Rusiya Türkiyənin Türk Birliyi sevdasına heç isti baxmır Ramiyə Məmmədova

Analitika 12:27 14.01.2022

Qazaxıstanda baş verən hadisələr günün ən böyük müzakirə mövzusudur. Rusiyanın yenidən SSRİ-ni yaratmaq sevdası, Rusiyanın regionda getdikcə gücünü bərpa etməsi, KTMT-nin “imicinin yenidən formalaşdıraraq” gücləndirilməsi, Türkiyə Dövlətləri Təşkilatının imicinə zərbə vurulması və onun fəaliyyətinin sıfıra barəbər olması, Türkiyənin Qazaxıstana dəstək verməməsi və s. məsələlərlə bağlı bütün dünya mediasında müzakirələr bitmir.

Rusiyanın SSRİ dağıldıqdan sonra bu nəhəng gücü yenidən bərpa etməsi və buna uyğun hər cür siyasətin və oyunların aparılması, Rusiyanın tanınmış siyasətçilərinin, partiyalarının, aparıcılarının hətta bloqerlərinin belə bu yöndə işlədiyini bilirik. Yeni xəbər deyil. Bu nəhəng gücü itirmək, onu yenidən hər yolla bərpa etməmək, özünün bir addımlığında, bir zamanlar əlinin altındakı dövlətlərin onun düşmənlərinə qapı açanlara dərs verməmək axmaqlıq olardı. Yəni Rusiya heç də yeni və ondan gözlənilməyən bir hərəkət etmir, o hər zamankı kimi öz ampulasındadır. Türkiyənin son zamanlarda Qafqaz və Asiya regionunda bu qədər genişmiqyaslı hərəkətə keçməsindən sonra, Turqut Özalın isə zamanında Türk Dövlətləri Birliyinin vacibliyini ortaya qoymasından sonra Ərdoğanın bu Birliyi bugünkü şərtlərlə ən yüksək səviyyəyə gətirməsi, bu dövlətlərinin gələcəkdə böyük quruluşa, Turan bərabərliyinə çevrilməsini gözlədikdə niyəsə Türkiyə Qazaxıstandakı, Türk Birliyinin ən vacib ölkəsində baş verən hadisələrə çox gec reaksiya verməsi az suallar doğurmadı. Türkiyənin bu məsələyə hansı prizmadan baxması da maraqlıdır. Çünki Türkiyə Rusiya ilə son zamanlarda çox “kəllə-kəllə”yə gəldi. Suriyadan, Liviyadan, İraqdakı əməliyyatlardan başlayaraq Qarabağdakı 44 günlük savaşdakı qalibiyyətə, Şuşa bəyannaməsinə qədər. Lakin bu “kəllə-kəlləyə” gəlmə hər dəfəsində iki rəhbər tərəfindən danışılaraq normallaşdırmaya nail olunur və danışıq masasında razılığa gəlinir. Lakin, Rusiya Türkiyənin Türk Birliyi sevdasına heç isti baxmır, nəzərə alsaq ki, Rusiyanın torpaqlarında bir çox türk kökənli millətlər var və keçmiş SSRİ-nin bir cox dövlətləri türkdili və türk kökənlidir. Beləliklə Türk Birliyi Türkiyə və Azərbaycan bərabərliyindən addım-addım Asiyaya da yaxınlaşmağa başladı. Rusiya siqnalı aldı və hərəkətə keçdi. Bir tərəfdən NATO-ya və Qərbə verdiyi ismarıclar (Ukrayna, Gürcüstan, Belarus), digər tərəfdən isə Türkiyə və Türk Birliyi. Rusiyanın hərəkət və güc çərçivəsi daralmaya başladıqca Rusiya ismarıclardan real hərəkətə keçdi və nəticə Belarusla Rusiya Slavyan Birliyində birləşdi, Qazaxıstanda qan töküldü, türk milliyyətçisi Nazarbayev “devrildi”, öz adamı olan Tokayev hakimiyyətdə qalaraq Rusiyaya çalışmağa davam etməklə Türk Dövlətləri Təşkilatı başda Türkiyə olmaqla “sarsıldı”. Bəs bu həqiqətənmi belədir?! 

1.Türkiyə Birliyi KTMT-dən fərqli olaraq siyasi bir quruluşdur. Onun ordusu olmadığı kimi dövlətlər arasında hərbi saziş yoxdur. 

2. Türkiyə Asiya qitəsini Rusiya kimi tanımır və onun siyasətinə Rusiya kimi hakim, nə də təsir imkanları var.

3. Seçim Qazaxıstanın özünə məxsusdur, o da Rusiyanı və onun təşkilatı KTMT-ni seçdi (bunu bir çoxları Türkiyə Birliyinə satqınlığı kimi də dəyərləndirir və bu Birliyin gələcəyini sual altına qoyur). 

4. Türkiyə və Rusiya ikisi də bir-birinin yürütdüyü siyasəti çox gözəl anlayır və bu sahədə bir-birinə hardasa güzəştə gedir (əslində burda Osmanlı ideyasının və Çar Rusiyası ideyasının mövcudluğu).

5. Türkiyə Suriyada Bəşər Əsədi devirməyə çalışdığı halda Rusiya onu qorudu və Suriya hakimiyyəti ilə hələ də münasibətlər normallaşmadı, bu vəziyyətin Qazaxıstanda təkrarlanmaması üçün Tokayevi dəstəkləyərək özünün siyasətini və bu ölkədəki simasını qorudu.  

6. Post-Sovet Türk dövlətləri anladılar ki, digər güclərə qarşı hərbi qüvvələrini yenidən formalaşdırması və yeniləməsi üçün Türkiyədən bəhrələnmələrinin zəruriyyəti yarandı (Azərbaycanda olduğu kimi).

Əslində Türkiyənin də çətin siyasi quruluşa sahib olan ölkə olduğunu bilirik. Burda həm avtokrat həm də demokratiya mövcudluğu var. Türkiyənin başqa dövlətlərlə bağlı verdiyi bir çox qərarlar Məclisdə müzakirəyə çıxarılır və mütləq şəkildə razılaşdırılır. Onun üçün Türkiyənin nə qədər sərbəst siyasət yürütsə də dünya siyasətinə və yazılan və yazılmayan qanunlara uyması zəruriyyəti bəzən yaranır. Lakin Türk Birliyinin ən böyük gələcək şansı hər zaman dediyim kimi Ərdoğan siyasətinə bağlıdır, yəni Türkiyə siyasəti kursu dəyişmədən Türk gücünü bərqərar etmək vacibdir.

Ramiyə Məmmədova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı