Ərdoğan Qarabağda türk hərbçilərin sayını artırmaq istəyir, ancaq...

Analitika 17:49 09.11.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

Prinsip etibarilə, Türkiyə Prezidenti qanun layihəsini parlamentə təqdim etməyə də bilərdi. Lakin o, bu addımı ilə Türkiyə hərbçilərinin Qarabağda qalmasını istədiyini bir daha göstərmiş oldu.

Məsələ ondadır ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi. Öz növbəsində Türkiyə hərbiçiləri də atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini Ağdamda yerləşdirmişdi.

Türkiyə hərbçilərinin sayı Rusiya sülhməramlıları qədər olmasa da nəticə etibarilə Ankaranın Qarabağda hərbi varlığının olması özlüyündə mühüm amildir. Görünür, Prezident Ərdoğan da bu vəziyyətin dəyişməsini istəmir.

Türkiyə Böyük Millət Məclisi Ərdoğanın qanun layihəsini qəbul edəcəkmi?

Düşünürəm ki, Ərdoğanın parlamentə təklif etdiyi bu qanun layihəsi böyük səs çoxluğu ilə qəbul ediləcək. Çünki, hazırda Türkiyə parlamentində 600 yerin 287-si hakim AKP partiyasına məxsusdur. Yəni qanun layihəsinin qəbul edilməməsi üçün qalan 313 yerə sahib müxalifət nümayəndəsinin birmənalı şəkildə qanun layihəsinin əleyhinə qərar verməsi lazımdır. Bu isə mümkünsüz görünür.

Məsələ ondadır ki, Türkiyə parlamentində hazırda Azərbaycan lehinə irəli sürülən bir qanun layihəsinə “yox” deyəcək siyasi partiya yoxdur. Çünki parlamentdəki əksər müxalifət partiyası anlayır ki, sabah o iqtidara gəlsə onun da xarici siyasətində Azərbaycan açar rola malik olacaq. Buna görə də çətin ki, bu qanun layihəsinə hansısa partiya qarşı çıxsın.

Ehtimal ki, burada bir və ya iki mandata sahib kiçik müxalifət partiyalarından, ya da HDP kimi daxilində erməni millət vəkilləri olan və erməni maraqlarını özü üçün prioritet bilən partiyalar əleyhinə səs verə bilər. Bütövlükdə isə həm AKP, həm MHP, həm İYİ, həm də CHP partiyasının qanunun lehinə səs verəcəyini güman etmək olar.

Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi qanun layihəsi Bakının maraqlarına cavab verir!

Prinsip etibarilə, Türkiyənin Qarabağda hərbi mövcudluğunun olması Bakı üçün hər zaman məqbuldur. Azərbaycan onsuz da uzun illərdir Rusiyaya alternativ və tənzimləyici amil olaraq Türkiyənin Qarabağda və ya ən azından ölkə daxilində hərbi qüvvəsinin olmasını istəyib. Təsadüfi deyil ki, 10 noyabr bəyanatı imzalanarkən bu məsələ də öz əksini tapdı və Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradıldı. Bu fakt belə özlüyündə Bakının Kremllə birlikdə Ankaranın da Qarabağ prosesində olmasını arzuladığını göstərir.

Türkiyəyə gəldikdə isə, deyə bilərəm ki, Ankaranın xarici siyasətində Azərbaycan və Qarabağ məsələsi hər zaman qırmızı xətt olub. Müəyyən tarixi prosesləri nəzərə almasaq deyə bilərəm ki, Türkiyə hər zaman bu prosesdə siyasi olaraq yer alıb. Bu gün isə Türkiyə ilk dəfə Qarabağda kiçik də olsa hərbi qüvvə saxlamaq şansı əldə edib. Bu, Ankaranın uzun illərdir gözlədiyi bir şans idi. Buna görə də çətin ki, bunu əldən versin.

Türkiyənin Qarabağda hərbçilərinin sayını artırması üçün qanun layihəsi qəbul edilməlidir.

Aydın məsələdir ki, Türkiyə Qarabağda hərbçilərinin sayını artırmaq istəyir. Hazırda bu mümkün olmasa da, Türkiyənin gələcəkdə Bakı ilə birlikdə bunu gerçəkləşdirməsi üçün mövcud statusunu əldə saxlaması lazımdır. Digər tərəfdən, Türkiyə-Rusiya əməkdaşlığı bu gün inkişaf edir. Düzdür, iki ölkənin Ukrayna, Liviya, Suriya və Qarabağda fərqli maraqları olsa da iqtisadi və siyasi sahədə ortaq maraqlarının olması da danılmaz faktdır. Bu maraqlar günü-gündən Rusiya üçün daha həyati əhəmiyyət kəsb edir.

Düşünürəm, Türkiyə Suriya və Liviyada olduğu kimi Qarabağda da yaxın zamanlarda Kremllə bərabər hüquqlara sahib ola bilər. Söhbət Rusiyanın Qarabağdakı sülhməramlıları kimi Türkiyənin də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində hərbçilərinin sayının artımasından gedir. Türkiyə buna nail olsa, Qarabağda Rusiya-Türkiyə balansı təmin edilə bilər.

Turan Rzayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı