Ermənistan ya Zəngəzur dəhlizini öz xoşuyla açır ya da ... Politoloq

Analitika 17:40 28.10.2021

Ermənistan parlamentində Qarabağla bağlı bəyanat qəbul edilməyib. Bəyanat “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyaları tərəfindən hazırlanıb. Bəyanat yalnız xarici deyil, həm də daxili siyasətə aid olub. Eyni zamanda bəyanatda Azərbaycan və Türkiyə əleyhinə ifadələr yer alıb. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Kondjoryan bildirib ki, bəyanat qəbul edilməyib.

Ermənistan parlamentində Azərbaycan və Türkiyə əleyhinə bəyanatın qəbul edilməməsini münasibətlərin bərpası istiqamətində atılan növbəti addım hesab etmək olar.

Politoloq Yeganə Hacıyeva EDNews.net-ə açıqlamasında bildirib ki, Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasının işartılarını izləməkdəyik.

“Ermənistanda belə bir bəyanat qəbul edilmədi, həmçinin bu gün Ermənistanda hökumətin növbədənkənar iclasında Ermənistan Təhlükəsizlik Şurası rəhbəri Armen Qriqoryanın “Azərbaycanla delimitasiya və demarkasiya məsələlərində danışıqlara hazırıq, Azərbaycan tərəfindən hərəkətlilik, siqnal gözləyirik deyib. Bu gözlə görünən və Ermənistan parlamentinin simalarının bəyanatın qəbul edilməməsinin müdafiəsinə və bəyanatın əleyhinə səsləndirdiyi fikirləri bu istiqamətdə irəliləyişlər kimi dəyərləndirə bilərik”.

Politoloqun sözlərinə görə, Ermənistanın istər Azərbaycan, istərsə də Türkiyə ilə sərhədlərinin müəyyənləşməsi qısamüddətli hesablamada belə Ermənistanın xeyrinədir: “Bu, ən azından Ermənistanı blokadadan çıxarır. Digər bir məqam, məsələn Armen Qriqoryanın iki həftə öncə Zəngəzur dəhlizi ilə bağlı fikrin əleyhinə belə bir fikir səsləndirməsi və fərqli mövqe ortaya qoymasını əlbəttə ki, Rusiya prezidenti Vladimir Putinin çıxışı ilə bağlamaq lazımdır. Məsələ ondadır ki, Ermənistan tərəfi bura KTMT-dən tutmuş ATƏT-in Minsk Qrupu formatına kimi çox sayda müşahidəçilər cəlb etmək üçün fəaliyyət göstərdi. Hətta İrandan belə “Gorus-Qafan yolunun müdafiəsini təşkil edə bilərik” mesajları gəlmişdi. Bu cür çoxsaylı cəhdlərdən sonra Rusiya prezidenti “Bu məsələdə biz üçümüz – Rusiya, Azərbaycan və Ermənistan varıq, Rusiyada bu xəritələr var və qarşılıqlı kompromislər əsasında bunlar müəyyənləşməlidir” deyərək nöqtəni qoydu. Ermənistan parlamentində çox sayda hansı ilin xəritələrinin olmasıyla bağlı dezinformasiyalar səsləndirilir. Rusiyanın özünün də Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində görüşdən mediaya sızan xəritələrlə bağlı ümumi təsəvvürlər var. Xəritələrlə bağlı əsas mesaj belədir ki, Ermənistan ya Zəngəzur dəhlizini öz xoşuyla açır, ya da biz 1920-ci ilin xəritəsinə dönərək Meğri və Zəngəzuru Azərbaycanın ərazisi olaraq müəyyənləşdiririk. Və Azərbaycanın da kompromisi bu olur ki, dəhlizin açılması həm də Ermənistana bundan istifadə imkanı verir. Yəni burada fikir formalaşdırılmasında aktiv istifadə olunan çoxlu sayda variasiyalar var. Bizim ölkəmizdə də mediada proseslərlə bağlı bəzən kənar maraqlara xidmət edən şərhlər gedir. Amma reallıq ondan ibarətdir ki, Zəngəzur bə Meğri dəhlizi açılmalıdır.

Ekpert əlavə edib ki, A. Qriqoryan bu günlərdə delimitasiya və demarkasiya xəritələrlə bağlı fikirlərini bildirib: “1920-ci ilin xəritəsi hüquqi qüvvəsi olan tək xəritədir. Azərbaycanın o vaxt Zaqafqaziya və onun hüquqi varisi kimi ümumilikdə SSRİ-nin tərkibinə daxil olduğu dövrdəki sərhədlərilə müəyyənləşməlidir. Hətta A. Qriqoryan da etiraf edib ki, bu xəritələrlə proseslərə başlamasına Ermənistan tərəfi də etiraz etmir və tək hüquqi qüvvəsi olan xəritə 1920-ci ilin xəritəsidir. Biz Azərbaycan olaraq, SSRİ-yə hansı ərazi ilə girmişiksə, o miqdarda ərazi ilə də SSRİ-dən çıxmalıydıq. Bundan kənarda olanların hamısı SSRİ-nin idarəçiliyində bizim torpaqların Ermənistana verilməsi idi. Bu heç bir halda bizim razılığımızla deyildi. Bu, Ermənistana SSRİ-nin ərazi bütövlüyünün artırılması məqəsədilə deyil, məhz istifadə üçün verilmişdi. Bu səbəbdən Zəngəzur dəhlizi problemini ya delimitasiya və demarkasiya məsələləri, ya da xəritələr həll edəcək. İstənilən halda bu davam edəcək”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı