Azərbaycan düşmən təxribatına İsrailsayağı ilə cavab verir Tofiq Zülfüqarov

Analitika 16:00 12.01.2022

Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutub. Ermənistan ordusunun təxribat xarakterli hücumu nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusu şəhid olub.

Azərbaycan ordusunun hərbi birlikləri dərhal düşmən qüvvələrinə ağır zərbə endirib. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ciddi itki verərək, geri çəkilməyə məcbur olub.

Maraqlıdır ki, bu toqquşmadan bir gün əvvəl erməni tərəfi təbliğat maşınını işə salaraq, Azərbaycan tərəfinin Qarabağ ərazisində ermənilərə atəş açdığı barədə məlumat yaymışdı. Toqquşma baş verən gün isə Ermənistan Müdafiə nazirinin müavini açıqlama verərək, hər an gərginlik yaşana biləcəyini söyləmişdi.

Maraqlıdır, Ermənistan hal-hazırda Azərbaycanla sərhəddə belə təxribatlara əl atmaqla hansı məqsədləri güdə bilər?

Məsələ ilə əlaqədar EDNews-net-ə açıqlama verən siyasi ekspert və sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan ordusunun bu kimi təxribatlarının arxasında üç əsas məqam dayana bilər.

“Birinci məqam ondan ibarətdir ki, Ermənistan ordusunda bəzi orta və ya aşağı səviyyəli hərbçilər vəziyyəti gərginləşdirmək üçün təxribatlara əl atırlar. Biz bilirik ki, Ermənistanın özündə bir neçə mərkəz var və ölkədə onların dayaqları çox güclüdür. Həmin hərbiçilər də bu mərkəzlər tərəfindən idarə olunur. Hərbiçilər onların təşəbbüsü altında hərəkət edirlər. Eləcədə Ermənistan və Azərbaycan ordusunun postları arasında məsafə o qədər də uzaq deyil”.  

Politoloq Ermənistanın Qazaxıstanda baş verən hadisələrdən öz maraqları üçün istifadə etməyə çalışdığını da bildirib: “Ermənistan hakimiyyəti nəyəsə nail olmaq üçün Qazaxıstanda gedən proseslərdən istifadə eləmək niyyətindədir. Onlar çalışırlar ki, Azərbaycanla sərhəddə üçüncü dövlətinin hərbi qüvvələrini cəmləşdirsinlər. Və bunun vasitəsilə özlərinin təhlükəsizliyi təmin olunsun. KTMT-nin Qazaxıstana girməsi onlarda buna ümid yaradıb. Ona görə ki Azərbaycan ordusunun imkanlarından qorxurlar və ehtiyat edirlər”.    

Tofiq Zülfüqarov üçüncü məqamın təbii şəraitlə bağlı olduğunu nəzərə çatdırıb: “Biz bilirik ki, Kəlbəcərdə mövsümlə əlaqədar vəziyyət o qədər də yaxşı deyil. Bu bölgədə çətin iqlim və hava şəraitinin ağırlığı səbəbindən Azərbaycan ordusunun hərbi birlikləri arasında kommunikasiyalarda problemlər yaşanır. Belə olan halda Ermənistan hərbiçiləri Azərbaycan ordusunun imkanlarını yoxlamağa çalışırlar. Əlbəttə, bunu təxribatlar yolu ilə edirlər. Ancaq Azərbaycan ordusu bu təxribatların qarşısında ayıqdır. Ordumuz İsrailsayağı düşmənin təxribatlarına adekvat cavab verir. Nəticədə bir hərbiçimizin şəhid olmasına qarşılıq Ermənistan ordusu üç-beş qat itki verir. Bu taktika düşmənin təxribata meylliyini azaltmaq üçün ən yaxşı vasitədir”.

Yunis Abdullayev 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı