Zəngəzur dəhlizindən hamı mənfəət əldə edə bilər, sadəcə istək və siyasi iradə olmalıdır İlqar Vəlizadə

Analitika 18:06 27.10.2021

Oktyabrın 26-da Azərbaycan və türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyublar.

"Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək", - Türkiyə Prezidenti deyib.

"İran, Gürcüstan və Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları bundan istifadə edə biləcəklər. Bu layihələr ayırıcı deyil, birləşdiricidir", - Erdoğan bildirib.

Türkiyə Prezidenti "sərhədlərin delimitasiyası və qarşılıqlı tanınmasının vacibliyini" vurğulayıb.

"Mehriban qonşuluğun əsasını məhz bu anlayış təşkil edir. Bu məsələlərdə Ermənistanın Azərbaycana qarşı münasibətdə səmimi iradəsinə zərurət var. Əgər Ermənistan Azərbaycana qarşı xoş məram nümayiş etdirərsə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına maneə qalmayacaq", - Erdoğan vurğulayıb.

Qeyd edək ki, Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Politoloq İlqar Vəlizadə EDNews.net-ə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması əsasən kommunikasiyaların açılması ilə bağlı məsələdir: “Son il ərzində Azərbaycan ərazisində bu istiqamətdə işlər aparılır və Türkiyə bu işlərdə bizə yardımçı olur. Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı həm Azərbaycan, həm də Türkiyə şirkətlərinin rolundan danışılıb. Son bir il ərzində bu şirkətlər regionda əsaslı işlər görüblər. Bu ondan xəbər verir ki, Türkiyə Azərbaycan ilə yanaşı, Zəngəzur dəhlizinin reallaşmasında fəal şəkildə iştirak edir, nəzəri yox, faktiki işlər gedir. Prezidentimizin sözlərinə görə, Türkiyə yalnız müharibə zamanı deyil, post-müharibə dövründə də Azərbaycana dəstək verir ki, Qarabağ ərazisində gedən işlər daha sürətlə getsin”.

İ. Vəlizadənin sözlərinə görə, Türkiyə, Rusiya və Azərbaycanın maraqları üst-üstə düşür: “Son illər Türkiyə və Rusiya arasında ticarət mübadiləsi sürətlə artır. Tərəflər düşünürlər ki, onlar pandemiyadan əvvəlki vəziyyəti üstələyəcəklər. Yəni ticarət mübadiləsi təxmini hesablamalara görə, ən azı 25 mlrd dollara gəlib çıxa bilər. Pandemiyadan qabaq bu rəqəm təqribən 22 mlrd ilə ölçülürdüsə, indi təxminən 25 mlrd-a yaxın rəqəm olduğu deyilir. Bunun əsas hissəsi nəqliyyatın payına düşür. Hal-hazırda yükdaşımaların təxminən 80 faizi dəniz vasitəsilə və yalnız 20 faizi quru vasitəsilə həyata keçirilir. Zəngəzur dəhlizinin açılması imkan yaradacaq ki, bu daha çox quru - dəmir və avtomobil yolu xətti ilə həyata keçsin. Bu da hər iki tərəf üçün sərəfəlidir, çünki yükdaşımaların sərfiyyatı azalır. Beləliklə, münasibətlər daha açıq inkişaf edə və iqtisadi maraqlar daha yüksək səviyyədə təmin oluna bilər. Əlbəttə, burada dəhlizin real iqtisadi səmərəliliyi artır. Türkiyə prezidenti Zəngilanda mətbuat konfransında demişdi ki, bu dəhlizin açılması müxtəlif ölkələr üçün faydalıdır. İran və Rusiyanı birləşdirən dəmir yolu yoxdur, hələ də Astara-Rəşt dəmir yolu xəttini tikməyiblər. Amma Culfa vasitəsilə bu dəmir yolu açıla bilər. Bu yol Sovetlər dönəmində fəaliyyətdə idi”.

“Bu dəhliz ümumiyyətlə hamıya sərf edir. Ona görə də, Türkiyə tərəfi bu yolun Azərbaycan hissəsindəki işləri bizim şirkətlərlə birlikdə fəal şəkildə aparır. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində aparılan işlər yaxın bir-iki il ərzində tamamlanacaq. Və indi Ermənistan tərəfində də bu işlər getməlidir. Rusiya bunda maraqlıdır. Rusiya Ermənistan danışıqlarında bu mövzu hallandırılır” deyə politoloq əlavə edib.

Ekspert qeyd edib ki, delimitasiya olmalıdır ki, yollar normal fəaliyyət göstərsin. Çünki bu yollar sərhədlərdən keçəcək: “Bu sərhədlərdə keçid sərhəd məntəqələri yaradılmalıdır, bütün bu gediş-gəliş məsələlərini tənzimləməlidir. Burada müəyyən qurumlar fəaliyyət göstərməlidir, gömrük məntəqələri olmalıdır. Müxtəlif digər təşkilatlar fəaliyyət göstərməlidir ki, bu yükdaşımalar normal və hər bir tərəfin maraqlarını təmin edən əsaslarla həyata keçirilsin. İlk növbədə, bu ölkələr bir-birinin sərhədlərinin və ərazilərinin toxunulmazlıq prinsipini əsas götürməlidirlər ki, bu nəqliyyat infrasturturu və tranzit layihələr normal fəaliyyət göstərsin. Azərbaycan-Rusiya yükdaşımalarında, Azərbaycan-İran yükdaşımalarında görürük ki, həm Rusiya, həm İran bunu Azərbaycan sərhədlərini tanıdıqlarını bəyan edirlər. Və bu sərhədləri nəzərə alaraq yükdaşımalar həyata keçirilir. Rusiya və ya İrandan Azərbaycan ərazisinə daxil olan yüklər müəyyən rüsumları ödəməklə digər istiqamətlərə üz tuturlar. Burada da yəqin ki, bu prosedur olmalıdr. Əgər ölkələr sərhədlərin, suverenliyin toxunulmazlığını tanısalar Türkiyə- Ermənistan sərhədləri açıla bilər. Bunun vasitəsilə yüklər Azərbaycan və digər istiqamətlərdə daşınıla bilər. Eyni zamanda, erməni şirkətləri Türkiyə vasitəsilə mallarını Avropaya daşıya bilərlər. Bundan hamı mənfəət əldə edə bilər, sadəcə burada istək və siyasi iradə olmalıdır”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı