“Rusiyanın yaxında yeni hücumu gözlənilir” Ukraynalı politoloq Mikola Zamikuladan ÖZƏL AÇIQLAMA

Analitika 14:49 12.05.2022

Rusiya Federasiyası Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı nəzarətə alınan Ukraynanın cənub ərazilərinin Rusiya torpaqlarına çevriləcəyi artıq öz təsdiqini tapmağa başlayıb. Hətta bu fikri özünü elan etmiş Krımın "prezident" yanında daimi nümayəndəsi, Krım hökumətinin baş nazirinin müavini Georgi Muradov deyib. 

Qeyd edək ki, müharibənin ikinci fazasına keçid alan Rusiya hücum taktikasını dəyişərək Ukryananın cənub-şərq rayonlarına doğru mövqelərini möhkəmləndirib. Hadisələrlə bağlı Ednews-a açıqlama verən ukraynalı siyasi ekspert, Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Mikola Zamikulaya bildirib ki, Rusiya artıq bu ssenarini 2014-cü ildən oynamağa başlayıb.  

“Bunu əminliklə deyə bilərəm ki, Rusiyanın 2014-cü ildə müvəqqəti işğal olunmuş Krım ərazilərində artıq həyata keçirilən ssenariyə hazırlaşdığına dair sübutlar var. Rusiya qüvvələri qeyri-qanuni hərbi əməliyyata, o cümlədən Xerson və hazırda işğal altında olan Zaporojjiya rayonlarının bir hissəsində qanunsuz “referendum” keçirməyə hazırlaşır. Bu ərazilər Rusiya üçün böyük əhəmiyyət kəsb edir, çünki Rusiyanın Krıma gedən quru yolu həmin ərazi üzərindən keçir və Rusiya oranı öz nəzarəti altına almaq istəyir. 

Ola bilsin ki, Rusiya hakimiyyəti ilkin mərhələdə bu bölgələrin ilhaqını planında nəzərdə tutmayıb. Lakin ümumi işğal planı demokratik yolla seçilmiş Ukrayna hökumətini devirmək və Kiyevdə marionet rejim qurmaq olub. Belə bir ssenaridə Rusiya de-yure ilhaq etmədən Ukrayna ərazilərinin əksəriyyətinə faktiki nəzarəti əldə edə bilər. Lakin bunun daim olması qeyri-mümkündür. Ukrayna cəmiyyətinin təcavüzə qarşı mübarizədə birləşdiyi şəraitdə və Rusiya hərbi qüvvələrinin məhdudlaşdığı bir məqamda, Ukraynanın cənub ərazilərinin Rusiya tərkibində qalması yalnız şərti və müvəqqəti ola bilər”.

Ekspert M.Zamikula Rusiyanın işğalçı hücumunun məqsədinə də toxunub. O qeyd edib ki, Kreml hazırki vəziyyəti ilə barışaraq cənub ərazilərə çəkilib, əks halda onun məqsədi Ukraynanın bütünlükdə müstəqilliyinə xələl gətirməkdir.

“Unutmamalıyıq ki, Rusiya təcavüzünün məqsədi təkcə Ukraynanın bəzi hissələrinə nəzarət etmək deyil (hətta bu ərazilər strateji əhəmiyyətli olsa belə). Rusiyanın apardığı işğalçı müharibə Ukraynanı müstəqil dövlət kimi məhv etmək məqsədi daşıyır. Bu bir faktdır ki, Putin rejimi Ukrayna xalqının varlığını və onun müstəqil dövlətçilik hüququnu tanımır. Onun bütün ritorikası və hərəkətləri göstərdi ki, Kreml Ukraynanı öz ovucunda görmək istəyir. Bizim üçün bu müharibə, Ukrayna dövlətinin və millətinin yaşaması üçün mübarizə deməkdir”. 

Politoloq müharibənin bir müddət dayandırılacağını da deyib. 

“Rusiyanın işğal istiqamətindəki ambisiyaları yalnız hərbi müqavimətlə məhdudlaşa bilər. İşğal olunan ərazilər müqabilində Ukraynanın hansısa güzəştə getmək fikri sual altındadır. Bundan əlavə, Cəbhədə hərbi uğursuzluqla üzləşən Rusiya bir müddət, Xerson və Zaporojji vilayətlərini zəbt etməklə kifayətlənərək hərbi əməliyyatları dayandıra bilər. Lakin bu, Rusiyanın Ukraynaya qarşı yeni hücumunun mövbəti raundu öncəsi yalnız müvəqqəti fasilə ilə nəticələnə bilər. Müharibənin yeni raundu bir neçə ildən, hətta bir neçə aydan sonra yenidən baş verməsi gözləniləndir. Hətta belə bir ssenari gözləniləndir, çünki Rusiya hərbi komandirləri Ukraynanın bütünlükdə cənubuna (o cümlədən Odessa və Nikolayev vilayətlərinə) nəzarəti ələ keçirmək iradəsini ifadə edir və Dnestryanı bölgə üzərində Moldovanı hədələyir”.

Mikola Zamikula nəticə etibarı ilə Ukraynanın da mövqeyi barədə söz açıb. O, hökumətin işğalda olan ərazilərin aqibəti ilə barışıb-barışmayacağı və son qərar olaraq atacağı addımlara toxunub. 

“Ukraynanın bir hissəsi de-fakto işğal altında olsa da, Ukraynanı daha çox maraqlandıran məsələ işğal altında əzab çəkən xalqın aqibətidir. Ukraynalıların bu sırada mövqeyi də bəllidir, onlar öz maraqları naminə qarşı tərəflə heç bir razılığa gəlməyəcəklər. Bu həm də prezident Volodimir Zelenskinin qəti mövqeyidir. Biz görürük ki, Rusiya qanunsuz olaraq bizim ərazilərimizdə qondarma referendum keçirirlər. Bu Ukrayna və ukraynalılara qarşı açıq haqsızlıqdır və bu qəbul edilməzdir”.

Elnur Ənvəroğlu 

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
Hamısı