Türkiyənin Ukrayna-Rusiya arasında vasitəçi olmaq şansı real deyil Bülent Aydəmir

Analitika 17:29 30.11.2021

Bəzi siyasi maneələrə baxmayaraq həm qərbdə, həm də şərqdə üzərinə ciddi siyasi yük götürən Türkiyə, son zamanlar irimiqyaslı layihələrdə yer almaqdadır. Lakin siyasi ekspertlər Türkiyənin çoxşaxəli xarici siyasi fəaliyyəti ilə özünü həddindən artıq yük altında qoyduğunu və bunun nəticəsində ölkənin tənəzzülə uğraya bilməsi kimi risklərini qeyd edir.   

Bu dəfə Türkiyə Ukrayna ilə Rusiya arasında gedən ərazi problemi məsələsində vasitəçi olmaq niyyətini açıqlayıb. Ötən gün bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatında bildirib. Ukraynaya “Bayraktar TB2” PUA-larının satışından sonra rəsmi Moskva ilə münasibətlərində cüzi problemlər yaranan Türkiyə xüsusilə Krım məsələsində vasitəçi olmaqda maraqlı olduğunu dilə gətirib. 

Türkiyəli siyasi analitik, “Haber Türk” kanalının tanınmış simalarından olan Bülent Aydəmir məsələ ilə bağlı EDNews.net-ə açıqlama verib. O, ilk öncə Türkiyənin vasitəçilikdə maraqları və bunu qarşılaya biləcək imkanlarından söz açıb. 

Habertürk'te işine son verilen Bülent Aydemir'in yerine Sibel Demirci Erdem  getirildi

“İlk olaraq qeyd edim ki, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik etmək niyyətini önəmli hesab edirəm. Lakin imkanlar baxımından bunun real olduğunu düşünmürəm. 

Əslində, siyasi və diplomatik cəhətdən bunu əhəmiyyətli sayıram, çünki Türkiyənin hər iki ölkə ilə ayrı-ayrılıqda xüsusi münasibətləri var. Bu münasibətlər həm Rusiyadan S400 raketlərini almaq, həm də Ukraynaya “Bayraktar TB2” satmaq baxımından xüsusi önəm daşıyır”.

B.Aydəmir həmçinin Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçi qismində iştirak edəcəyinin nə dərəcə real olmasına, o cümlədən Türkiyənin bu addımının Rusiya ilə olan münasibətlərinə hansı formada xələl gətirə bilməsinə toxunub.  

“Bilirsiniz, qeyd etdiyim ki, Türkiyənin vasitəçi olması nə qədər önəmli olsa da, bunun mümkün olması bir o qədər də inandırıcı deyil. Lakin ümumi baxdıqda Türkiyə bir NATO ölkəsidir və burada əsas Türkiyənin vasitəçi olduğu halda, onun təsir qüvvəsinin nə dərəcədə ola biləcəyidir. 

O ki qaldı rəsmi Ankaranın vasitəçilik etməsinin Rusiya ilə Türkiyə arasında münasibətlərinə təsirinə, bunu tam izah etmək bir qədər mürəkkəbdir. Çünki Rusiyanın reaksiyası və bu məsələni asanlıqla qəbul etməsi şübhəlidir. Sadəcə bir şeyi də əlavə edə bilərəm ki, əgər tərəflərin ümumi razılığı olsa, burada Türkiyə-Rusiya münasibətlərinə hər hansı xələl gəlməsindən söz gedə bilməz”.

Elnur Ənvəroğlu 

 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı