"Proseslər tamamilə Azərbaycan ordusunun tam nəzarəti altında həyata keçirilir" Hərbi ekspertdən AÇIQLAMA

Analitika 13:45 03.08.2022

Rus sülhməramlılarının işğaldan azad edilən Qarabağ ərazilərindəki yarıtmaz fəaliyyəti artıq nəinki, Azərbaycan hökumətini hətta onlardan mədət uman erməni terrorçularını da narazı salıb. Araik Harutunyanın başçılığı altında Qarabağdakı qanunsuz yerləşmələri ilə Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə çalışan separatçı terrorçu qruplaşmalar indi də, öz hərbi güclərinin yoxluğu ucbatından sülhməramlıların adından istifadə etməyə başlayıb. 

Ermənistanın bəzi müxalif yönümlü siyasi tərəfləri ötən gün rus sülhməramlılarının adından bəyanatlar səsləndirib. Tevos Arkaşyan adlı erməni siyasi şərhçi “Qarabağdan erməni silahlıların çıxarılması prossesini elə rus sülhməramlılar aparacaq,”- deyə fikir səsləndirib. Erməni siyasətçinin dediyinə görə, guya bunun üçün Rusiya tərəfi xüsusi əməliyyat keçirərək Qarabağı erməni silahlılardan tam azad edəcək. Onun fikrincə artıq təsdiqlənmiş razılaşmalara əsasən, ruslar bu ərazilərin təhlükəsizliyini tam təmin etməlidir. 

Ermənistanın bu cür “şüvən” bəyanatı açıq – aşkar özlərinin gücü çatmadığı bir işin Rusiya sülhməramlı dəstələrinin adından etməyə çalışdığını göstərir. Halbuki, istənilən tərəf bu torpaqların Azərbaycanın tam hüquqi ərazisi olduğunu və orada sülhü pozacaq hər hansı bir hadisəyə görə Azərbaycan ordusunun bunu təkbaşına həll etmək hüququnun olduğunu unutmamalıdır. Bir halda ki, Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfdən dəfələrlə atəşkəsin pozulduğunu bildirirsə də, hələ də buna qarşı adekvat tədbirlər görülməyib. Elə bu səbəbdən də  artıq Ermənistan Azərbaycanın məsələni öz gücü ilə həll etməyini onun hüquqi vəzifəsi kimi qəbul etməlidir. 

Hərbi ekspert: "TurAz Şahini-2021" təlimləri Ermənistana göz dağı olacaq -  02.09.2021, Sputnik Azərbaycan

Baş verənlərlə bağlı azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev Ednews-a açıqlamasında qeyd edib ki, ermənilərin Qarabağ ərazilərindən tamamilə çıxarılması hələ 21 ay 23 gün əvvəl həyata keçirilməli idi. 

“Son zamanlar Azərbaycan tərəfinin haqlı narazılığı, xüsusilə də Ali Baş komandan İlham Əliyevin ilin sonu ilə bağlı müşavirədə səsləndirdiyi bəyanatlarından məlum olur ki, Azərbaycan tərəfinin artıq səbri tükənib. Biz heç bir halda Azərbaycan ərazisindən əsgərimizə atəş açılmasına təmkinlə yanaşmaq niyyətində deyilik. Bu o deməkdir ki, erməni silahlılarının Azərbaycan ərazilərindən tamamilə təmizlənməsində israrlıyıq”. 

Hərbi ekspert artıq bununla bağlı beynəlxalq rəsmi dairələrin də addım attıdığını deyib. 

“Son günlər baş verən hadisələr və intensiv olaraq həm XİN, həm Müdafiə Nazirliləri, eləcə də ABŞ Dövlət Departamenti katibinin müavinin azərbaycanlı həmkarları ilə telefon məsləhətləşmələri məhz erməni silahlılarının və Ermənistandan olan şəxsi heyətin Qarabağdan çıxarılmasına yönəlib”. 

Ə.Verdiyev deyib ki, Ermənistanın artıq atdığı istənilən addım Azərbaycan tərəfini qane etmir və qarşı tərəfə qarşı təzyiqlər qaçılmazdır.

“Ermənistan tərəfi dırnaqarası müəyyən isti bəyanatlar səsləndirməklə Azərbaycanı qismən sakitləşdirməyə çalışsa da, Azərbaycan tərəfinin ərazidəki fəaliyyətləri bunun effektiv olmadığını göstərir. Buna görə də Azərbaycan siyasi, diplomatik və hərbi təzyiqlərini davam etdirməkdədir. Müharibənin başa çatdığı ilk 20 gündə ermənilər tərəfindən bəzi yandırılan evlər və meşələri nəzərə almasaq, əgər biz rusiya sülhməramlılarının fəaliyyətini normal dəyərləndiririksə, son zamanlar xüsusilə general Volkov sülhməramlı kontingentə komandan təyin olunduqdan sonra Qarabağ ərazisində Azərbaycana və ordumuza qarşı kifayət qədər ciddi addımlar müşahidə olunub. Eyni zamanda, biz erməni silahlılarının Azərbaycan ərazisində səngərlər qazması və həmin səngərlərdən Azərbaycan əsgərinə atəş açmasını da müşahidə etmişik. Bundan əlavə sülhməramlıların Laçın ərazisində yerləşən azərbaycanlılara məxsus evlərin dam örtüklərini, taxta konstruksiyalarını söküb sülhməramlılara məxsus maşınlarda daşıdıqlarına da şahid olmuşuq”.

Ekspert rus sülhməramlılarının qeyri-funksionallığını qeyd edərək onları Qarabağdakı separatçı dəstələri müdafiə etməkdə ittiham edib. 

“Hazırda sülhməramlıların fəaliyyəti qətiyyətlə onların funksional vəzifələri ilə üst-üstə düşmür. Bitərəf və neytral qalmalı olan sülhməramlılar əslində hazırda Qarabağ ərazilərində erməni silahlıları üçün bir qalxan rolunu oynamağa çalışırlar”.

Hərbi ekspert Ədalət Verdiyev həmçinin sülhməramlıların nəzarətində olan ərazilərdə özbaşınalıqlarla yanaşı,  ötən gün separatçı dəstələrin başçısı Araik Harutunyanın öz dəstəsi ilə birgə apardığı məşvərəti barədə də söz açıb.  

“Araik Arutunyanın ətrafında olan digər separatçı qurum nümayəndələri ilə birgə dırnaqarası müşavirələr keçirməsi o deməkdir ki, artıq elə məsəlimizdə deyildiyi kimi “döyülən köpəyin quyruğu əsməyə başlayıb”. Onlar da vəziyyətin Azəbaycanla razılaşdırılan birgə bəyanatın şərtlərinə uyğun olaraq yerinə yetirməyə məcbur qaldıqlarının fərqindədir. Onların hansı qərar qəbul etməsindən asılı olmayaraq onun həyata keçirilməsi demək olar mümkün olmayacaq. Bunun bir neçə səbəbi var və bunlardan birincisi Azərbaycan ordusunun artıq bütün ölkə ərazi perimetri üzrə öz hərbi qüvvələrini yerləşdirməsidir. Bu həm də Qarabağın ətrafında da mövcuddur və təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib. Qarabağ ərazilərinə giriş-çıxış yalnız sülhməramlıların nəzarətində olan Laçın dəhlizindən mümkündür. 

Azərbaycan sön günlərdə Zəngəzur dəhlizinin açılmama səbəbi ilə Laçın dəhlizinin bağlanmasını tələb edir. Lakin qeyd etməliyəm ki, bu birgə bəyanatın şərtlərindən irəli gələn tələblərdəndir və Azərbaycan da paket halında bu tələblərin tətbiqinin tərəfdarıdır. Beləliklə, Ermanistanın Zəngəzur dəhlizini açmaması nəticədə Azərbaycanın da Laçın dəhlizini öz nəzarətinə götürəcəyi ilə yekinlaşacaq. Bir sözlə deyə bilərəm ki, hazırda baş verən proseslər tamamilə Azərbaycan tərəfinin və Azərbaycan ordusunun tam nəzarəti altında həyata keçirilir. Ordumuzun potensiyalının düşmən tərəfindən qat-qat artıq olması bizim haqlı olaraq birgə bəyanatın şərtlərini yerinə yetirə bilməməsi əsaslandırır. Şübhəsiz bu proses tez və ya gec həyata keçirələcək”.

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı