı daimi nümayəndəsi olan Aleksandr Qruşkovun Moskvaya geri çağırılmasından sonra onun yerinə digər namizədin göndərilməmişdi. Eləcə də, NATO şurası ilə mütəmadi görüşlər də dayandırılmışdı. Bütün bunlar Rusiya ilə NATO arasında münasibətlərin durğun vəziyyətdə olmasının bir göstəricisidir.  

Bəs bu məcburi əməkdaşlıq nə zamana qədər davam edə bilər? Və yaxud da əsəb damarı gərilən Rusiya haradan və hansı formada hərbi əməliyyata başlaya bilər? 

Mövzu ilə bağlı Ukraynalı siyasi şərhçi Vadim Tryuxan EDNews.net-ə açıqlama verib. 

No description available.

O, ilk öncə Rusiyanın reaksiyası və hər iki ölkənin buna qarşı necə davranacağı barədə söz açıb. 

“Hər iki tərəf – həm NATO, həm də Kiyev və Tbilisi üçün Rusiyanın nə fikirləşdiyi maraqlı deyil. Bəzi NATO ölkələrinin Rusiyanın hərbi vasitəyə əl ata bilməsindən narahat olmalarına baxmayaraq, əminəm ki, bu qorxu və narahatlıq da aradan götürüləcək”.

Tryuxan həmçinin ABŞ-ın bu məsələdə mövqeyinə də toxunub. O NATO-ya üzvlük məsələsində Ağ Evdən çox iki ölkənin israrlı olduğunu vurğulayıb. 

“Əslində ABŞ nə Ukraynanı, nə də Gürcüstanı üzv olmağa təhrik etmir. Əksinə, rəsmi Vaşinqtonun bu barədə mövqeyi Kiyev tərəfindən qınanılır. Co Bayden hakimiyyətə gələndə Ukraynada onun daha çox işlər görə biləcəyinə inam hədsiz idi. İnanırdıq ki, Bayden administrasiyası Fransa və Almaniyanı Ukraynaya üzvlük haqda iş planı təqdim etmək üçün təsir edə biləcək. Ukraynanın NATO-ya üzvlük haqda iş planını aldığı təqdirdə Rusiyanın hərbi müdaxiləsi ilə üzləşəcəyi barədə deyilənlərə gəldikdə isə, bu problem həddən artıq şişirdilib. Kreml üçün hazırda Qərblə münasibətləri tam kəsmək o qədər də sərf etmir. Belə olmasaydı, vaxtilə Rusiyaya girişinə qadağa qoyulan ABŞ rəsmisi Viktoriya Nuland ötən həftə Kreml rəsmiləri tərəfindən qəbul edilməzdi”.

Vadim Tryuxan həmçinin müqayisəli olaraq tərəflərin hansı üstünlüyə malik olması, habelə Rusiyanın işğalçı tərəf kimi mövqeyindən söz açdı. 

“Doğrusu Rusiya hələ 7 il əvvəl Krım, Sevostopolu işğal edərək, daha sonra isə Donbasa soxularaq Ukraynanın məhv edilməsi üçün müharibəyə başladı. Bu səbəbdən də biz konfliktin başlanğıcı deyil, onun miqyasının böyüməsindən danışmalıyıq. Bu təhdid hələ də davam etməkdədir. Amma bu, Ukraynanın NATO-ya üzv olma arzusu ilə bağlı deyil. Səbəb tam fərqlidir. Putin hökuməti ukraynalıların öz dövlətinin olması hüququnu tanımır. Putin və onun komandası hesab edir ki, Ukraynada yaşayan 40 milyon, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan 30 milyon ukraynalı Rusiyanın tərkib hissəsidir və tarixin hansısa səhvi səbəbindən sivil dünya tərəfindən müstəqil dövlət kimi qəbul edilir. Bütün bunlara baxmayaraq, Ukrayna ümidini itirmir və lazım gələn vasitələrdən istifadə edərək özünü müdafiə etməyə çalışacaq”. 

Elnur Ənvəroğlu 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Hamısı