Moskva Bəyannaməsinə deputatdan ŞƏRH

Analitika 13:29 23.02.2022
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Regionda son zamanlar formalaşan yeni düzən və xüsusən də dünyanın fərqli qütbləri arasındakı münasibətlərin heç də xoş olmaması Azərbaycanın öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasətinin şaxələndirilməsini daha da aktuallaşdırır.
 
Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub. Bu sənəd iki qardaş ölkələr arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. 
 
Azərbaycan türk dovlətləri ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Türk dövlətlərini birləşdirən şuranın 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə verdiyi önəmi bir daha təsdiq edir. Bu baxımdan, hər hansı digər ölkələr ilə bağlanan anlaşmalar Azərbaycanın türk dövlətləri ilə münasibətlərinə hər hansı xələl gətirə bilməz. 
 
Məhz çoxşaxəli xarici siyasətin istiqamətlərindən biri də ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşməsidir. Gələn ay Bakıda Azərbaycan ilə İttifaq arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi və 2022-ci ildə ikitərəfli sazişin imzalamasının gözlənilməsi də bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Türkiyə və Rusiya ilə müttəfiqlik edərək Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanmasının nəzərdə tutulması çoxşaxəli xarici siyasətin nəticəsində mümkün ola bilərdi.
 
Azərbaycanın 44 günlük Vətən Savaşında əldə etdiyi zəfərdən sonra regionda formalaşan yeni düzən kontekstində hərbi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi olduqca vacibdir. Yeni bəyannamə də məhz bu məqsədə xidmət edir.
 
Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərərk münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir. Bunun indiki sürətlə dəyişən regionda necə vacib olduğunu təsəvvür etmək çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdı. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.
 
Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur Dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşmasına yeni dəstəkdir. 
 
Ən əsası, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsindən sonra artıq Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən öz maraqları üçün faydalana bilməyəcək. 
 
Regionda baş verənlər kontesktində xüsusən vurğulamaq lazımdır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeni qısa müddət öncə Azərbaycan Prezidenti Kievə səfəri zamanı bir daha bəyan etmişdir.
 
Bütövlükdə, bu gün Moskvada imzalanan sənəd Azərbaycanın Türkiyə və digər türk dovlətləri ilə münasibətlərinə hər hansı xələl gətirməmək, əkinsə həmin əlaqələrin daha da güclənməsi fonunda dünyada bütün güc mərkəzləri ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaqla ölkəmizin milli təhlükəsizliyinin qorunmasını baxımdan vacib idi.
 
Millət vəkili Vüqar Bayramov
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Hamısı