Moskva heç bir xarici qüvvəni öz “arxa bağçasında” güclənməsinə imkan verməyə bilər Ekspert

Analitika 17:23 11.01.2022

“Rusiya heç bir zaman Qərb dövlətlərinin öz arxa bağçasında möhkəmlənməsinə imkan verməyəcək”. Bu sözləri EDNews.net-ə politoloq Mətin Məmmədli KTMT-nin iclasında Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun çıxışlarını şərh edərkən bildirib.

Qeyd edək ki, yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına üzv olan dövlətlərin iclası keçirilib. İclasda müzakirə olunan əsas məsələ Qazaxıstanda baş vermiş proseslər və hazırkı vəziyyət ilə bağlı olub.

İclas zamanı Rusiya və Belarus rəhbərləri post-sovet məkanı ilə bağlı xüsusi diqqət çəkən açıqlamalar veriblər.

Prezident Aleksandır Lukaşenko çıxışında Özbəkistana toxunub. O, qeyd edib ki, Qazaxıstanda baş vermiş hadisələr Özbəkistanda da gözlənilə bilər. Bu kimi halların qarşısının alınması üçün Özbəkistanın yenidən KTMT-yə qoşulmasının vacibliyini qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin isə KTMT-nin post-sovet məkanında rəngli inqilablar və növbəti qarşıdurmaların baş verməsinə imkan verməyəcəyini bildirib: “KTMT xətti ilə görülən tədbirlər aydın olaraq göstərdi ki, biz evimizdə vəziyyəti qarışdırmağa və rəngli inqilablar adlanan ssenarilərin həyata keçirməyə imkan verməyəcəyik”.

Lukaşenkonun və Putinin çıxışları post-sovet məkanında hal-hazırda gedən proseslər üçün nə dərəcədə xüsusi əhəmiyyət daşıyır? Putinin post-sovet məkanı ilə bağlı ifadələri nəyi işarə edir?

Məsələ ilə bağlı açıqlama verən politoloq Mətin Məmmədli qeyd edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin dilindən çıxır edir. O, Rusiyanın post-sovet ölkələri üzərində siyasi nüfuzunu dəstəkləyir.

Regiona “qayıdan” Minsk Qrupu – Sülhə töhfə, yoxsa uzadılan vaxt

“Lukaşenkonun KTMT-nin iclasında Özbəkistanın adını çəkməsi diqqət çəkən bir məqamdır. Belarus lideri deyir ki, Qazaxıstanda baş vermiş qanlı qarşıdurmalar və nümayişlər Özbəkistanda da həyata keçirilə bilər. Onun bu çıxışı bir sıra ekspertlər tərəfindən maraqla və təəccüblə qarşılanıb. Hesab edirəm ki, son zamanlar Lukaşenko Putinin qeyri-rəsmi sözçüsü kimi çıxış edir. Bu yaxınlarda Lukaşenko yeni ittifaqın yaradıcılığı ilə bağlı açıqlama vermişdi. O, Özbəkistanın adını qeyd etməklə, Rusiya dövlətinin marağını ifadə edib. Özbəkistana Rusiyanın mesajlarını çatıdırır”.

“Özbəkistan Rusiyanın Mərkəzi Asiya siyasətində olduqca önəmli bir ölkədir. Bu regionda geostrateji cəhətdən iki vacib ölkə var. Biri Qazaxıstandır, digəri isə Özbəkistandır. Bu iki ölkə ərazisinə, əhalisinin sayına və təbii resurslarına görə aparıcı dövlətlərdir. Özbəkistan vaxtilə KTMT-nin üzvü olub. Rusiyanın marağındadır ki, bu ölkə yenidən özünün rəhbərlik etdiyi hərbi təşkilata qayıtsın”, – deyə o, əlavə edib.   

Politoloq Özbəkistanda dağıdıcı proseslərin baş vermə ehtimalını da dilə gətirib: “Son zamanlar post-sovet məkanında gözlənilməz hadisələr baş verir. Bu hadisələrin zəncirvari davam edərək Özbəkistanın da başına gəlməsi mümkündür.  Yaxın gələcəkdə post-sovet məkanında  gözləmədiyimiz hadisələr baş verə bilər”.

Mətin Məmmədli Prezident Putinin post-sovet ölkələri ilə bağlı çıxışını təəccüblə qarşılamadığını qeyd edib. O qeyd edib ki, Moskva post-sovet məkanı Rusiyanın “arxa bağçası” hesab edir.

“Rusiya Prezidenti Vladimir Putinin post-sovet məkanı ilə bağlı açıqlaması yeni deyil, hesab edirəm ki, bunu normal qarşılamaq lazımdır. İstər Mərkəzi Asiya, istər Xəzər hövzəsi, istərsə də Cənubi Qafqaz Rusiyanın arxa bağçası hesab olunur. Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiya bu regionlarda siyasi, hərbi və iqtisadi cəhətdən möhkəmlənməyə çalışır. Bu regionlar Rusiyanın xarici siyasət və milli təhlükəsizlik doktrinalarında mühüm yer tutur. 

Rusiya heç bir zaman ABŞ və Avropa ölkələrinin Cənubi Qafqaz və Mərkəzi Asiyada güclənməsinə imkan verə bilməz. Buna imkan verməyəcək də”.

Politoloq Kremlin son aylarda bu regionlarla bağlı öz niyyətini açıq şəkildə büruzə verdiyini vurğulayıb: “Moskvanın NATO, ABŞ və Avropa İttifaqına təqdim etdiyi təhlükəsizlik zəmanətlərində Rusiyanın post-sovet məkanında yeganə siyasi və hərbi güc olduğunu görürük. Rusiya Qərb dövlətlərinə açıq şəkildə deyir ki, post-sovet ölkələri yalnız mənim siyasi və iqtisadi nüfuzuma daxildir”.  

“NATO-nun şərqə doğru genişlənməsi və alyansın post-sovet ölkələrində hərbi varlığı Rusiya üçün qəbuledilməzdir. Biz bunu Ukraynada görürük. Kreml bundan sonra da Cənubi Qafqaz və Mərkəzi Asiyada öz mövqeyini daha da artıracaq. Bu isə regionda yerləşən dövlətlərin müstəqilliyinə və suverenliyinə təhdidlər yaradır. Onsuz da bəzi post-sovet ölkələrində etno-siyasi və ərazi münaqişələri, siyasi və sosial-iqtisadi problemləri mövcuddur. Moskva bu münaqişələr və problemlər üzərindən regional dövlətlərə təzyiqini davam etdirəcək”.

Yunis Abdullayev

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Hamısı