“Türkiyənin yeni ixracat modeli yaxın 20 il üçün böyük vədlər verir” Türkiyəli şərhçi

Analitika 16:57 04.01.2022

Bir tərəfdən qapanan yollar, digər tərəfdən uğura doğru çıxış yolu...

Milli valyutasının kəskin ucuzlaşması ilə iqtisadi uğursuzluğa doğru yuvarlanacağı proqnozlaşdırılan Türkiyə, ötən ilin ən böyük uğurunu açıqlayıb. Bu, iqtisadiyyatda təkcə qiymətli kağızdan asılılığın deyil, həm də böyük zəhmət sayəsində güclənmdirilməsinin bir metod olduğunu göstərir. 

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin xarici ticarət göstəriciləri haqqında açıqlama verib. Ölkə başçısı açıqlamasında həm də Türkiyənin 2021-ci ildəki ümumi ixracatının əvvəlki illə müqayisədə 32,9 faiz artaraq 225 milyard 368 milyon dolları keçdiyini deyib. Prezident Ərdoğan bu göstəricinin Türkiyə tarixində bir ilk olduğunu vurğulayıb. 

Bundan başqa, Ərdoğan ilin sonu üçün Türkiyənin ixracat gəlirlərindən də söz açıb. 

“Hazırda dünya ilə rəqabət aparırıq. Biz ixrac rekordunu qırdıq. 2021-ci ilin sonunda ixracatçılarımızın sayı 101 386-ya yüksəldi. İxrac edilə bilən 75 bölmədən ibarət mallar qrupunda respublika tarixində ən yüksək ixrac dəyərinə çatdıq”, - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan həmçinin ABŞ-ı misal çəkərək ölkəsinin ixrac artımı ilə bağlı bir müqayisəni göstərib. O, qeyd edib ki, Türkiyə də belə bir artıma nail olaraq Cənubi Amerikaya 86,6%, Aİ-dən kənar Avropa ölkələrinə 29%, Yaxın Şərqə 22,6%, Şimali Afrikaya isə 44,8% ixracı artırıb.

Ölkə prezidenti bununla yanaşı, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Türkiyədə ötən ilin oktyabr ayında 2 milyondan çox iş yerinin açıldığını əlavə edib. R.T.Ərdoğan həm də 2022-ci il üçün ixrac hədəfinin 250 milyard dollar olduğunu da qeyd edib. 

Qeyd edək ki, bundan əvvəlki açıqlamalarda ölkə başçısı Türkiyənin Çin modelindən istifadə edərək istehsal və ixracatın ən gəlirli bir vasitəyə çevirələciyindən bəhs etmişdi. Lakin bəzi iqtisadçılar bu addımın uğurlu olduğunu təsdiq etsələr də, Türkiyənin bunun üçün daxili resurslara ehtiyacının olduğunu əlavə edirlər. 

Bəs görəsən Türkiyə yeni tətbiq etdiyi ixrac modeli ilə uğura doğru irəliləməkdə nə qədər davam edə bilər? Ümumiyyətlə bu plan sonda Türkiyəni iqtisadi böhrandan uzun müddət olaraq ağ günə çıxara biləcəkmi?   

Mövzu ilə bağlı EDNews.net türkiyəli şərhçi Göktuğ Çalışqanın fikirlərini öyrənib. 

“Əslində bu modelin uğurlu olduğunu bilmək üçün ilk öncə son açıqlanan gəlir rəqəmlərinə baxmaq lazımdır. Hesab edirəm ilkin olaraq qısa zaman ərzində iqtisadi gəlirlər xeyli artacaq. 

Tətbiq olunan bu model həm də idxal və ixrac arasındakı fərqi aradan qaldırmağa kömək edir və bu minvalla ölkənin gəlirlərinin artması daha da sürətlənir. Yaxın zaman perspektivindən yanaşdıqda bu modelin uğurlu olduğunu demək olar. 

Bu planın gələcəkdə uzunmüddətli olub-olmayacağına gəlincə, onu deyə bilərəm ki, sürətli artan gəlirlər yaxın 20 il üçün böyük vədlər verə bilir. Türkiyənin 2023-cü il hədəflərini də unutmaq olmaz. Qarşıda dövlətin daha böyük planları var. Həm də qeyd etməliyəm ki, ölkə hər zaman qiymətli kağızdan asılı qala bilməz. Bütün olanlar bizim üçün bir dərsdir. Daha güclü ölkə iqtisadiyyatı üçün daha çox istehsala və ixracata gücü yönəltmək gərəkir. Aydındır ki, Türkiyənin bunu tətbiq etmək üçün hazırda 100% imkanları yoxdur. Lakin qeyd etdiyim ki, 2023-cü ildən sonra Türkiyə üçün xüsusilə xammal istehsalında daha böyük imkanlar yarana biləcək”. 

Elnur Ənvəroğlu 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı