Brüssel görüşü hər şeyi yerbəyer edəcək Bölgədə güc ssenarisi aktuallaşa bilər

Analitika 16:35 07.12.2021

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə Zəngəzur dəhlizi ilə bağlı daha çox ultimatum xarakteri daşıyan bir bəyanat səsləndirdi. 

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər.  

Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”, - deyə dövlət başçısı qeyd edib.

Prezidentin bu bəyanatı onu göstərir ki, Ermənistanın dəhliz məsələsində geri addım atmaması 44 günlük müharibədən öncəki irrasional davranışının davamı kimi qiymətləndirilir. Bu məqamda öncədən proseslərə qoşulmuş lokomotiv dövlətlər - Rusiya öz maraqlarına uyğun olduğu qədər Azərbaycanın hərbi əməliyyatlar aparmasına göz yumur (4-cü bəndin icrasından isə söz belə getmir – red.) və Türkiyə hər addımda Azərbaycanın yanında olacağını hiss etdirir.

Görünür, Zəngəzur dəhlizinin gündəmdəki bu qədər aktuallığı daha çox regional güclərin maraqlarına xidmət edir. Çünki üçtərəfli bəyanatda Azərbaycan tərəfi üçün prioritet məsələ erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı 4-cü bəndin yerinə yetirilməsidir. 

Dekabrın 15-də isə Azərbaycan və Ermənistan Prezidentlərinin Brüssel görüşü gözlənilir. Görüş ərəfəsində dəhliz məsələsindəki pressinqin nəticəsi necə olacaq və regionda yenidən hərbi əməliyyatların başlaması nə dərəcədə realdır?

Araşdırmaçı jurnalist Asif Nərimanlı EDNews.net-ə bildirib ki, Əliyev Zəngəzur dəhlizi ilə bağlı qəti mövqe ortaya qoymaqdadır: “Prezidentin vaxt istəyi 11 yanvar 2021-ci il Moskva bəyanatına əsaslanır. Moskva bəyanatının 4-cü bəndinə əsasən, üçtərəfli İşçi Qrupu Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyanın açılması qrafikini 1 mart tarixinə qədər hazırlamalı və liderlər tərəfindən təsdiq olunmalı idi. Ermənistanın uzatdığı proses 26 noyabrda Soçi görüşündə şifahi qaydada razılaşdırıldı. İşçi Qrupu Moskva görüşündə texniki məsələlərə yekun vurmalı və imzalar atılmalı idi, lakin İrəvan yenə oyunu pozmağa çalışır Ermənistan rəsmilərinin İşçi Qrupunun razılıq əldə edə bilməməsi ilə bağlı açıqlamalarından iki nəticə çıxır.

Birincisi, qrafiklə bağlı 10 noyabr və 11 yanvar bəyanatlarına istinadən ayrı sənədin imzalanması gündəmdədir. İkincisi, Bakı bu sənədə “dəhliz” ifadəsini daxil etməyi tələb edir. İrəvanın sənədə imza atmaqdan imtina etməsinin də səbəbi budur.

Hərçənd, Soçi görüşündə Putin, Əliyev və Paşinyan bu məsələdə razılaşmışdı. Putinin və Əliyevin açıqlamaları da bu yöndə idi. Paşinyanın Soçidə niyə şifahi razılaşdı, sonra niyə imtina etməyə çalışır sualının bir neçə cavabı var: Birincisi, qrafik, yəni Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizinin açılmasının vaxtı ilə bağlı texniki məsələlərin həlli zərurəti ola bilər: daha doğrusu, Nikol bunu əsas gətirərək, Soçi razılaşmasına qrafikin daxil edilməsinə qarşı çıxıb və məsələ İşçi Qrupunun iclasına saxlanılıb.

İkincisi, Paşinyan dəhlizin daxil ediləcəyi sənədə özü imza atmaq istəmir və məsələni İşçi Qrupuna saxlamaqla müavini Qriqoryanın imzalamasını istəyir: bununla həm tarixi məsuliyyəti bölüşdürmək, həm də daxildə fors-major situasiya yaranacağı təqdirdə, müavinini cəzalandırmaqla vəziyyətdən çıxa bilmək variantını özündə saxlayır.

Üçüncüsü, 15 dekabr Brüssel görüşündən müəyyən dəstək qazanmaq və Avropa masasında Bakıya qarşı üstünlük qazanmaq ehtimalını nəzərə alır. Və Əliyevin xəbərdarlığı bunu deməyə əsas verir: Bakı qrafikin təsdiqlənməsində və həmin sənədə “dəhliz” ifadəsinin daxil edilməsində israrlıdır. Əks təqdirdə, Ermənistan buna məcbur qalacaq. Prezident bu sözləri Ermənistan rəhbərliyi ilə yanaşı, Ermənistan xalqına da ünvanlayıb və bu, erməni əhalisinə baş verə biləcək hadisələrdə günahkarın daxildə axtarılması mesajıdır. Və ən mühüm məqamlardan biri Əliyevin bunu Brüssel görüşündən öncə bəyan etməsidir: Bakı Avropa masasında şərtlərini dəyişdirməyəcək: Brüssel görüşündən sonra Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də məlum olacaq və böyük ehtimala güc ssenarisi aktuallaşa bilər. 

Politoloq Yeganə Hacıyeva EDNews.net-ə açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan, Təhlükəsizlik Şurasının sədri, Ermənistan Prezidenti, Ermənistan Xarici İşlər naziri dəhlizlə bağlı hərəsi bir fikir söyləyir. Ermənistanda lobbi qruplarının ciddi mesajları var. Lobbi elə mövqe irəli sürür ki, növbəti addımlarla bağlı əks təsəvvürlər formalaşır. Ona görə də, bu mövqe Azərbaycanı, Türkiyəni, Rusiyanı, regionda sülh və stabillikdə maraqlı olan tərəflərin hamısını narahat edir.

O qeyd edib ki, Ermənistan tərəfinin hansı mesajı necə səsləndirməsindən asılı olmayaraq kommunikasiyalarla bağlı proses üçtərəfli razılaşmadan irəli gələn yol xəritəsi üzrə getməlidir və bu kommunikasiyalar açılmalıdır: “Nikol Paşinyan hakimiyyəti üçtərəfli razılaşmanın bəndlərini yerinə yetirməlidir. Bu, Prezidentin də dediyi kimi qismən zaman ala bilər. Amma razılaşmanın yerinə yetirilməməsi Paşinyan üçün çox pis nəticələrə səbəb ola bilər.

Fikrimcə, Ermənistan tərəfinin bu prosesdən imtina etməsilə bağlı ssenari ağlabatan deyil və bu ssenarini qəbul etmirəm. Çünki Ermənistanın bunu həyata keçirəcək resursu yoxdur”.

Politoloqun sözlərinə görə, əgər kommunikasiyalar açılmayacaqsa, bu o deməkdir ki, üçtərəfli razılaşma tam şəkildə həyata keçmir: “Belə olan halda digər bəndlər də sual altındadır. Məsələn, kommunikasiyalar açılmırsa, bu kommunikasiyaları təmin edən Rusiyalı sülhməramlıların Azərbaycan torpağında nə işi var? Bu kommunikasiyalar onların öhdəliyidir. Onlar həm də bu addımlara görə bölgəyə yerləşiblər”.  

Yeni hərbi əməliyyatların baş vermək ehtimalından danışarkən o, qeyd edib ki, delimitasiya və demarkasiya prosesi görünən və görünməyən istiqamətdə gedir: “Öhdəlik kimi götürülən kommunikasiyalar açılmalıdır. Əgər dünyada yüz il qabaq Amerika və ya İngiltərə və ya digər ölkələrin götürdüyü öhdəliklərə bu qlobal güclər əməl ediblərsə, Ermənistan da buna əməl etməlidir. Ya əməl edəcək, ya da əməl etməyə məcbur ediləcək, başqa yolu yoxdur”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Hamısı