“Azərbaycan Cümhuriyyət xəritələrini masa üzərinə qoya bilər” İlqar Vəlizadə sərhədlərin bölgüsündən DANIŞDI

Analitika 09:00 26.05.2022
 “Düşünmürəm ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan məsələsində Fransanın diktəsi ilə hərəkət edir. Avropa İttifaqı rəhbərliyi bu məsələdə yalnız öz maraqlarını güdür”.   
 
Bu sözləri politoloq İlqar Vəlizadə Brüssel görüşünün nəticələri, Qarabağda son vəziyyət, Rusiya və Qərbin regionda geosiyasi maraqları barədə danışarkən bildirib.  Politoloq Ednews - a açıqlama zamanı qeyd edib ki, Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması Avropa İttifaqının maraqlarına xidmət edir, çünki bu regionda Avropa ölkələrinin şirkətləri fəaliyyət göstərir və layihələri həyata keçirilir. 
 
O, hesab edir ki, Aİ-nın  vasitəçilik missiyası ilə Ermənistan və Azərbaycan arasında hər hansı problemin həll edilməsi onun regionda siyasi və iqtisadi nüfuzunu daha da artırır. 
 
Mayın 22-də Brüsseldə Aİ-ın lideri Şarl Mişelin iştirakı ilə təşkil olunan üçtərəfli görüşdə sərhəd məsələsi ilə bağlı qarşılıqlı razılaşmalara toxunan İlqar Vəlizadə qeyd edib ki, sərhəd məsələsi ilə bağlı gələcək görüşlərdə erməni və Azərbaycan rəsmiləri kartoqrafik  xəritələrdən müzakirə predmenti kimi istifadə edə bilər. 
 
“Bildiyimiz kimi, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan tərəfindən hər iki dövlətin sərhəd komissiyalarının tərkib hissəsi təsdiq olunub və hər iki komissiya yaxın gələcəkdə mütəmadi görüşlər keçirməkdə qərarlıdırlar.  Bununla belə, hər iki dövlətin nümayindələri  delimitasiya müzakirələri  zamanı sovet dövründə tərtib edilən xəritələrən istifadə etməyə çalışacaqlar. Belə desək, danışıqlarda Azərbaycan SSRİ və Ermənistan SSR  - in sərhədlərini əks etdirən kartoqrafik  xəritələri xüsusi diqqətə almaq labüdlüyü yaranacaq. Rusiyanın Baş Qərargah İdarəsində bütün bu lazımi xəritələr var. Bir məsələni də diqqətə çatdırım ki, Ermənistan tərəfinin ölkəmizə qarşı ərazi iddialarının davam etdiyi təqdirdə, Azərbaycan buna qarşılıq Xalq Cümhuriyyətin sərhədlərini əks etdirən xəritələri masa üzərinə qoya bilər”.  
 
Zəngəzur məsələsindən söz açan politoloq qeyd edib ki, əgər rəsmi İrəvan  Qarabağın dağlıq hissələrində yaşayan ermənilərə muxtariyyətin verilməsini tələb etməyə cəhd edərsə, onda Azərbaycan da 1988-ci ildə deportasiyaya məruz qalan azərbaycanlıların öz doğma torpağı – Zəngəzura qayıtmasını, eləcədə bu bölgədə onların xüsusi muxtariyyətlə təmin olunmasını danışıqların gündəliyinə salmağa haqqı olacaq. 
 
“Bu kimi məsələlərdə bütün razılaşmalar qarşılıqlı şəkildə olmalıdır.  Biz bu prinsipi əsas tutmaqla Ermənistanı Qarabağla bağlı torpaq və ya dırnaqarası muxtariyyət iddialarından çəkindirə bilərik”.  
 
Rusiyanın və Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi maraqlarına gəlincə isə, İlqar Vəlizadə Moskvanın və Brüsselin hər iki qonşu ölkə arasında münaqişənin yenidən ərsəyə gəlməsində maraqlı olmadıqlarını vurğulayıb.
 
“Şəxsi düşüncəmə görə, həm Brüssel, həm də Moskva Ermənistan və Azərbaycan arasında uzunmüddətli problemlərin çözülməsinə çalışırlar. Əlbəttə, demək olar ki, Moskva bəzi məsələlərin həllində konkret fikirlər ortalığa qoymur, hətta bəzi hallarda Bakı və İrəvanın ortaq məxrəcə gəlməsini də istəmir. Əslində bu Moskvanın xeyrinə deyil. Problemlərin həllinin yubadılması münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər. Hər iki tərəf Ermənistan və
Azərbaycan arasında konstruktiv dialoqun davam etdirlməsinə yardımçı olmalıdır”.  
 
Sonda İlqar Vəlizadə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, o cümlədən bu bölgədə azərbaycanlılar və ermənilərin birgə yaşayışının mümkünlüyü məsələsinə də münasibət bildirib. 
 
“Belə məsələləri nəzərdən keçirməzdən əvvəl ilk növbədə dövlət strukturları və beynəlxalq qurumlar tərəfindən təhlükəsizliklə bağlı müvafiq tədbirlər görülməlidir. Bu istiqamətdə rasional və ciddi işlərin aparılmalısına ehtiyac var.  Eyni zamanda Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan konstitusiyasına və qanunlarına hörmət bəsləməlidir. Bu şərtlərin həyata keçdiyi təqdirdə Qarabağda birgə yaşayışdan söhbət etmək olar”.
 
Yunis Abdullayev 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı