ABŞ Yunanıstana hərbi qüvvə cəmləyir Hədəf Türkiyədir, yoxsa...?

Analitika 16:02 11.11.2021

ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyatt tarixin ən böyük təchizatının Evros (Dədəağac) bölgəsində həyata keçiriləcəyini bildirib. Belə ki, rəsmi Vaşinqtona məxsus min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi bir neçə həftəyə Yunanıstanın Evros (Dədəağac) bölgəsinə yerləşdiriləcək.

Məsələ ondadır ki, Evros bölgəsi Türkiyə-Yunanıstan sərhədinə çox yaxındır. Bu ərazi Qərbi Trakya bölgəsində yerləşir. ABŞ-ın Yunanıstan-Türkiyə sərhədində birdən-birə bu qədər hərbi texnika və hərbçi cəmləməsi bəzi suallar yaradır.

ABŞ Yunanıstanı Türkiyəyə qarşı silahlandırır?

Rəsmi Vaşinqtonun Yunanıstan-Türkiyə sərhədinə yaxın bir əraziyə bu cür hərbi qüvvə cəmləməsi təbii olaraq bunun Türkiyəyə qarşı ola biləcəyi versiyasını aktuallaşdırır. Lakin düşünmürəm ki, indiki halda ABŞ-ın hədəfi Türkiyədir və o məhz Türkiyəyə qarşı Yunanıstanı silahlandırır.

Düzdür, Türkiyə-ABŞ münasibətləri əvvəlki kimi deyil. Ankara və Vaşinqton arasında soyuq küləklərin əsməsi hərkəsə məlumdur. Dolların bahalaşması fonunda TL-nin sürətlə ucuzlaşması da iki ölkə arasında münasibətlərin yaxşı olmadığını göstərir. Lakin bütün bunlara baxmayaraq ABŞ-ın həm də Türkiyəyə ehtiyacı var. Xüsusilə Yaxın Şərqdə Suriya, İraq, Ukrayna, hətta Qarabağ məsələlərində də Türkiyənin varlığı və sərgilədiyi mövqe Vaşinqton üçün məqbuldur. Vaşinqton strateji müttəfiqi adlandırdığı Ankara ilə körpüləri tam qoparmaq niyyətində deyil. Ümumiyyətlə bunun olacağını da düşünmürəm.

O ki qaldı ABŞ-ın məhz Evros (Dədəağac) bölgəsinə hərbi qüvvə cəmləməsinə deyə bilərəm ki, Evros təkcə Türkiyə sərhədinə yaxın bir ərazi deyil, həm də liman şəhəridir. Bu da ondan xəbər verir ki, ABŞ-a məxsus hərbi qüvvələr Yunanıstanda uzun müddət qalmayacaq, buradan başqa ölkələrə də göndəriləcək.

Ehtimal ki, hərbçilərin və texnikanın bir qismi buradan Rumıniya və Bolqarıstana göndəriləcək. Yəni, ABŞ heç də Türkiyəyə qarşı Yunanıstanı silahlandırmır, əksinə Yunanıstan ərazisindən müvəqqəti istifadə edir. Yəni Vaşinqtonun hədəfi Türkiyə deyil, tamamilə fərqlidir.

Zelenskinin xəbərdarlığı Vaşinqtonu hərəkətə gətirdi

Ukraynanın şərqində baş verən son toqquşmalar fonunda Kreml Kiyevin cəsarətini qırmaq və separatçıların təhlükəsizliyini təmin etmək üçün Ukrayna sərhədində 100 min qoşun cəmləyib. Qoşunların sayı haqda məlumatlar şişirdilmiş ola bilər, lakin nəticə etibarilə Rusiya bu addımı ilə ən az Kiyev qədər qərarlı olduğunu bir daha nümayiş etdirdi.

Rusiyanın bu addımı sonrası isə Ukrayna Prezidenti Vladimir Zelenskinin “Rusiyanın Ukrayna sərhədi yaxınlığına 100 minlik qoşunu yerləşdirilməsi Kiyevi təəccübləndirmir və qorxutmur” sözləri diqqət çəkdi. Zelenski bu sözləri ilə qorxmadıqlarını bildirsə də bu həm də Vaşinqtona edilən açıq xəbərdarlıq idi. Yəni baxın Rusiya gedişini etdi, sıra sizdədir.

Təsadüfi deyil ki, Rusiyanın sərhəddə 100 min qoşun cəmləməsi və Zelenskinin məlum çıxışı sonrası ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalandı. İki ölkə arasında imzalanan Xartiyanın Ukraynanın ərazi bütövlüyünün bərpasına kimi qüvvədə qalacağı da xüsusi vurğulanıb.

Sənəddə, həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar Ukraynanın NATO istəklərini dəstəkləyir. Bundan əlavə, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bəyan edir. “Normand formatını” dəstəkləyir, lakin əmindir ki, Rusiya Donbasdakı münaqişəni idarə edir. Yəni Vaşinqton bununla demək istəyir ki, Kreml nə qədər ki, separatçıları dəstəkləyəcək o da öz növbəsində Ukraynanı dəstəkləyəcək. Prinsip etibarilə, ABŞ-ın Yunanıstanın Evros (Dədəağac) bölgəsinə cəmlədiyi hərbi qüvvə də bu dəstəyin əyani subutudur.

Onu da nəzərə almaq lazımdır ki, bu qüvvələrin heç də hamısı Yunanıstanda qalmayacaq, bir qismi Bolqarıstan və Rumıniyaya göndəriləcək. Həmin ökələr isə Ukraynaya məsafə olaraq daha da yaxındır. Yəni Vaşinqton Yunanıstan Bolqarıstan və Rumıniya üzərindən ehtimal hərbi toqquşma zamanı bu və başqa formada yardım edə biləcəyini əyani surətdə göstərir”.

Vaşinqtonu və Moskvanı narahat edən Ankara faktoru

Rusiya və ABŞ Ukrayna münaqişəsində hər nə qədər iki rəqib olsalar da bu iki super gücü narahat edən bir məsələ var. Söhbət Ukraynanın tədricən Türkiyə təsirinə düşməsindən gedir. Məsələ ondadır ki, Ukrayna uzun müddətdir ki, Qərbin və ABŞ dəstəyini tələb edir. Rusiyanın separatçılara verdiyi dəstək kimi Kiyev də Vaşinqtondan ya da Qərbdən dəstək gözləyir. Lakin Kremlin əksinə, Kiyevə siyasi və diplomatik dəstəkdən başqa dəstək verilmir. Bu təbii olaraq Ukraynın real dətək ala biləcəyi alternativ ölkələr axtarmasına gətirib çıxardı.

Türkiyənin Ukraynaya son model "Bayraktar" PUA-larını verməsi mövcud PUA-ları modifikasiya etməsi, Ukrayna hərbçilərinə təlimlər keçməsi Kiyevi tam məmnun edir. Mövcud Ukrayna-Türkiyə münasibətlərini Kiyevin Ankaranın təsir dairəsinə düşməsi kimi görən ABŞ və Rusiya isə buna qarşı ortaq hərəkət edir. Yəni ABŞ qoşunlarının Yunanıstan, Bolqarıstan, Rumıniyaya yerləşdirilməsi Qara dənizdə təlimlərin keçirilməsinə Kremlin səssiz qalması düşünürəm, bundan irəli gəlir.

Turan Rzayev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı