Qaraqalpaq üsyanı hansı siyasi dairələrin oyunudur? Politoloqlardan fərqli MÖVQE

Analitika 17:19 04.07.2022
Özbəkistanın Qaraqalpaq bölgəsində (Qaraqalpaqıstan Muxtar Respublikası) konstitusiya dəyişikliklərinə qarşı etiraz aksiyalarından sonra bölgədə fövqəladə vəziyyət elan olunub. Belə ki, konstitusiyada nəzərdə tutulan dəyişikliklərin görə, sürülən bəzi müddəalar Özbəkistanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikasının ölkədən ayrılmaq hüququnun ləvğ edilməsinə istiqamətlənib. 
 
Etirazçılar bu dəyişikliklər ilə heç vaxt razı olmayacaqlarını və nümayişləri davam etdirəcəklərini bildiriblər. 
 
Bölgədə vəziyyəti sabitləşdirmək üçün Prezident Şövkət Mirziyoyev Qaraqalpaqstan respublikasının statusuna dair konstitusiya dəyişikliklərindən imtina etmək qərarına gəlib.
 
Qaraqalpaqıstanda nümayişlərin başalamasından bəri bir çox siyasi ekspertlər bölgədə baş verən hadisələrin arxasında daxili faktorlarla yanaşı xarici qüvvələrin da durduğunu iddia ediblər. Onların fikrincə, son zamanlar Özbəkistanın regionda müstəqil xarici siyasət yürütməsi, ən əsası rəsmi Daşkəndin Rusiyanın KTMT-yə qoşulmaq çağırışlarına məhəl qoymaması, Rusiyanı qəzəbləndirib.  Məhz bu səbəblərə görə, Moskvanın Özbəkistanda etnik qarşıdurmanın alovlanmasına təkan verməsi barədə iddialar dolaşır. 
 
Politoloq Cümşüd Nuriyev Ednews-açıqlamasında bütün postsovet regionunda siyasi təlatümlərin baş verməsində Rusiyanın kəşfiyyat orqanların mühüm rol  oynadığını hesab edib.
 
Türkiyənin qarşısını kimsə ala bilməyəcək, Ərdoğan Baydenlə...” - Cümşüd  Nuriyev Yeni Sabah
“Şövkət Mirziyoyev ölkə rəhbəri seçiləndən sonra Özbəkistan  türkdilli ölkələr ilə siyasi və iqtisadi əlaqələr, o cümlədən hərbi əməkdaşlıq qurmağa üstünlük verib. Bu da Rusiyanın Orta Asiyada geosiyasi maraqlarına zidd gəlir.  Buna görə də rəsmi Moskva Özbəkistandan narazıdır”. 
 
Politoloqun sözlərinə görə, Özbəkistanın məhz Qaraqalpaq bölgəsinin seçilməsi heç də  təsadüfü ola bilməz.  
 
“Bu bölgə Özbəkistanın 40 %-ni təşkil edir, ölkənin ən mühüm istehsala malik olan ərazisidir.  Daşkənd məcburdur ki, bölgədən baş verən təxribatların qarşısını alsın, yoxsa tez bir zamanda siyasi böhrana yuvarlana bilər.  Buna görə də Prezident Şövkət Mirziyoyev Nikusa gəldi və Qaraqalpaq ilə bağlı konstitusiya dəyişikliklərində yeni maddənin irəli sürülməyəcəyini bəyan etdi. Bu addım Özbəkistanın siyasi cəhətdən nəfəs almasına imkan verəcək”. 
 
Zərdüşt Əlizadə: 2-3 günə Bakının Moskva ilə sövdələşmə edib-etmədiyi məlum  olacaq - MEYDAN.TV
Məsələyə fərqli münasibət bildirən siyasi analitik Zərdüşt Əlizadə Qaraqalpaq hadisələrinin arxasında Rusiyanın olması ilə bağlı iddiaları əsassız hesab edib. 
 
“Əgər hər şey sakit və normal idisə, Mirziyoyevi nə vadar edirdi ki, Qaraqalpaq xalqının hüquqlarının məhdudlaşdırılmasına göstəriş versin. Məgər o, bilmirdi ki, hər hansı xalqın hüquqlarını məhdudlaşdırmağa çalışan da, onlar bundan narazı olacaqlar.  Bunu Rusiya edib? Moskva Mirziyoyevə deyib ki, Qaraqalpaqların konstitusiya hüquqlarını aradan qaldır? Əlbəttə ki, yox. Bu qərarı Mirziyoyev rəhbərliyinin özü verib. Bəlkə, o, düşünür ki, bu addımı atmaqla onlar üçün daha yaxşı olar. Ola bilər ki, Özbəkistan rəhbərliyi Qaraqalpaqların konstitusiya hüququndan nə vaxt sui-istifadə etməsindən ehtiyatlasın. Belə olan təqdirdə Qaraqalpaq xalqının rifahının və sosial güzarının yaxşılaşmasına çalışsınlar. Amma bunun əvəzində onlar xalqın hüquqlarını məhdudlaşdırırlar. Bu da ölkədə siyasi böhranın yaranmasına gətirib çıxarır. Mənim fikrimcə, burada qəti Rusiyanın rolu yoxdur”. 
Fikrət Sadıqov: Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir -
 
Siyasi şərhçi Fikrət Sadıqovun fikirlərinə görə, Özbəkistanın tam müstəqil siyasət yürütməsi bəzi böyük qüvvələri qıcıqlandırmaya bilməz. 
 
“Özbəkistan son zamanlar Türk Dövləti Təşkilatı  çərçivəsində genişmiqyaslı  diplomatik fəaliyyət göstərir,  xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri daha da inkişaf etdirir. Təbii ki, bütün bunlar xarici qüvvələri narahat edən amillərdir. Burada Rusiyanın müəyyən dairələri də ola bilər. Gördüyümüz kimi, Rusiya MDB məkanında dominant rolunu möhkəmləndirmək üçün əlindən gələni edir. Ukrayna burada qabarıq şəkildə görünən bir misaldır. Qaraqalpaq hadisələri rəsmi Daşkəndə bir ismarişdir, bir mesajdır. Amma düşünmürəm ki, Özbəkistan seçdiyi yoldan geri qayıtsın. Bu ölkənin öz maraqları,  xarici siyasət istiqamətləri var. Özbəkistanın rəhbərliyi başqa siyasi qüvvələrin nəzarəti altında olmağa heç vaxt razı olmayacaq”.
 
Yunis Abdullayev
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı